» » İstiğfar (Bağışlanma diləmək) (hissə 3)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6721

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6705

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İstiğfar (Bağışlanma diləmək) (hissə 3)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 8-09-2016, 19:00 | Baxılıb: 629

     

     

     

    İstiğfar (Bağışlanma diləmək) 

     

    Oğul, bil ki, tövbə yalnız istiğfar (əstəğfirullah) demək deyil. İstiğfarla yanaşı günah Mütəal Allahı məsxərə etməkdir. Mükəmməl tövbə məsumların dediyinə görə altı şərtdən ibarətdir: keçmiş günahlardan peşman olmaq, qəti qərara gəlib birdə o günahları etməmək, yediyin camaatın haqqını özlərinə qaytarmaq və halallıq almaq, zülmlə aldığın şeyləri öz sahiblərinə qaytarmaq, vacib əməllərin qəzasını yerinə yetirmək, haram və günahdan əmələ gəlmiş bədənindəki əti oruc və ibadətin ağrı-acısıyla dərin sümüyə yapışana qədər əritməli və yerinə təzəsi gəlməli, öz bədənin məsiyətin şirinliyinə öyrətdiyin kimi, ibadətin də zəhmətinə dözüb, onun çətinliyini bədəninə dadızdırmalısan. Bun-dan sonra əstəğfirullahın mənası var və mükəmməl tövbə budur. Əslində bizim əqidəmizə görə Həzrət Peyğəmbərin bərəkətilə müsəlman ümməti keçmiş günahlarına peşman, gələcəkdə bir daha o günahları etməməyi qərar alıb, istiğfar etdikdən sonra Allahın əzabı onlara şamil olmayacaqdır. Lakin islamdan qabaqkı keçmiş millətlərin dini hökmlərini açıqlayan hədislər göstərir ki, onlara nazil olan hökmlər son dərəcə ağır və çətin imiş. Həzrət Əli əleyhissalamdan rəvayət edilmiş geniş şərhli bir hədisdə Həzrət Mütəal Allahın Peyğəmbərin bərəkətinə islam ümmətinə etdiyi böyük minnəti “Bəqərə” surəsinin 286-cı ayəsinin təfsirində belə bəyan etmişdir: “Mütəal Allah Öz peyğəmbərinə (meracda) buyurdu: Keçmiş ümmətlərin üzərinə qoyduğum ağır hökmləri sənin ümmətindən götürdüm... Hər vaxt günah etdikdə günahlarını onların qapılarına yazardım, tövbələrini qəbul edərkən onlara ən dadlı yeməkləri haram edərdim. Lakin onu sənin ümmətindən götürdüm, etdikləri günahları isə özüm ilə onların arasında gizli saxlayaram və onların üzərinə qalın pərdələr çəkərəm. Tövbələrini də onlara ləziz yeməkləri haram və hər hansı bir cəzaya mübtəla etmədən qəbul edərəm. Keçmiş ümmətlərdə hər kim bir günah etsəydi yüz, səksən və ya əlli il tövbə edəndən sonra dünyada da ona bir cəza verməmiş tövbəsini qəbul etməzdim və bu da ağır hökmlərdən birisidir ki, sənin ümmətinin üzərindən götürdüm. Sənin ümmətindən hər kim iyirmi, otuz, qırx, yaxud yüz il günah etdikdən sonra tövbə edib, bir an peşman olarsa mən onun bütün günahlarını bağışlayaram”.
    Mütəal Allah doğrudanda tövbəni bu ümmət üçün Peyğəmbərin kəramətinə xatir asanlaşdırmışdır. Hətta rəvayət olunur ki, günahkar bir şəxs doxsan doqquz nəfər adamı nahaq yerə öldürmüşdü. O, bir müddət keçəndən sonra öz etdiklərinə peşman olub, tövbə etmək üçün bir abidin yanına gəlir və etdiyi cinayətləri ona söyləyir. Abid ona deyir: sənin tövbən qəbul olmaz, sənin tövbə ilə nə işin var?! Şəxs bunu eşidən kimi cumub abidi öldürür. Bir müddətdən sonra o, bir alimin yanına gəlib, məsələni ona açır. Alim ona deyir get filan yerə, orada bir peyğəmbər ya bir alim olmalıdır ki, onun yanında tövbə edə bilərsən. O, həmin yerə gedərkən yolda əcəli çatıb ölür. Rəhmət mələkləri ilə qəzəb mələkləri onun ruhunu almaq üçün yerə enirlər. Lakin rəhmət