Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Yeməyin əhəmiyyəti haqqında Quranın nəzəri
Qur`an bu barədə belə buyurur:
“Yetimlərin mallarını güc və zorla yeyənlər, həqiqətdə odu öz qarınlarına tökürlər və tezliklə (onlar) Cəhənnəmə, şö`lənənən oda düşəcəklər.”
Əlbəttə, asiman və mələklər aləmini görənlər bu cür adamların od yeməyini zahiri gözləri ilə görəcəklər. Oddan bağlanan bir nütfənin gələcəkdə necə cinayətlərə əl uzadacağı mə`lumdur.
Beləliklə nütfəsi (sperma) riba (sələm), oğurluq, ümumiyyətlə haram maldan tutulan uşağın gələcəkdə də onu harama tərəf sövq etməsi təbiidir.
Uşağın inkişafında yeməyin tə'siri
Münasib və qüvvətləndirici yemək uşaq cisminin gözəllik və lətafətində müsbət tə`sirə malikdir. Hədislərdə deyilib: ana hamilə olarkən qüvvətləndirici yeməklərdən, məsələn, alma, heyva, xurma və s. yesin[83] ki, uşağın gözəllik, lətafət və dözümlü olmasında bu kimi yeməklərin böyük tə`siri vardır.
İmam Sadiq (əleyhissalam) gözəl bir uşağa baxıb buyurdu:
“Çox güman ki, bu uşağın atası yaxınlıq etdiyi gecə heyva yemişdir.”
Müasir alimlərin nəzərincə yeməyin hamiləlik dövründə uşağın surətinin gözəlliyində, bədəninin normal olmasında, saçının, gözünün və eləcə də bədənin lətafətində çox böyük tə`siri vardır. Pak, təmiz və ətirli yeməyin uşağın zahirinə münasib tə`siri olduğundan, haram və şübhəli yeməklərin də mənfi tə`siri neçə dəfə çox, həssas və mühümdür.
Yemək zamanı ədəb qaydasının tə'siri
Bundan əlavə, yemək yeməyin qaydası övladın ruhiyyəsində tə`sirlidir, belə ki, yeməyin əvvəlində “Bismillah” və yeməkdən sonra “Əlhəmdulillahi-Rəbbil aləmin” demək və yeməyin digər ədəblərinə riayət etmək insan şəxsiyyətinin formalaşmasında və gələcək nəslin gözəl tərbiyəsində çox böyük tə`sirə malikdir.
Əllamə məclisidən (r.ə) bir hekayə
Mərhum Əllamə Məhəmməd Təqi Məclisidən bir hekayə nəql olunub ki, Qur`an ayələri və hədislərə müvafiqdir. O, İsfahanın “Cümə” məscidində namaz qılarmış. Bir gecə Əllamə oğlu Məhəmməd Baqir Məclisini də özü ilə məscidə gətirir. Lakin uşaq məscidə daxil olmaq istəmir və məscidin həyətində oturur. Atası gedəndən sonra məscidin həyətindəki su tuluğuna bir iynə batırıb ondan axan su ilə oynamağa başlayır. Namazdan sonra atası bu işdən xəbər tutub narahat olur. Evə gəlib yoldaşına deyir: Mən övladımızın nütfəsi bağlanmamışdan əvvəl və sonra İslamın ədəb və qaydalarına riayət etməyimdə, yeməyimdə bütün sə`yimi göstərmişəm, amma onun bu günkü hərəkəti bizim ikimizdən birinin təqsirkar olmasından söz açır. Bu nə olan işdir?
Uşağın anası deyir: Hamilə olduğum zaman qonşunun evinə getmişdim. Onların həyətindəki nar ağacı diqqətimi cəlb etdi. Könlüm nar istədiyindən ağacdakı nara iynə batırdım ki, onu dadam.
Nəticə
Beləliklə, görürük ki, o ananın hamilə dövründə qonşunun ağacının narına batırdığı iynə uşağın şəxsiyyətinin formalaşmasında mənfi tə`sirli olmuş, onun rəftarında özünü göstərmişdir. Haram maldan hazırlanmış yeməyi yemək, insanın hər hansı bir yaşayış zamanında olursa olsun onda namünasib əsər qoyub və onun rəftarında özünü büruzə verəcəkdir. Çox vaxt haram yemək zahid və abidləri belə dünya toruna salaraq onları harama doğru sürükləmişdir.
Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |