Allahın hər şeyi bilirsə, bəndə əməllərinin sorğu-sualının nə mənası var?
Allahın hər şeyi bilirsə, bəndə əməllərinin sorğu-sualının nə mənası var?
Sual: Allahın hər şeyi bilirsə, bəndə əməllərinin sorğu-sualının nə mənası var?
Ətraflı cavab: Sualın cavabı aydındır. Allahın sorğu-sualı gizli və qaranlıq qalan məlumatlara aydınlıq gətirmək üçün deyildir. Çünki o insanların daxili və xarici sirrlərindən xəbərdardır. Göylərdə və yerdə bir nöqtə belə onun tükənməz elmindən kənarda deyil.
Bu səbəbdən sözü gedən sorğu-sual insanın özünə əməllərinin pislik dərəcəsini anlatmaqdan dolayıdır. Yaxud da bir növ mənəvi cəzadır.
Ona görə ki, insanın həqiqətə daha yaxın və ona daha agah olduğu halda, tənbeh və məzəmmətlə günah əməllərin sorğu-sualı dözülməz və əzabvericidir. Deməli, sorğu-suallar həqiqətdə cəzalarının tərkib hissəsidir. (“Nümunə təfsiri”, cild 11, səh. 159.)
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.