Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ustad Əli Şəriətinin hikmətli kəlamları (hissə 3)
"Kapitalizm"
Bəli! Qərb imperializminin ən təhlükəli, eyni zamanda ən gizli və ən bilinməyən cəhəti, mədəniyyət və düşüncə imperializmidir.
"Özünə qayıdış"
Təkcə dövlətin danışma haqqına sahib olduğu məmləkətdə heç bir sözə inanmayın.
Əbuzər belə deyirdi:
«Evində azuqə tapa bilməyən adam necə ola bilər ki, qılınc çəkərək cəmiyyətə qarşı çıxmasın?! Buna heyrətlənirəm».
Mən Qərbdə bu sözü kimin söylədiyini deməmişdən əvvəl nəql etdiyim zaman, bəziləri bunun Prudonun sözü olduğunu zənn etdilər. Mən də "Bu ağırlıqda deyilmiş və qətilik ifadə edən bir söz Prudonun həddində deyil?" deyirdim. Bəziləri də "Dostoyevski söyləmişdir" deyirdilər. Dostoyevski, "Bir yerdə bir adam öldürülmüşsə, cinayətə ortaq olmayanların da əlinə qan bulaşmışdır" deyirdi. Bu da bir yandan doğrudur. Lakin Əbuzərin nə dediyinə diqqət yetirin! Əbuzərin bu sözü, bir dinin sözüdür...
"Dinə qarşı Din"
Quran təkrar-təkrar bəyan edir ki, tarix boyu məhv olmuş bütün cəmiyyətlər özlərinə zülm edənlərdir. Hətta dialektik materializmdə cəmiyyətdəki dəyişikliklər insan iradəsindən yox, maddi amillərdən asılı bilinir. Amma Quran, istisnasız olaraq, bütün ictimai təbəddülatlarda insan düşüncəsini əsas götürür. Bu səbəbdən də İslam dinində cəmiyyətin taleyinə görə insanlar məsuliyyət daşıyır: «Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz» «Rəd» surəsi-ayə:11
"Ey ata, ey ana, biz müttəhimik"
Müasir dünyada artıq daşdan torpaqdan olan bütlərə deyil, qohumluğa, dövlətə, irqə, bayrağa və şəxslərə səcdə olunur.
Cəmiyyət iki təbəqəyə bölünür:
1- Yeyib işləməyənlər.
2- İşləyib yeyə bilməyənlər.
İslam Allaha təslim olmağa çağırdığı kimi, eyni şəkildə Ondan başqa hər şeyə üsyan etməyə dəvət edir. Nə olursa olsun, istər "Lat", istər "Üzza", istər avtomobil, istər fəzilət, istər mülk, istər qan, istərsə də soy və ya sinif! Fərq etməz!. Bunlar hər dövrdə Allaha qarşı bir tağut olmuşdur.
Kitabın adı: Aşiqlik şəriəti
Müəllif: Doktor Əli Şəriəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |