Hörmət və təzim barədə
+5
Müəllif:
miryaqub | 10-01-2014, 21:14 | Baxılıb: 816
Hörmət və təzim barədə
Bir gün Həzrəti-Məhəmməd (s) yanındakılara buyurdu:
- "ALLAHı əzizləyin və ona sitayiş edin!"
Dedilər:
- Ya Rəsulullah, biz ALLAHa sitayiş edirik. Şükür olsun o ALLAHa ki, bu bəxşişi bizə əta etmişdir.
Onda Peyğəmbər (s) buyurdu:
- Belə deyil, ALLAHa layiqincə sitayiş edən hər kəs özgələrin yanında qürrələnməməli, ALLAHın və bəndələrin yanında iftixar etməməlidir. Yaramaz şeylərdən kənar olmalı və haram edilmiş şeyləri yeməkdən imtina etməlidir. Ürəyini də haram edilmiş şeylərdən təmiz saxlamalı, həmişə ölümü və sümüklərinin çürüməsini xəyalına gətirməlidir. Axirət əcrini istəyən hər kəs maddi ləzzətlərə göz yummalıdır. Yuxarıda deyilənləri icra edən hər şəxs ALLAHın hörmətini yerinə yetirmiş olub və bu, onun vəzifəsidir.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.