mələkləri deyirlər ki, biz onun ruhunu almalıyıq. Çünki o tövbə etməyə gedirdi. Əzab mələkləri isə deyirlər, biz onun ruhunu almalıyıq. Çünki hələ tövbə etməyibdir. Mütəal Allah yeri ölçün, görün o, hansı tərəfə yaxındır - deyə mələklərə vəhy etdi. Onlar yeri ölçüb, gördülər ki, bir qarış ya bir az çox tövbə yerinə tərəf yaxındır. Ondan sonra onun ruhunu rəhmət mələkləri aldılar. Başqa bir rəvayətdə deyilir ki, tövbə tərəfə düşən hissə çox olduğundan Allah tez yerə əmr edir və yerin həmin hissəsi çəkilib bir yerə yığılır. Nəhayətdə bu tərəfin ölçüsü o biri tərəfinkindən az gəlir. Gör Mütəal Allahın bəndəsinə etdiyi lütf və rəhməti nə qədər böyükdür və necə zərif və mehribanlıqla rəftar edir.
    Oğul, tövbə qapısı genişdir və mərhəmətli Allah tövbə edən bəndəsini çox sevir. Hədisdə var ki, Mütəal Allah bir şəxsin itirdiyi ən qiymətli şeyini tapdığı zaman şad olmasından çox mömin bəndənin tövbə etməsinə sevinər.
    Oğul, tövbə işində çox ciddi ol və fürsəti əldən vermə. Tələs! Çünki fürsət əldən çıxsa etdiyin günahların cəzasını çəkməli olacaqsan. Tövbəni təxirə salıb tənbəllik etmə ki, onu gecikdirməyin müsibətləri qarşıdadır və əcəl zamanı ölüm mələyi (Əzrayıl) sənə fürsət verməyəcəkdir. Tövbəni sonraya atan şəxs o kəsə bənzər ki, vaxtında çıxarılmalı bir ağacı günbəgün, ayba-ay hətta ilbəil təxirə salır və tənbəllik göstərir. Halbuki, özü də bilir ağac qaldıqca kökləri artacaq və çıxarılması daha da çətinləşəcəkdir. Ömür keçdikcə bədən zəifləyir, qüvvəsini əldən verir və get-gedə acizlik ona hakim olur. Belə olduqda onu bilə-bilə təxirə salmaq dəlilik və səfehlikdir. Oğul, bil ki, Mütəal Allah bəndənin günahını yazmaqdan qabaq ona yeddi saat ya doqquz saat və ya bir gün vaxt verər (vaxtların müxtəlif olması rəvayətlərlə bağlıdır).
    Bəndə bu vaxtlarda tövbə edərsə Allah onun üçün günah yazmaz. Allah göstərməsin, birdən günah etsən çalış yuxarıda qeyd olunan vaxtlar ötməmiş tövbə et ki, günahın qarşısını almaq onu silib məhv etməkdən daha asandır.
    Oğul, tövbə etmək ömürü uzadar, ruzini çoxaldar, tövbə edənin ruhiyyəsində yaxşı təsir qoyar. Oğul, bir daha deyirəm tövbəni təxirə salma və bu işdə süstlük və tənbəllik etmə. Oğul (Allah sənə təmkin və izzət versin) yaxsulluğa ürəkdən razı olmalı, onun çətinlik və acılığına dözməlisən. Rəvayətdə var ki, Mütəal Allah Həzrət Musaya buyurdu: Əgər gördün “dünya” sənə tərəf üz gətirib tez bu duanı “inna lillahi və inna iləyhi raciun” və əgər gördün “dünya” səndən üz döndəribsə saleh bəndələrin “mərhəba olsun sənə” (yoxsulluq) olan şüarını zikr et.
    Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Yoxsulluq Mütəal Allahın xəzinələrindən biridir, yoxsulluq Allahdan bir kəramətdir, yoxsulluq elə bir şeydir ki, Mütəal Allah onu yalnız mürsəl peyğəmbərə və ya ən əziz mömin bəndəsinə verər, yoxsulluq möminin zinətidir, behişt əhlinin çoxu fəqirlər və miskinlər-dir, behiştdə ən az olan sinif varlılar və qadın-lardır, bəndənin imanı artdıqca dolanışığındakı çətinliklər də artar. Həzrət Süleyman dünyada verildiyi nemətlərə görə bütün peyğəmbərlərdən sonra behiştə daxil olacaqdır, yoxsulluğa səbr etmək cihaddır və altmış ilin ibadətindən üstündür, yoxsullar varlılardan yarım gün əvvəl behiştə gedərlər ki, orada yarım gün bizim beş yüz ilimizdir, behiştdə qırmızı yaqutdan otaqlar var ki, behişt əhli o otaqlara yer əhlinin göydəki ulduzlar seyr etdiyi kimi