Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İslam dininin dünya ilə əlaqədar buyurduqları haqqında bir çox yanlış fikirlər mövcuddur. Bə`zən iddia olunur ki, İslam iqtisadi inkişafa müxalifdir. Hətta özünü ziyalı adlandıran bə`zi müsəlmanların da bu fikrə dəstək verməsi təəssüf doğurur. Guya İslam dininə üz tutan millətlər iqtisadi cəhətdən tənəzzül edir. Onların fikrincə, “dünya oyuncaqdır” deyən din dünyəvi tərəqqidən geri qalır. Onlar din haqqında dərin mə`lumata malik olmayan insanları “ya din, ya da inkişaf” seçimi qarşısında qoyurlar. Guya, dindar insan çalışqanlıq və zəhmətdən uzaq bir varlıqdır.
Bu suallar və qınaqlar İslam dinindən xəbərsiz-likdən doğur. Bu din haqqında müəyyən qədər mə`lumatı olanlar gözəl bilirlər ki, İslam bəşəriyyəti zülmətdən nura də`vət edir. İslam dini dünyagirliyi, dünyaya qul olmağı pisləyir. Heç bir ayə və hədis iqtisadi inkişafı qadağan etmir.
Əmirəl-mö`minin Əli (ə) İslam dininin ən qabaqcıl nümayəndələrindəndir. Bəşər tarixində onun qədər siyasi, ictimai, iqtisadi və hərbi fəaliyyətə malik ikinci bir şəxs mə`lum deyil. İran, Ərəbistan, Misir, Yəmən, İraq və Suriya bu ilahi şəxsiyyətin hakimiyyəti altında olmuşdur. Belə geniş əraziyə malik dövləti idarə etməklə yanaşı özü şəxsən müharibələrdə iştirak etmiş, ölkənin iqtisadi dirçəlişində alın təri axıtmışdır. Həzrət Əlinin (ə) öz əlləri ilə ərsəyə gətirdiyi xurma bağları, öz əlləri ilə qazdığı saysız quyular əfsanə yox, həqiqətdir. Nə o Həzrət, nə də onun mə`sum övladları zəhmətdən çəkinməmiş və kimsəni çəkindirməmişlər. Əli (ə) o şəxsdir ki, gündüzlər günəşin yandırıcı istisi altında külüng çalar, gecələr öz əlinin bəhrəsini aclara paylayardı. O, yalnız və yalnız dünyaya qul olmamağı tapşırardı. İslam dini ifrat və təfriti qəbul etməyib, öz ardıcıllarını orta həddi gözləməyə çağırır. Bu baxış dünyaya münasibətdə də özünü büruzə verir: nə dünyaya qul ol, nə də onu tərk et!
Həzrət Əli (ə) buyurur: “Ey dünya! Mənə üz tutub, mənə tamah salmısan? Get, başqalarını aldat.” Amma unutmayaq ki, bu sözləri buyuran şəxs qızmar günəş altında quyudan su çəkib saldığı bağları suvarardı. Bu həmin Əlidir ki, gecələr fəqirlərə əl tutar, döyüşlərdə ön cərgədə dayanardı. Harada yazılıb ki, Əli (ə) gecə-gündüz səcdəyə qapılıb ibadətdən ayrılmayıb!
Bir daha qeyd edək ki, ən gözəl surətdə yaradılmış dünya məzəmmətə layiq deyil və məzəmmət olunan dünyaya əsir olmaqdır. İslam dini tərki-dünyalığı pisləyir və haram buyurur. Bəşəriyyəti İslam dini qədər elmə, zəhmətə, paklığa, quruculuğa çağıran ikinci bir din yoxdur. Sadəcə olaraq, İslam dünyaya məqsəd yox, vasitə kimi baxır.
İslam dini dünyaya əsir olmamaqdan ötrü insanı nəfs-əmmarə ilə mübarizəyə çağırır. İsrafçılıqdan çəkinmək, doymamış süfrədən durmaq, barmaqla göstərilən libaslar geyməmək İslamın dünyaya ifrat məhəbbətin qarşısını alan tə’limlərindəndir. Ağılsız dünya sevgisini boğub aradan aparmaqdan ötrü çətinliklə əldə etdiyin, sevdiyin şeyləri bağışlamaq çox faydalıdır. “Ali-İmran” surəsinin 92-ci ayəsində buyurulur: “Sevdiklərinizdən ehsan etməyincə xeyir əmələ (savaba) çatmayacaq-sınız.” Əlbəttə ki, sevdiyini bağışlamaq çətindir. Amma bunu bacaran insan dünyanın qandallarından azad olur.
Gəlin, düyaya könül verməyək. Ona məqsəd yox, vasitə kimi baxaq. Əgər ona vasitə kimi baxsaq, dünyadan daha çox faydalanarıq. Əlbəttə ki, bu sözlərə əməl etmək çətindir. Zöhd, qənaət və sair bu kimi göstərişlərin məqsədi insanı aldanışdan qurtarmaqdır. İnsanı dünya ne`mətlə-rinə həvəsləndirməyə ehtiyac yoxdur. Onsuz da o, bu ləzzətlərə meyllidir. Əsas məsələ insanın diqqətini dünyanın müvəqqətiliyi və axirətin əbədiliyinə yönəltməkdir.
