» » Elm və təhsil almaq, elmin fəziləti və ona dair vəsiyyətlər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Elm və təhsil almaq, elmin fəziləti və ona dair vəsiyyətlər
+5
Müəllif: Fatimə Nuri Xuda | 9-09-2016, 19:00 | Baxılıb: 963


Elm və təhsil almaq, elmin fəziləti və ona dair vəsiyyətlər

 

Oğul, (Allah səni razı olduğu işlərə doğru hidayət və gələcək işlərində səni keçmişdəkilərdən çox müvəffəq etsin) vəsiyyətlərimdən biri olan təhsil almağı sənə tövsiyə edirəm. Elm və təhsil almaq (dini) Allah tərəfindən vacib və onun vacibat və haramlarını öyrənməkdə necə mühüm və zəruri olmasından əlavə, elm özü zatən və bədihi olaraq xüsusi gözəllik fəzilət, şərafət, yüksək mərtəbə və dərəcəyə malikdir. Həm əqlin həm də hədislərin bu barədə nəzəri birdir. Əqlə gəldikdə icmali surətdə hökm edir ki, elm insanın heyvandan fərqləndirən ümdə cəhətidir. Lakin əqlin hökmünü təfsili surətdə açıqlasaq görərik ki, əql aləmi iki qismə “mövcud” və “qeyri mövcud”a, sonra mövcudu canlı və cansıza (camid), canlını heyvan və nəbatata, heyvanı şüurlu və şüursuza, şüurlunu isə alim və cahilə bölür. Bütün bu bölmələrdə şübhəsiz birinci qrup ikincisindən üstündür. O cümlədən də alim cahildən və sonda bu nəticəni alırıq ki, alim məxluqatın ən üstünüdür. Nəqli dəlillərə gəldikdə isə (Quran və hədislər) Quranın “Ələq” surəsində (çox müfəssirlərin dediyinə görə birinci surədir ki, Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil edilmişdir) Allah belə buyurur: “Bütün məxluqatı yaradan Allahın adı ilə oxu. O insanı bir parça laxta qandan yaratdı. O ki, sənin pərvərdigarın hər şeydən uca və əzəmətlidir. O kəsdir ki, qələm ilə (yazıb-oxumağı) öyrətdi. İnsana bilmədiyi şeyləri öyrətdi”. Mütəal Allah ilk mübarək kəlamını başlanğıcında birinci nemət olaraq “xilqəti” sonra onun ardınca ikinci nemət olaraq “elmi” qeyd etmişdir. Əgər elmdən yüksək bir nemət olsaydı onu qabaqca zikr etməzdi. Xüsusən, burada, Mütəal Allah insanın ən aşağı mərtəbədən (laxta qandan) ən üstün mərtəbəyə (elm mərtəbəsinə) çatdırılmasını bəyan edir. Quranın müxtəlif surələrində Mütəal Allah bu nöqtəyə işarə etmişdir: “(deyin görüm) Bilənlərlə bilməyənlər bərabərdirlərmi?! Bunu (öyüd və nəsihətləri) yalnız ağıl sahibləri yada salarlar (düşünərlər)”, “Hər kəsə hikmət verilmişsə ona çox böyük “xeyir” əta olunmuşdur” müfəssirlər hikməti bu iki nemətin: elm ilə əməlin birlikdə əta olunmağına təfsir etmişlər, “Bəndələrin arasında yalnız alimlər Allahdan qorxarlar”. Əksər ayələrdə Allah taala həqiqi və ilahi elm sahiblərini öz mübarək adı ilə bir yerdə zikr edibdir. Hərçənd o ayələrdə həqiqi elm sahibləri “Əhli-beyt”ə şamildir, lakin o ayələrdə elm kəlməsinin gəlməsi onun fəzilət və qiymətini sübut etmək üçün gözəl dəlildir. Abdullah ibn Məymun Əlqəddahın etdiyi rəvayətdə İmam Sadiq