» » Quranın gətirdiyi dəlillər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Quranın gətirdiyi dəlillər
    0
    Müəllif: Kerbela Gunesi | 3-08-2016, 16:00 | Baxılıb: 766

     

    Quranın gətirdiyi dəlillər

     

    Dördüncü fəsil


    Qiyamət gününə olan iman və etiqadımız Quran ayələrindən və Peyğəmbərdən (s) nəql olunmuş hədislərdən qaynaqlandığı üçün bu haqda elmi dəlil və istidlallar gətirməyə heç bir ehtiyac duyulmur. Amma Quranın bizim bu mətləbə daha çox əhəmiyyət və diqqət yetirməyimiz üçün gətirdiyi dəlilləri nəzərə alaraq, onlardan bir neçəsinə qısa şəkildə işarə edirik. Quranın gətirdiyi bəzi dəlillər qiyaməti inkar edən şəxslərə verilən cavablardan ibarətdir. Digər ayələrdə mətləbi bir qədər genişləndirərək bu dünyada qiyamətə oşxar baş verən hadisələrə işarə edilmişdir. Başqa bir ayədə isə qiyamətin zəruri və hər şeyin sonu olduğu bəyan edilir. Demək Qurani-kərimin qiyamət haqda gətirdiyi dəlillər üç qismə bölünür:

    1. «Yasin» surəsinin 78-79-cu ayəsində deyilir: «öz yaradılışını unudub: ×ürümüş sümükləri kim dirildə bilər?! – deyə hələ Bizə bir məsəl də çəkdi. [Ya Peyğəmbər!] De ki: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir, O, hər bir məxluqu [yaradılışdan əvvəl və sonra da] çox gözəl tanıyandır.» Qiyaməti qətiyyətlə inkar edən Məkkə müşriklərindən biri çürümüş sümük parçasını Peyğəmbərin (s) qarşısında ovub tozunu göyə atır və sonra istehza ilə soruşur: Havada toz kimi pərakəndə olan sümük zərrəciklərini kim bir yerə yığa bilər? Bu ayə nazil olur və bu işin aləmlərin Rəbbi tərəfindən həyata keçəcəyi bəyan olunur. İnsan bəzən bütün işləri öz qüdrət və istedadı ilə müqayisə edir və onun mümkün ya qeyri-mümkün olduğunu hesab edir. Hər hansı bir işin öz qüdrət və istedadından xaric olduğunu gördükdə, onu qeyrimümkün hesab edir. Qurani-kərimdə bu haqda deyilir: «İnsanın qüdrət və istedadı ilə müqayisə edildikdə təbii ki, qeyri-mümkün hesab edilməlidir. Amma hər şeyi yoxdan yaradan və elmi hər şeyi əhatə edən bir varlıqla müqayisə etdikdə necə? Allahın yenilməz qüdrətilə müqayisə etdikdə biz onun mümkün və sadə bir iş olduğuna əmin olmalıyıq. Allah-taalanın qüdrət və əzəmətini, qiyaməti və xilqəti bəyan edən ayələrdən belə bir nəticəyə gəlirik ki, bütün hadisələr Allahın istək və iradəsi ilə həyata keçir və Onun üçün qiyamət günü insanı yenidən diriltməsi bir o qədər də çətin iş deyildir.

    2. İkinci qismə bölünən ayələrdə dünyada qiyamət aləminə oxşar hadisələrə toxunulmuşdur və bu ayələr iki hissəyə bölünür:

    a). Keçmişdə baş vermiş əhvalatlar (ölülərin yenidən dirilməsi) ətraflı şərh olunur. Belə ki, həzrət İbrahim (ə)-mın əhvalatında deyilir: İbrahim (ə) dedi: «Ey mənim Allahım! Mənə ölülərin necə dirildiklərini göstərməyini istəyirəm. Allah-taala buyurdu: Məgər buna iman gətirməmisənmi? Dedi: Bəli! İman gətirmişəm, amma bunu ürəyimin rahatlığı üçün istəyirəm. Allah-taala buyurdu: «Dörd quş tutub başlarını bədənlərindən ayırıb bədənlərini tikə-tikə et və onların hər birini dağların zirvəsinə qoy. Sonra onları, özünə tərəf gəlmələrini səslə. Onların yenidən dirilib sənə tərəf gəlmələrinin şahidi olacaqsan.

