» » İstiğfar (Bağışlanma diləmək) (hissə 1)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6721

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6705

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İstiğfar (Bağışlanma diləmək) (hissə 1)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 6-09-2016, 13:00 | Baxılıb: 1 604

     

     İstiğfar (Bağışlanma diləmək)


    Oğul, səhər çağları çoxlu istiğfar “Əstəğfirullah” söylə. Hər səhər ardıcıl yüz dəfə “Maşallahu, la qüvvətə illa billah, əstəğfirullah” (yəni hər şey Allahın istəyilədir, qüvvət və qüdrət Allahdandır, Allaha tövbə edirəm) və on dəfə də “Sübhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” (yəni Allah pak təmizdir hər pis iş və pis şey ondan uzaqdır və həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur. Allah böyükdür) de.
    Evdən eşiyə çıxdığın vaxt əmmamənin bir ucunu sinənin üzərinə salıb bu duanı “Bismillahi və billahi, aməntu billahi, ma şaəllahu, la həvlə və la qüvvətə illa billahi, təvəkkəltu ələllah” zikrini et. (Allahın adıyla, ona iman gətirmişəm, hər şey onun istəyilədir, onun köməyi olmadan heç bir şey qüdrət və qüvvət tapmaz, təkcə ona təvəkkül edirəm)
    Oğul, bir şeyi görüb onu bilmək üçün soruşmaqda tələsmə. Bir gün Loğman gördü ki, Davud əleyhissalam dəmirləri öz əliylə buraraq zireh düzəldir. Loğman ondan bu barədə soruşmaq istədikdə hikmətli olduğundan susdu. Davud zirehi düzəldib, geydi və dedi: Döyüş üçün yaxşı zirehdir. Loğman dedi: Susmaq hikmətdir. Lakin onun sahibi çox azdır.
    Oğul, müstəhəbb işləri çalış xəlvətdə gör. Çünki riyakarlıq xəlvətdən uzaqdır. Camaat arasında olarkən “La ilahə illallah” zikrinə məşğul ol ki, o, həm ən üstün zikirlərdən sayılır. həm də aşkarda zikr edilərkən dodaqlar tərpənmədiyinə görə başqalarının diqqətini cəlb eləməz və heç bir şey gözə çarpmaz. Buna görə ona “gizlin zikr” deyiblər və onun fəziləti aşkarda deyilən zikrlərdən yetmiş dəfə artıqdır. Zikrlər çoxdur və hər birinində özünəməxsus faydaları var ki, bu barədə müfəssəl yazılmış kitablara müraciət elə. Oğul, bu zikri də “La ilahə illallah, la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim və səlləllahu əla Mühəmmədin və alihit-tahirin” çox təkrar elə ki, onun şeytanları uzaqlaşdırmaqda böyük təsiri var. Oğul, çalış bütün duaları və əməlləri ömründə bir dəfə oxuyasan və yerinə yetirəsən. Çünki əməllərin də özünəməxsus təsirləri var ki, onların hamısını yerinə yetirməklə qiyamətdə Allahın fəzl və kəramətinə nail ola bilərsən. Bəziləri ibadət və duaları meyvəli bağa bənzədib demişlər ki, insan ora daxil olduqdan sonra onun bütün meyvələrindən dadmaq istədiyi kimi yaxşı olar ibadət və duaların da mənəvi təsirlərindən heç olmasa bir dəfə istifadə olunsun.
    Oğul, Qurani Kərimdən hər gün xüsusən səhər vaxtları bir miqdar oxumalı, onun mənalarında düşünməli, ədəb və əxlaqi nöqtələrə diqqət yetirməli və bəzi ayələrin mənalarında müşküllə qarşıladıqda, (o ayə haqqında) imamlardan rəvayət edilən təfsirlərə müraciət etməlisən.
    Oğul, bacardıqca həmişə təharətli (yəni dəstəmazlı) ol ki, bu şeytanı dəf etmək üçün möminin silahıdır, qəbir əzabının qarşısını alır, hacətlərin qəbul olmasına səbəb olar, ömrü uzadar, ruzini çoxaldar, insanın qədr-qiyamətini, məqamını ucaldar və bədənə sağlamlıq gətirər, ruhiyəni qaldırar və hafizəni gücləndirər.
    Hədisdə gəlib ki, dəstəmaz almaq imanın yarısıdır. Mömin dəstəmazlı olduğu müddətdə mələklər onu mühafizə edərlər, dəstəmazlı ölərsə şəhid sayılar. Hər kim gecə dəstəmaz alıb yatarsa bütün gecəni ibadət etmiş kimidir.
    Hər kim gecə dəstəmaz alıb, yatağına daxil olarsa, yatağı ona məscid olar. Mömin yatandan sonra ruhu Allahın yanına gedər. Mütəal Allah özü onu qarşılayar və ona bərəkət və rəhmət əta edər. Buna görədə dəstəmazsız yatmaq məsləhət deyil.
    Oğul, şeytanın vəsvəsəsi zamanı Mütəal Allahdan kömək istəyib, bu zikri “Əuzu billahi minəş-şəytanir-rəcim” və “Bismillahir-rəhmanir-rəhim, aməntu billahi və rusulihi muxlisən ləhud-din” duasını səmimi qəlbdən zikr elə.
    Oğul, vacib namazları öz (əvvəl) vaxtlarında qıl ki, belə daha fəzilətlidir və hökm insanın boynundan tez götürülər, zehni azad, bədəni rahat və fikri cəm olar. O cür ki, məlumdur namaz qəbul olunmamış heç bir əməl nəticə verməz. Bəs oğul, namazı öz vaxtında qıl və onu tez yerinə yetirib rahat ol ki, o cürə inşaəllah ruzinin də çoxalmasına səbəb olar.
    Oğul, gecə və gündüzün nafilə namazlarını hətta adi və yüngül tutsanda vaxtlı-vaxtında qıl. Nafilələr vacib namazları mükəmməlləşdirir.
    Bunu sənə öz təcrübəmdən deyirəm ki, gecə nafilələrinin ruzinin çoxalmasında və günorta nafilələrinin isə insanın işinin rast gətirməsində təsiri vardır. Sən əsla və heç vaxt onları tərk eləmə və demə ki, bunlar insanın vaxtını alan bir şeylərdir. Əksinə nafilələr insanın işlərini tənzimləyir. Elmi öyrənirsən ki, ona əməl edəsən və o, əməl müqəddimədir. Bu cür fikirlərlə özünü aldatmağın yeri yoxdur. Oğul, bacardıqca vacib namazları məsciddə camaat ilə qıl, istər sən pişnamaz olasan, istər başqa bir şəxs. Camaat namazının fəziləti çox böyükdür, onu belə rahat əldən vermə.
    Namazlardan sonra Həzrət Fatimə (ə.s)-in təsbihini zikr etməkdə və səcdəyi-şükrü yerinə yetirməkdə ciddi ol.