baxarlar. O otaqlara yalnız yoxsul peyğəmbər ya yoxsul şəhid ya da yoxsul möminlər daxil ola bilər, yoxsullar behiştin padşahlarıdırlar, hamı behişti istəyir, behişt isə yoxsulları, yoxsullar hesab-kitabsız behiştə daxil olarlar, yoxsullar varlılardan beş yüz il əvvəl behiştə daxil olarlar və oranın bir ili bizim min ilimizdir və başqa rəvayətə görə onlardan qırx milyon il əvvəl daxil olarlar, hər kim yoxsullara yaxşılıq və ya kömək etmişsə, hətta bir içim su ilə də olsa yoxsullar o dünyada ona şəfaət edərlər, yoxsulun verdiyi bir dirhəm sədəqə varlının verdiyi yüz min dirhəm sədəqədən üstündür, dünyada möhtac olan bəndədən qiyamət günü Mütəal Allah qardaşın qardaşdan üzr istəməsi kimi üzr istəyər. Halbuki, Allah nə ona yaxın mələkdən və nə mürsəl peyğəmbərdən üzr istəyibdir. Bu barədə soruşdular ki, necə üzr istəyər? Həzrət buyurdu: Nida olunar ki, möminlərin yoxsulları haradadır? Onların arasından bir hissəsi ayağa durarlar. Mütəal Allah onlara deyər: and olsun izzət və cəlalıma, uca məqamıma və nemətlərimə dünyada sizin istədiklərinizi verməməyimin səbəbi sizlərə etinasızlıqdan deyildir. Mən onları bu günə xatir sizin üçün saxlamışam. Allahın sizin istəklərinizi bu gün üçün saxlamışam - deməsi üzr istəmək deyilmi? Sonra Mütəal Allah buyurar: Bəndələrimdən hər kim sizə hətta bir içim su minnət etmişsə məndən ona behişti mükafat verin. Və bunun kimi hədislər bu mövzuda yazılan kitablarda müfəssəl zikr edilibdir. Oğul, şəriət bəyəndiyi yoxsulluğun şərtləri var: Yoxsul özünü elə iffətli və həyalı aparmalıdır ki, başqaları onu yoxsul bilməsinlər, rəftarı xalq içində sadə və gözəl olub, ehtiyaclarını zəruri olmadan heç kimə bildirməməli və əgər bu vəziyyət onu təngə gətirərsə yaxın dostun ya mömin bir qardaşın bu işdə köməyi dəyəcəyini hiss edib ona aça bilər. Amma bunu gizli saxlamağın daha yaxşıdır. Əgər o, öz yoxsulluğunu xalqa aşkar etməyib, gizlədərsə hökmən Mütəal Allah onun ruzisini verəcəkdir. Lakin başqalarına aşkar edib, şikayətlənərsə onu təhqir edib, daha saymazlar.
    Bu barədə Loğman oğluna belə demişdir: oğul, mən səbrin nə olduğunu daddım (acılığını), ağacların qabığını yedim amma, yoxsulluqdan acı bir şey görmədim. Oğul, bir gün yoxsulluğa düçar olsan onu başqalarına bildirmə çünki səni istehza edib kömək etməzlər. Səni o bəlaya düçar edənin sorağına get ki, sənin müşkülünü həll etmək ona çox asandır. Ondan istəyənlərin hansı birinə o əta etməyib, ona bel bağlayanların hansı birinə nicat verməyib. Mütəal Allahın verdiyi ruzini qənaətlə sərf etməli, onun faydalarına qabaqda işarə etdik. Allahın ona müqəddər etdiyinə səbr etməli və razı olmalı, buna da əvvəldə işarə edildi. İmam Sadiq əleyhissalamdan rəvayətdir ki, Cəbrayıl əleyhissalam yerə enib Peyğəmbərə dedi: Ey Rəsulullah, Mütəal Allah sənin üçün bundan qabaq heç kimə verilməmiş bir hədiyyə göndərib. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: O nədir? dedi: səbr və səbrdən də gözəl. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: O nədir? Dedi: qənaət və ondan da gözəl. Peyğəmbər buyurdu: O nədir? dedi: Allahdan razı olmaq ta ki, ... Razı olan şəxs istər dünya nemətlərindən əlinə bir şey çata, istər çatmaya heç vaxt sahibinə (Allah) etiraz etməz və gördüyü az əməllərilə də heç vaxt razılaşmaz.