    b). İbrahim (ə)-ın qeyri-adi əhvalatına deyil, təbiətin hər il payız fəslində ölüb, yaz fəslində yenidən dirilməsinə işarə olunur. Belə ki, biz təbiətdə baş verən bu prosesin hər il şahidi oluruq. Qış mövsümündən sonra təbiətdə yenidən canlanma və dirçəliş başlanır. Amma bir müddət keçdikdən sonra yenidən hər şey öz fəaliyyətini dayandırıb, solğun rəng alır. Axirət günündə bu fəaliyyətsizlik bütün aləmdə müşahidə olunacaq. Günəş və onun ətrafına dövr edən digər planetlər (qalaktika) öz hərəkət dairəsindən xaric olub məhvə doğru yönələcəkdir. Amma bütün bunlar həmişəlik deyil, müvəqqəti olacaqdır. Axirət dünyasında varlıqlar yenidən dünyadan bir qədər fərqli olaraq yeni həyata başlayacaqlar. Əlli, altmış, yüz və ya daha çox yaşayan insan hər il təbiətin ölüb və yenidən dirilməsinin şahidi olur. O, bütün bu mərhələni üç yüz altmış beş gün ərzində müşahidə edir və hər il bunun şahidi olduğu üçün bu təbii proseslər onda heç bir təəccüb doğurmayır. Bir anlıq təsəvvür edək ki, ömrümüz əlli-altmış.... deyil bəzi həşaratlar kimi yalnız bir neçə aya davam edəcəkdir. Belə olduqda biz təbiət və ətraf mühit haqda heç bir məlumat əldə etməmiş olarıq. Biz də onlar kimi baharda dünyaya gəlib, təbiətdə baş verən prosesləri görmədən yaz fəslində dünyamızı dəyişməli olardıq. Bir il ərzində yalnız bir neçə ay ömr edən böcək təbii ki, torpağın ölüb yenidən dirilməsini və həyatın yeni mərhələyə başlamasını dərk etməyir. Məgər yaşadığı bağı dünya hesab edən bir böcək onun hər hansı bir məntəqəyə və oranın hər hansı bir şəhər və şəhərin hər hansı bir ölkəyə və nəhayət bütün bunların vahid bir qanuna (günəş sisteminə) tabe olduğunu təsəvvür edə bilirmi? Bilmirik! Bəlkə də yaşadığımız bu aləm və günəş sistemini təşkil edən digər planetlər başqa bir qalaktikanın kiçik bir hissəsini təşkil edir və onun da üzərinə vahid bir qanun hakimdir. Və bütün bunlar bir gün öz fəaliyyətini dayandırıb bir müddət keçdikdən sonra yeni bir mərhələyə başlayacaqdır. Peyğəmbərlər bir gün hər şeyin sona çatacağını və qiyamət günü insanların məhşərə daxil olaraq yeni həyata başlayacaqlarını biz insanlara dəfələrlə xəbər vermişlər. Və biz bu hadisəyə vahid ilahi qanunlar çərçivəsindən xaric proses kimi baxmamalıyıq. Quran qiyaməti yeni bir həyat adlandırır və bu yeni həyatın nümunələrini biz dünyada hər gün müşahidə edirik. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: (Bahar gəldiyi zaman qiyaməti çox yad edin). «Fatir» surəsinin 9-cu ayəsində deyilir: «Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz o buludları quru [ölü] bir məmləkətə tərəf qovub onunla torpağı, öldükdən sonra dirildirik. ölüləri diriltmək də belədir.» «Həcc» surəsinin 5-7-ci ayələrində deyilir: «Sən yer üzünü qup-quru görərsən. Biz ona yağmur endirdiyimiz zaman, o hərəkətə [cana] gəlib qabarar [yaxud xəmir kimi acıyar] və hər növ gözəl [meyvədən, bitkidən] bar gətirər. Bu [insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi] ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir. [Bu həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki] qiyamət günü mütləq gələcəkdir ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbrlərdə olanları dirildəcək!» Bu məzmunda istənilən qədər Quran ayələrini misal çəkmək olar, amma hələlik biz ikisi ilə kifayətlənirik.