əleyhissalam Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql edir: “Dini təhsil almaq üçün qədəm götürən kəs üçün Allah behiştə doğru yol açar, mələklər Allah xatirinə onun üzərinə qanadlarını açarlar, göy-lərdə və yerdə olanlar hətta dəryaların dibindəki köpək balıqları Allahdan onun bağışlanmağını istərlər, alimin abid üzərinə olan fəziləti on dörd gecəlik ayın ulduzlara olan nisbəti və fəziləti kimidir, alimlər peyğəmbərlərin varisləridir və peyğəmbərlər dinar-dirhəm yox elmi irs qoymuşlar və hər kim elmə sahib olarsa ona çox böyük nemət nəsib olmuş-dur”.
Əsbəğ ibn Nubətənin Həzrət Əli əleyhissalamdan nəql etdiyi rəvayətdə gəlib ki, Həzrət buyurmuşdur: Elm öyrənin ki, elm öyrənməyin xüsusi savabı var. Onu öyrənmək Allahı sənə, bu sahədə axtarıb-araşdırmaq cihad, onu bilməyənlərə öyrətmək sədəqə, elm əhlini Allaha yaxınlaşdıran, halal ilə haramı ayıran və elmi sevib axtaranlara behiştə doğru yol açan bir vəsilədir, narahatçılıq vaxtı ülfət və munis, düşmənlərə qarşı silah və dostların bəzəyidir. Mütəal Allah elmlə bəzi insanları xeyir işlərdə ucaldıb, başqalarına rəhbər qərar verər. Əməlləri başqalarına ibrət dərsi və əsərləri isə nəsilbənəsil qorunub saxlanılar, mələklər onlarla rəfiq olmağa can atar və namazlarında onlara qanadlarını sürtərlər. Həqiqətən elm qəlblərə həyat, gözlərə işıq və bədənlərə qüvvətdir. Mütəal Allah elm sahibini “Əxyar”ların (behiştə yüksək bir məqam sahibləri) məqamına çatdırar və onlara hər iki dünyada həmsöhbət və ünsiyyətdə olmağı nəsib edər. Elmlə Mütəal Allaha ibadət və itaət olunar, onu tanıyıb, vahid bilmək olar, elmlə qohumluq əlaqələri saxlamaq və halalı haramdan ayırmaq olar, elm ağla yol göstərən və ağıl isə ona tabedir. Mütəal Allah onu (elmi) napaklara yox alicənab və bəxtiyar insanlara verər. Həsən ibn Əbu Həsən Farisinin nəql etdiyi hədisdə İmam Cəfər Sadiq əleyhissalam rəvayət edir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur: “Elm öyrənmək hər bir müsəlmana vacibdir. Eşidin! Allah elmə məhəbbət bəsləyənləri sevər”. Əbu İshaqın nəql etdiyi hədisdə Həzrət Əmirəl-möminin Əli əleyhissalam buyurur: “Ey camaat bilin ki, dinin kamil olması elm öyrənib ona əməl etməklədir, sizə elm öyrənmək mal toplamaqdan artıq vacibdir, mal sizin üçün qabaqcadan bölünmüş bir qismətdir ki, onu ədalət sahibi (Allah) sizin üçün bölmüş və özü də buna zamindir, öz vədəsinə vəfa edəcəkdir. Elm isə elm əhlində xəzinə olunubdur. Yaxşı bilirsiz ki, sizə onu öz əhlindən soruşub öyrənmək vacibdir. Bəs onda soruşub öyrənin”. Əbu Baxtərinin dediyi rəvayətdə İmam Sadiq əleyhissalam buyurmuşdur: “Alimlər peyğəmbərlərin varisləridir, çünki peyğəmbərlər dirhəm və dinar yox yalnız öz hədislərini miras qoymuşlar. Hər kim o mirasdan bir şey götürərsə çox böyük şeyə nəsib olar. Baxın görün bu elmi kimdən alırsınız. Bizim (Əhli-beytin) hər bir gələn nəsillərimizdə adil bəndələr çıxacaq ki, dində ifrat edənlərin təhriflərinin, yolunu azanların və cahillərin dindən çıxardıqları səhv fikirlərinin qarşısını alacaqdır”.
Əbu Həmzə Sumali rəvayət edir ki, Həzrət Əli ibn Hüseyn (İmam Zeynəlabidin) əleyhissalam buyurmuşdur: “Camaat, elm öyrənməyin nə kimi faydaları olduğunu bilsələr hətta öz canlarını qurban və ya dəryalara baş vurub onu öyrənmək üçün can atarlar. Mütəal Allah Danyal peyğəmbər vəhy edib dedi: Bəndələrimdən mənə ən çox düşmən olanı elm əhlinin haqqını qiymətləndirməyən və onların göstərişlərinə əməl etməyən cahil adamlardır. Bəndələrimdən mənə ən sevimli olanı isə təqvalı olub axirət üçün çalışan, həmişə alimlərlə məsləhətləşən, rəftarında səbirli və həlim insanları nümunə bilən və hikmət və zəka sahiblərinin sözlərini eşidənidir”. Başqa bir rəvayətdə isə İmam Məhəmməd Baqir əleyhissalam belə buyurmuşdur: “Elmi fayda verən alim yetmiş min abiddən üstündür”. Müaviyə ibn Əmmar deyir İmam Sadiqə belə dedim: “Sizin hədislərinizi rəvayət edib camaata çatdıran, onların və şiələrinizin qəlblərini ruhlandıran və qüvvətləndirən şəxslə bunları etməyənin hansı biri üstündür? Həzrət buyurdu: Bizim hədislərimizi rəvayət edən və şiələrimizin qəlblərini qüvvətləndirən kəs min abiddən fəzilətlidir”. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) demişdir: “Yaşayışda yalnız iki nəfər xeyir görər” biri sözünə qulaq verilən alim, o biri isə eşidib, anlayan kəsdir”. İmam Sadiq əleyhissalam Bəşir Dəhhana demişdir: “Bizim səhabələrimizdən dinin buyruqlarında təfəkkür etməyən adamın xeyiri yoxdur. Ey Bəşir sizlərdən dini elmlərində bilikli və alim olmayan şəxs onlara (sünnü alimlərinə) möhtac olar. Bu vaxt o şəxs özü də bilmədən onların təsiri altına düşər”. Süleyman ibn Cəfərin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə Həzrət Əli əleyhissalam buyurmuşdur: “Alimin savabı gündüzləri oruc, gecələri ibadətlə məşğul olub Allah yolunda cihad edən bəndənin savabından çoxdur. Alim ölsə (dində) elə boşluq yaranar ki, qiyamətə kimi onun yerini dolduran bir şey tapılmaz”. “İblisi ən çox xoşhal etdiyi şey alimin (dini) ölməsidir”. İmam Musa ibn Cəfər əleyhissalam demişdir: “Mömin bir alimin ölümünə mələklər, üzərində ibadət etdiyi yerlər və əməllərinin keçdiyi göylərin qapıları ağlayarlar və islamda qiyamətə kimi doldurulması mümkün olmayan bir boşluq yaranar. Çünki dini alimlər islam üçün şəhərlərin ətrafına çəkilən möhkəm divarlara bənzəyərlər”. Bu mövzuya aid olan kitablarda çoxlu hədislərimiz var ki, müfəssəl zikr edilmişdir. Oğul, (Allah işlərini avand etsin) bu (elm) böyük mərtəbə, yüksək dərəcə, hədsiz savab, gözəl və qiymətli mükafatı belə asanlıqla əldən vermə, dünyanın dəyərsiz nemətləri səni aldatmasın ki, elm öyrənməyi unudasan. Bu yolda aclığa, yoxsulluğa dözsən həmişəlik və əbədi nemət