    Oğul, hər hansı bir çətinliyə düşdükdə səcdəyi-şükr niyyəti ilə alnını yerə qoyub (düz) Cəbrayılın Yusifə öyrətdiyi və Yusif onu oxuyub quyudan nicat tapdığı dua-nı “Allahummə inni əsəlukə bi ənnə ləkəl həmdu, la ilahə illa əntəl mənnanu, bədius-səmavati vəl ərzi, zül cəlali vəl ikram, ən tusəlliyə əla Məhəmmədin və ali Məhəmməd və ən təcələ li mimma ənə fi hi fərəcən və məxrəcən vərzuqni min həysu əhtəsibu və min həysu la əhtəsibu, əsəlukə bi mənnikəl əzimi və ehsanikəl qədim” sonra üzünün sağ tərəfini yerə qoyub Yusifin onu oxumaqla zindandan nicat tapdığı duanı “Allahummə in kanət zünubi qəd əxləqət vəchi indəkə fələn tərfəə li iləykə sovtən, və lən təsticibə li dəvətən fə inni ətəvəccəhu iləykə bi nəbiyyikə nəbiyyir-rəhməti Məhəmmə-din və Əliyyin və Fatimətə vəl Həsəni vəl Hüseyni vəl əimməti ələyhimus-salam illa ma fərrəctə ənni” və sonra isə sol tərəfini yerə qoyub, Cəbrayılın Yaqub peyğəmbərə öyrətdiyi və Yaqub peyğəmbər onu oxuduqdan sonra Allahın onun gözlərinə şəfa verdiyi və iki oğlu-nu özünə qaytardığı duanı “Ya mən la yələmu əhədun kəyfə huvə və həysu və qudrətəhu illa huvə, ya mən səddəl həvaə bəssəmai və kəbəsəl ərzə ələl mai vəxtarə linəfsihi əhsənəl əsmai, itini biravhin minkə və fərəcin min indik” zikr elə.
    Oğul, hər ayın birinci və son pəncşənbələrini və orta on günlərindəki birinci çərşənbəni oruc tut ki, bütün ruzigarın orucuna bərabərdir.
    Oğul, gündə “İxlas” surəsini üç dəfə oxu ki, bütün Quranı xətm eləməyə bərabərdir. Tarixdə belə gəlib ki, Salman (r.ə) iftixarla “mən bütün ruzigarı oruc tutub, gecələri yatmayıb ibadət edirəm və gündə bütün Quranı xətm edirəm” dediyi vaxt Ömər onun bu sözünü qəbul eləmədi. O vaxt Salman Peyğəmbərin yanında Ömərə belə dedi: Hər ay üç gün oruc tuturam, gecələr dəstəmaz alıb yatıram və hər gün üç dəfə “İxlas” surəsini oxuyuram. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də onun sözünü qəbul və təsdiq elədi.
    Oğul, müstəhəb oruc tutmuş halda əgər möminlərdən birinin evinə qonaq ya yolun düşərsə və o da səni süfrə arxasına dəvət edərsə təklifini qəbul edib, orucunu aç. Lakin nə bunu ona bildir və nə orucu açmağınla ona minnət qoy. Bu işinə xatir Allah sənin üçün bir ilin orucunu yazar.
    Oğul, hər gün vaxtının bir hissəsini hədis, moizə və nəsihətlərə həsr et ki, qəlbi diriltməkdə və nəfsi-əmmarəni tüğyandan saxlamaqda onun çox böyük təsiri var. Oğul, (Allah səni şərdən saxlasın) yemək zamanı ifrat eləmə ki, çox yemək tənbəllik, süstlük gətirər və qəlbi öldürər. Hədislərdə deyilib ki, insan qarnının dolu vaxtı şeytana lap çox yaxın olar. Mütəal Allahın ən xoşu gəlmədiyi şey dolu qarındır. Möminin qəlbinə çox yemək kimi zərərli bir şey yoxdur. Qarnının üçdən birini su üçün, üçdən birini nəfəs üçün və üçdən birinə də yemək üçün yer saxla. Həm rahat olarsan həm də ruhiyyə və bədən üçün daha münasibdir.
    Belə sanma ki, güc-qüvvət çox yeməklədir. Əksinə o yaxşı həzmlədir və bəllidir ki, yaxşı həzm çox yeyəndə yox az yeyəndə baş verir. Mədə qazana bənzəyir ki, hər vaxt boş yer onda çox olarsa yemək həm tez həm də yaxşı bişər. Doyandan sonra və iştahın olmayan vaxt bir şey yemə. Çünki o səni qarın köpməsinə (ki, qarın köpməsidə çox xəstəliklərə səbəbdir) və istiklik xəstəliyinə və həmaqət “anlamazlıq” xəstəliyinə düçar edər.
    Oğul, çox yatmaqdan özünü gözlə ki, qiymətli ömrün fənaya gedər. Bundan məqsədim özünlə şəriətdə olmayan üslublarla (yoqlar kimi) mübarizə eləmək deyil. Mən sənə o yollardan istifadə etməyi qəti qadağan edirəm. Çünki elə işlər xüsusən bu müqəddəs şəhər (Qum) kimi normal havası və təbiəti olmayan yerlərdə insanın sinir sistemini pozar. Məqsədim, normal yatmağın və həddən artıq ifrata yol verməməyindir. Oğul, gülməyin həddini riayət elə ki, hədislər əsasən çox gülmək qəlbi öldürər, adamın abırını aparar və imansız edər. Belə vaxtı sənə başını aşağı salıb diqqətini barmaqlarının ucuna yönəltməyi məsləhət görürəm. Və kəffarə üçün “Allahummə la təmqutni” zikrini deyə bilərsən.
    Lakin əxlaqın xüsusiyyətlərindən olan az miqdarda gülmək yaxşıdır və bəyənilir. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) gülüşü təbəssüm idi. Çox gülməyi qadağan etdiyim kimi çox zarafatı da sənə qadağan eləyirəm. Çox zarafat adamın abırını, imanını aparır, mürüvvətini azaldar və düşmənçilik gətirər. Lakin az zarafat yaxşı və müstəhəbdir. İmamlarımız həm özləri belə edərdilər həm də başqalarına məsləhət buyurardılar və deyərdilər ki, bu iş mömin qardaşın ürəyini sevindirmək üçündür. Oğul, mömin bir kimsənin öldürülməsinə heç vaxt razı olma ki, İmam Rza əleyhissalam buyurub: “Hər kim bir işin görülməsinə razı olarsa, o işi görmüş kimidir”. Əgər bir şəxs şərqdə öldürülərsə, onun öldürülməsinə qərbdə razı olan şəxs şəriətə görə qatil ilə şərikdir. Bu səbəbdəndir ki, Həzrət Sahibəz-zaman İmam Mehdi (ə.c) zühurdan sonra İmam Hüseyn əleyhissalamın qatillərinin nəsillərindən qalanları və bu işə razı olanları qətlə yetirəcəkdir.
    “Bəqərə” surəsi, ayə 190: “Onlarla müharibə edib onları öldürün ki, yer üzündə fitnənin kökü kəsilsin və itaət Allah taalaya məxsus olsun”. Bu ayənin təfsiri haqqında deyib “İmam Rza əleyhissalamdan hökmlərin səbəbi haqqında soruşulanda həzrətə deyildi: -Ey Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in balası! İmam Sadiq əleyhissalamdan nəql olunan bu rəvayət haqqında nə deyirsiniz? İmam Zaman əleyhissalam zühur edəndə İmam Hüseyn əleyhissalamın qatillərinin övladlarını onların babalarının əməllərinə görə öldürəcək? İmam Rza əleyhissalam buyurdu: -Bəli, o cürdür. Bu vaxt İmam əleyhissalama dedilər: -Elə isə Allah taalanın bu kəlamının, (Heç bir günahkar başqa bir günahkarın cəzasını çəkməyəcək. “Fatir” surəsi, ayə 18) mənası nədir? İmam Rza əleyhissalam buyurdu: -Allah taalanın bütün sözləri düzdür, lakin İmam Hüseyn əleyhissalamın qatillərinin övladları babala-rının əməllərindən razı olub ona iftixar edirlər. Hər kim bir işdən razı olsa onda o işi əncam verən adam kimi olacaq. Əgər şərqdə bir nəfəri öldürsələr və qərbdə bir nəfər onun qətlinə razı olsa onda o razı olan qatillə şərik olar. Həzrət İmam Zaman əleyhissalam zühur edəndən sonra onları ata babalarını əməllərinə razı olduqlarına görə öldürəcək”.
    Oğul, qeybət və böhtandan uzaq ol ki, hesab-kitabdan saleh əməlləri silib yerini şər əməllərlə doldurar. Çünki sənin xeyr əməllərin qeybətini etdiyin, yaxud böhtan dediyin kimsənin kitabına, onun şər əməlləri isə sənin kitabına köçürülər və ondan sonra sən, həm əli boş qalarsan, həm də başqasının günahlarının yükünü daşıyarsan.
    Oğul, həsəddən özünü qoru ki, həsəd eləyən şəxsin əməlləri Allah dərgahına getməz və öz sahibini əzaba salar. Bu dünyada onu həsəd və həsrət yandırar, axirətdə isə Allahın əzabına düçar olar.
    Bu barədə Şeytanın Adəm peyğəmbərə həsəd etdikdən sonra əzaba düçar olması sənə kifayət edər. O cümlədən Yusifə qardaşlarının həsəd etdikdən sonra zəlil kimi onun qarşısında xəcalətli olub ona möhtac olmalarını misal çəkmək olar. Hədisdə var ki, həsəd edən şəxsə səbr etməyin hökmən sənə nicat verər. Necə ki, Yusif peyğəmbərin Allahdan qorxub zinaya yaxın düşmə-məsi onu necə ali məqamlara çatdırdı. Buna dəlil
    Allahın bu kəlamıdır: “Yusuf dedi: Ey mənim pərvərdigarım! Zindan mənim üçün bu arvadların məni təhrik etdikləri şeydən daha əzizdir. Əgər sən onların məkrlərini məndən uzaqlaşdırmasan onda mən onlara tərəf meyl edərəm və cahillərdən olaram. Allah onun duasını qəbul edib o arvadların hiylələrini ondan uzaqlaşdırdı. Həqiqətən o Allah bütün dua edənlərin səsini eşidəndir və hər şeydən ona pənah aparanın halına agahdır”.
    Heç vaxt yalan danışma ki, Mütəal Allahın yalan danışan kimsəyə qəzəbi tutar və onu xalq içində zəlil edər. Yalançının xalq içində qədri-qiyməti olmaz, onun nə gördüyü işinə və nə danışdığı sözünə etimad eləməzlər. Hətta məsləhət olan yerdə də (tövriyə) yalan danışmamağın gərəkdir (amma həqiqətdə o, yalan deyil). Çünki biz dəfələrlə təcrübə edib görmüşük ki, qurtuluş və nicat düz danışmaqdadır və çox olub ki, adamlar ən çətin şəraitlərdə düz danışdıqlarına görə nicat tapıblar. Bu, sədaqət və düzlüyün xüsusiyyət-lərindəndir. Heç vaxt başqasına yalan danışmağı öyrətmə ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Başqalarını yalana öyrətməyin ki, sizə də yalan danışarlar. Yəqub peyğəmbərin övladları qurdun adam yediyini bilmirdilər. Lakin Yəqub bunu öyrətdikdən sonra onlar belə yalana əl atdılar”
    Heç vaxt giriftar ya müsibətə düçar olmuş bir kimsəyə gülüb tənə vurma. Belə şəxsin əməlləri qəbul olunmaz. Üstəlik, onun başına gələn müsibət mümkündür sənin də başına gəlsin.

     

    Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)

    Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: camal camalzade | Status: | 7 Eylül 2016 09:16 | Qonaq | Şərh yazdı
    allah razi olsun heqiqeten cox tesir edici idi movzunun son cumlesine kimi hezz eldim ehsen
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 6 Eylül 2016 21:54 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacı Çox təsirli xəbərdir.Bu kitabı oxumaqı bütün cavanlara məsləhət görürəm, bu kitab gözəl əxlaqı kitabdır. Düzdür mövzu uzun idi,amma hər kəlməsi təsirli və düşündürcü idi.Təşəkkür edirəm bacı, çox sag ol ki, yükləyirsən bu kitabı.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.