Ölüncə çakəriyəm xatiri-imami-Rza (ə)
Ola cəhanda kimin, fərqi yoxdu, nami Rza,
Ölüncə çakəriyəm xatiri-imami-Rza. (ə)
********************************
Rizayi- həqqi tapar, qalmaz aciz aləmdə,
Tutarsa gər birisi bunca ehtirami-Rza. (ə)
**********************************
İmam fərq eləməz ya Əlidü, ya Mehdi.(ə.f)
O cümlədən elədir könlümə məqami-Rza.(ə)
***********************************
Xuda nəsib eləmiş, zair olmuşuq ona biz,
Deyildi adımıza, şükr kim, qulami-Rza. (ə)
*********************************
Həmişə etdik uzaqdan təvafi-kuyini, leyk,
Bu gün sənə yetişib eylərik səlam, Rza! (ə)
**********************************
Qalıbdı tərifə aciz dilim, deyər özünə:
-Kodam aciz olan bəndəvü, kodam Rza!(ə)
*********************************
Edibdü töhfə onu Tanrı xaki-İranə,
Veribdü işlərinə ol səbəb nizami Rza. (ə)
*********************************
Əlində töhfəsi yox Mailin imamə görə,
Ölüncə zikr edəcək daima kəlami-Rza.(ə)
*********************************
Müəllif: Mərhum Hacı Mail Əlizadə