    3. Üçüncü hissəyə bölünən ayələrdə qiyamətin zəruriliyi bəyan olunur və burada iki mühüm məsələyə toxunulur: Allahın ədaləti; Bütün məxluqat öz istedad və bacarıqlarına müvafiq olaraq, ilahi nemətlərdən bəhrələnmişdir. Onların birinin nə haqqı tapdalanmış, nə də digərinə üstünlük verilmişdir.

    2. İlahi hikmət – Allah-taala bütün məxluqatı müəyyən hədəf və məqsəd üçün yaratmışdır. Onların hər biri Allah tərəfindən nəticə və kamala doğru sövq edilir. Qurani-kərimdə deyilir: «Qiyamətin əbədi həyat və xoşbəxtliyin, axirət dünyası ilə mükafat və cəzalandırılmasının olması ədalət prinsipləri ilə tamamilə ziddiyət təşkil edir. Qiyamətin olması zülm deməkdir. Zülm isə Allaha xas olmayan xüsusiyyətlərdəndir. Axirət dünyası olmazsa, demək varlıqlar əbəs və hədər yerə yaradılmışlar. Amma bir qədər əvvəl işarə etdik ki, dünyada baş verən bütün işlər və yaradılmış bütün məxluqat ilahi hikmət prinsipləri əsasında həyata keçmişdir. Quranın bir çox ayələrində ayrı-ayrılıqda Allahın ədalət və hikmətinə işarə edilmişdir. Aşağıda qeyd edəcəyimiz ayələrdə isə bu mətləbin hər ikisinə bir yerdə toxunulmuşdur.

    1. «Sad» surəsinin 27-28-ci ayələrində qiyamət günü
    nü unudaraq haqq yoldan azmış və şiddətli əzaba düçar olmuş şəxslərin aqibəti bəyan olduqdan sonra deyilir: «Biz göyü, yeri və onların arasında olanları [bütün məxluqatı] boş-boşuna yaratmadıq. Bu, kafirin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına! Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yeri üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?»

    2. «Casiyə» surəsinin 21-22-ci ayələrində deyilir: «Yoxsa dünyada pis əməllər edənlər [axirətdə] onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! [Dünyada naz-nemət içində yaşayan kafirlər: «Əgər qiyamət günü, axirət doğrudursa, Allah bizə orada da firavan həyat bəxş edəcəkdir!» – deyirlər. Xeyr, onların axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir. [Dünyada aldıqları ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı yalnız dünyada Allah, din yolunda məşəqqətlərə dözmüş möminlərə məxsusdur]. Allah göyləri və yeri haqq-ədalətlə yaratmışdır ki, [onlar Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət etsin] və hər kəs öz əməlinin əvəzini alsın onlara heç bir haqsızlıq edilməyəcəkdir. [Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik edən də öz pisliyi müqabilində cəzalandırılacaqdır.]» Göründüyü kimi birinci ayədə Allahın ədalətinə, ikinci ayədə isə ilahi hikmətə toxunulur və ikinici ayənin sonunda Allahın ədalətinə və qiyamət gününün hədəf olmasına bir daha diqqət yetirilir.

    Kitabın adı: İslam dünyagörüşü - Əbədi həyat
    Müəllif: Ustad Mürtəza Mütəhhiri

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.