Dini iqtisadi inkişafa əngəl bilənlərin nəzərinə digər bir mühüm nöqtəni çatdırmaq lazım gəlir. Bir çox qərb alimləri Avropanın XVI–XVII əsrlərindən başlayaraq iqtisadi dirçəlişinin səbəbini protestanlıq əxlaqından görürlər. Protestanlıq üç məsihi məzhəbindən biridir. Bünövrəsi XVI əsrdə qoyulmuş bu məzhəb öz ardıcıllarını pərhizkarlığa və dünyaya bağlanmamağa çağırır. Məşhur alman alimi Maks Veber “Protestant əxlaqı və kapitalizm ruhu” kitabında iddia edir ki, qərb cəmiyyətindəki iqtisadi inkişaf protestanlıq məzhəbindən doğmuşdur. O, yalnız protestant məzhəbli Avropa ölkələrinin əsaslı inkişafını öz müddəasına sübut gətirir. Onun nəzərincə, insanları dünyapərəstlikdən və israfçılıqdan çəkindirən bu məzhəb həqiqi inkişaf üçün şərait yaratmışdır. Bu məzhəbin ardıcılları qənaətcil olur və kapital toplamağa çalışırlar. Bu kiçik kapitallar hansısa mərhələdə bankların və böyük müəssisələrin yaranmasına səbəb olur.
Biz Maks Veberin dedikləri ilə tam şərik olmasaq da, onun haqqında danışmaqla nəzərinizə çatdırmaq istəyirik ki, hətta dini e`tiqadı olmayanlar da qənaəti iqtisadi inkişaf üçün amil bilirlər. Demək, qənaət etməyi bacaran millət-lərin iqtisadi qüdrətə çatmasında təəccüblü bir şey yoxdur. Digər bir tərəfdən, fikri–zikri dünya ləzzətləri dalınca qaçmaq olan insanlar öz israfçılıqları ilə bütün cəmiyyət üçün problem yaradırlar. Əyyaşların tə`birincə “yaxşı kef etmək üçün” böyük pullara ehtiyac var. Böyük pullar isə, adətən, oğurluq, rüşvət, sələmçilik, bir sözlə, cinayət yolu ilə ələ gəlir. Varlı bir əyyaş il ərzində ölkənin milli gəlirinə bərabər pulu eyş-işrətə xərcləməkdə çətinlik çəkmir. Əgər qərbin inkişafı əxlaqi inkişaf olsaydı SPİD və qorxulu zöhrəvi xəstəliklər həmin ölkələri bürüməzdi. Demək, əxlaqsızlığa və onun acı nəticələrinə külli miqdarda pul xərcləyən iqtisadiyyatın əxlaq və qənaətlə heç bir əlaqəsi ola bilməz.
Dini göstərişlərə əməl edən insanları dünya və axirət səadəti gözləyir. Pərhizkarlığı, qənaəti, zöhdü, təqvanı tənbəllik kimi başa düşmək olmaz. İnsanları kamillik zirvəsinə səsləyən bir din heç vəchlə tənbəlliyə səs verə bilməz. İslam pərhizkarlığa, qənaətə, Allaha təvəkkül etməyə çağırır, tənbəlliyə yox. Bir-birinə zidd olan bu iki məsələni qatışdırmaq insanların nöqsanı-dır. İnsanların nöqsanlı qavrayışı səbəbindən inkişafa çağıran də`vətlər geriliyə çağırış kimi yozulub.
İslamın şüarı budur: “Allah heç vaxt kafirlərə mö`minlərin əleyhinə olan bir yol göstərməz.” Bu göstəriş hazırkı dövrdə elm və sənət sahələrində qüvvədədir. “Munafiqun” surəsinin 8–ci ayəsində buyurulur: “İzzət, Allaha, Onun rəsuluna və mö`minlərə məxsusdur”. Bu gün iqtisadi cəhətdən geri qalmış müsəlmanları əziz hesab etmək olarmı? Yuxarıdakı iki ayədən belə nəticə çıxarmaq olar ki, müsəlmanlar gecə-gündüz çalışıb kafirlərə möhtaclıqdan qurtardıqdan sonra izzətə çata bilərlər. Əgər bir şəxs bu iki ayəni həyata keçirmək üçün elm və iqtisadiyyatda bir addım irəli atarsa bu iş həmin şəxs üçün ibadət hesab olunar. “Biharul-ənvar”da belə bir rəvayət nəql olunur: “İbadət on hissədir və onun doqquz hissəsi halal ruzi kəsb etməkdir”. Bu cür tə’limləri olan dini tənbəlliyə çağırışda ittiham etmək olarmı? İslam ailəsinin ehtiyac-larını ödəmək üçün zəhmət çəkib tər tökən insanı alqışlayır. Problem dində yox, bizim qavrayışı-mızdadır. İslamı düzgün analayıb onun göstərişlərinə əməl edən insanı yalnız səadət gözləyir.
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |