Allahın hikməti
Keçmiş zamanlarda bir məmləkətdə güclü külək əsməyə başlayır. Lakin bu külək özü ilə meyvə-tərəvəz üçün çox ziyanlı olan zəhərli maddələr də gətirdiyindən hamının təsərrüfatı məhv olur. Sakinlərdən biri həyətindəki ərik ağacını çox sevdiyindən dörd tərəfini möhkəm bağlayaraq, məhv olmaqdan qoruyur.
Məmləkətdə yalnız onun ərik ağacı bar verir. O, meyvələri toplayaraq, qohumlarına, yaxın dostlarına paylayır. Lakin bu meyvələrdən yeyən hər kəs vəba xəstəliyinə tutulur və dünyasını dəyişir.
Sonradan məlum olur ki, bu küləyi göndərməklə Allah məmləkəti bürüyəcək böyük bəlanın qarşısını alıbmış, sakinləri bu xəstəliyə mübtəla olmaqdan qoruyubmuş.
"...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz." (Bəqərə surəsi, 216)