    Oğul, qəza-qədərə razı olmaq çox əzəmətli bir məqamdır. Onu ələ gətirmək üçün çalışmaq lazımdır. Eyni halda razılığın əksi olan narazılıq və etiraz ən pis xüsusiyyətlərdən sayılır. Bu barədə Mütəal Allah “hədisi-qüdsi”də buyurur: Bəlalarıma səbr və qəza-qədərimə razı olmayan kəs özünə məndən başqa bir Allah tapsın və yer və göylərimdən xaric olsun. Hədisdə var ki, Allahın verdiyi ruziyə razı olan kəs əlindən gedən şeylərə narahat olmaz və amma Allahın verdiyi ruzilə razılaşmayan və şikayətlənib səbr etməyən kəsə heç bir savab yazılmaz və qiyamət günü də Allah onu qəzəbli halda qarşılayar. Oğul, onun sənin barəndə yazdığı bütün hökmləri sidq ürəklə qarşılamaq üçün əlindən gələn səyi göstər və heç vaxt narahat halda bir kimsəyə şikayətlənmə. İnsan gərək bütün hallarda rahatçılıq və çətinlikdə, pullu və yoxsul olarkən də Allaha şükr etsin. Mütəal Allah Quranda səbr ilə şükürün bir yerdə rəayət olamalarını qeyd etmişdir və şükr edənlərə öz fəzl və minnətini küfr edənlərə isə şiddətli əzablara düçar olacağını vəd etmişdir.
    “Bununla da öz qüdrətini bəzi dəlillərlə sizə göstərsin. Çünki bütün bunlarda bəlalara səbr edib, nemətlərin müqabilində şükr edən adamlar üçün nişanələr vardır”.
    “Ey Peyğəmbər! Sən onlara keçmiş ümmətlərə ariz olmuş müsibətləri və bəlaları xatırlat. Çünki bu xatırlatmada bəlalara səbr edib nemətlərin müqabilində şükr edən hər kəs üçün möhkəm nişanələr və ibrətlər vardır”.
    Yoxsulluğun faydalarını biləndən sonra ona tərəf meyli artmalı və bu işə ürəkdən sevinməlidir. Oğul, o vaxt ən varlı olan Qarunu Allah yerin altına çəkdi, ən yoxsul bir insan olan İsa peyğəmbəri isə göylərə qaldırdı. Qarşıya gələn hadisələrə görə Mütəal Allaha etiraz etməməlidir. Haram və şübhəli (haram ya halal olması bəlli olmayan) şeylərdən çəkinməlidir. Mütəal Allahın buyuruqlarını yerinə yetirməli, qadağan etdiklərinə yaxın düşməməli, yoxsulluğa görə gördüyü ibadətlərini azaltmasın və öz imkanına uyğun sədəqə verməkdən də çəkinməsin. Varlılarla çox da qarışıb qaynamamalı, onlara var-dövlətinə görə təvazö etməməlidir. Hədislərdə deyilmişdir ki, hər kim varlının evinə daxil olduqdan sonra varına xatir ona təvazö edərsə dinin üçdən biri, başqa bir rəvayətə görə dininin yarısı, başqa bir hədisə görə isə dininin üçdən ikisi gedər.
    “Möminlərin müqabilində təvazökar ol”. Hər kəs varlının qarşısında özünü alçaldarsa cənnətdə ona nəsib olacağı məqamları itirər. Hər kim varlıya varına xatir ehtiram edərsə, asimanlarda onu Allahın və peyğəmbərlərin düşməni adlandırarlar. Onun nə bir duası qəbul olar və nə istədiyini verərlər. Bu barədə başqa kitablarda müfəssəl yazılmışdır. Oğul, fəqirlik və miskinlik gətirən, qəm-qüssəni çoxaldan, adamın yaddaşını və ömrünü azaldan şeylərdən çəkinib, uzaq olmalı, ruzini çoxaldan, rahatlıq gətirən, ömürü uzadan və hafizəni gücləndirən şeylərə ciddiyyətlə əməl etməlisən. Bu barədə sənə yazmağı vəd etdiyim “Ədəb” kitabının sonunda inşaallah lazımı məlumatı qeyd edəcəyəm.
    Oğul, (Allah sənə imanı nəsib və münafiqlərin şərrindən hifz etsin) möminlərin, boynundakı qardaşlıq haqqını ödəməlisən ki, möminin mömin üzərinə düşən haqqı ödəməmiş və ya halallıq almamış onun üzərindən götürülməz və mömin o haqqı ödəməzsə qiyamət günü mütləq ondan tələb olunacaq və onun cəzasını çəkəcəkdir. Möminlərin hüquqlarını sənin üçün vəd etdiyim həmin kitabın bəzi fəsillərində inşaallah yazacağam.

     

    Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)

    Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.