və izzətə nail olarsan. Hər zaman məvacib və ruzin azalarsada axirətdə Allahın sənə verəcəyi gözəl savab və əcrləri yada salsan yoxsulluğun çətinliklərini unudarsan. Sən özünü elmdən uzaqlaşıb dünyada malı toplamaqla (bir halda ki, dünya malının qiyməti çox azdır) məşğul olan kəs ilə müqayisə etsən görərsən ki, belə bir vəziyyətdə sən axirətdə fayda verəcəyi şeyləri ələ gətirmisən. Lakin onun isə axirətdə həm elmdən həm maldan əli boşdur. Oğul qənaətə riayət et, dünya və onun zinətlərini unut, ondan xeyir gözləmə. Dünya hətta peyğəmbərin nəvəsi İmam Hüseyn əleyhissalamı zülmlə alçaltdı və Yezidi ucaltdı. Ümumiyyətlə dünyanın işi belədir ki, fəzilətli insanları aşağı, liyaqətsizləri isə yuxarı qaldırar. Necə ki, İbn Sina şerlərindən birində buna işarə etmişdir: Zaman nə pis zamandır ürəyində Hər möhtərəm, fəzilətli insana kin saxlamış Görürsən ki, hər alçağa yer verib öz qəlbində Eşqin nəticəsində onlara meydan açmış.
Oğul, elmin xatirinə təhsil yolunda qarşına çıxan hər cür çətinliklərdən heç vaxt narahat olma. Oğul, (Allah səni bəlalardan qorusun) dünyanın rahatlığı ondan uzaqlaşmaq və onu unutmaqdadır. Dünya rahatlıq yox, əzab, əziyyət evidir. Əgər ona meyl salsan cazibəlidir, səni özünə tərəf çəkər, öz ağırlıqlarını sənin üzərinə yükləyər və səni öz oxları ilə yaralayar. Ona meyl saldıqdan sonra da həmişə əzab-əziyyətdə olacaqsan. Çünki nəfs, dünya kimidir, heç vaxt gözü doymaz, hey tələb edər, arzusuna çatmayanda da insanı bəlaya salar. Əgər ondan yaxa qurtarsan rahat olacaqsan, mənəvi-ruhi hisslərin artacaq, nəfsi boğub əzabda çırpındığını gördükdə gözlərinə nur gələcək və axirət sənə aşkar olacaqdır. And içirəm oğlum, dünya məhəbbətini qəlbindən çıxarmağın elə ləzzəti var ki, ona məhəbbət göstərənlər bu ləzzətin mində birini belə dadmayıblar. Məqsədim dünyadan uzaqlaşıb “Sufiyyə” qoşulmaq, camaat arasında qəti surətdə yemək, içmək və geyimi azaldıb zahidlik etmək və bütün var yoxunu ehsan edib, özünü çətin vəziyyətə salmaq deyil. Məqsəd Əhli-beytin göstərişlərinə əsaslanaraq dünyaya məhəbbət və meyl salmamaq, onun ləzzətlərindən əl çəkmək və insanı əldə olan dünya nemətlərinə, axirətdə Allahın verəcəyindən ümidinin çox olmamağı, hər cür şəraitdə Allahın qəza və qədərinə tam şəkildə razı olmaqdır.
Bu məna Abdullah ibn Əbu Yəfurun nəql etdiyi rəvayətdə çox gözəl bəyan olunmuşdur. Buyurur ki, bir nəfər İmam Sadiq əleyhissalama belə dedi: “İstəyirik dünya nemətlərindən bizədə nəsib olsun- dedikdə İmam buyurdu ki, əgər verilsə nə etmək fikriniz var? Dedi: istəyirəm onu özüm və ailəm üçün xərcləyəm, onunla qohumlarıma baş çəkəm və həccə gedəm. Həzrət buyurdu: Bunların heç biri dünya arzusunda olmaq deyil, əksinə axirəti qazanmaqdır”.

 

 

Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)

Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.