» » Mövludun mübarək, Ağa Seyyid Əli Hüseyni Sistani!


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Mövludun mübarək, Ağa Seyyid Əli Hüseyni Sistani!
    +10
    Müəllif: Yusifi Zehra | 4-08-2020, 13:35 | Baxılıb: 15 281

    Allahın salamı və rəhməti üzərinizə olsun! Bu gün Əzizimiz, Seyyidimiz,ali məqamlı mərceyi-təqlid Müctəhid Seyid Əli Hüseyni Sistani ağanın mövlud günüdür. Ağanın bütün müqəllidlərini və sevənlərini təbrik edirik. Allah Ağanı hifz eyləsin. Allah Ağanın canını sağlam, ömrünü uzun etsin. Ömrün bərəkətli, vücudun salim olsun. Mövludun mübarək olsun!

     Ayətullahul-uzma Seyid Əli Sistaninin həyatı

     

    Doğum tarixi: 4 avqust 1930 (1930-08-04)

    Doğum yeri: Məşhəd, İran

    Vətəndaşlıq: İraq

    Elm sahəsi: İslam

    Elmi dərəcəsi:Ayətullah əl-Uzma

    Elmi vəzifəsi: Müctəhid

    Təhsili: Qum, Nəcəf

    Elmi rəhbəri: Ayətullah Xoyi

    Tanınır: Alim kimi

     

    1349 (h.q)-cu ilin Rəbiül-əvvəl ayında İmam-Rza (ə.s)–ın şərəfləndirdiyi mübarək Məşhəd şəhəri yaxınlığında dindar bir ailədə, elm, təqva, kəramət və seyyidlər ocağında dünyaya göz açmış və bu müqəddəs məkanda fəzilətlər içində yetişib boya-başa çatmışdır. İbtidai və orta təhsilini (ərəb ədəbiyyatı, Bəlağət, əqli və dini elmləri) dəyərli ustadlardan almışdır.

     

    Təhsili
    Yüksək dərəcədə Üsul, Fiqh, əqli və ilahi elmlərini o müqəddəs şəhərdə mühəqqiq Mirzə Mehdi İsfahani (r.ə) kimi ustadların hüzurunda tamamlayaraq təhsilini daha da təkmilləşdirmək məqsədilə 1368 (h.q)-ci ildə müqəddəs Qum şəhərinə, elm mərkəzinə hicrət etmişdir. O günlərdə bu müqəddəs elm mərkəzi təhsilini, Ayətullahul-üzma Seyyid Hüseyn Burucerdinin əməyi və mərcəiyyətinin kölgəsi altında davam etdirirdi. Ayətullah Seyyid Burucerdinin Üsul və Fiqh dərsləri xüsusi bir metodla, təhqiq və tətbiq üzrə bütün fiqhi hədisləri və İslami fikirləri əhatəedici və olduqca ciddi idi.Seyyid Əli Hüseyni Sistani bu şəxsiyyətdən Hədis və Rical elmlərini tam şəkildə öyrənmiş, Ayətullah Hüccət kimi fəzilətli və məşhur ustadlardan da yetərli şəkildə bəhrələnmişdir. Seyyid Əli Hüseyni Sistani 1371 (h.q)-ci ildə Nəcəfül-əşrəf şəhərinin məşhur ustadlarından da bəhrələnmək, İlahi və Peyğəmbər (s) elminin pak qapısı Həzrəti Əmirəl-Mö’minin Əli (ə.s)–ın yaxınlığında ola bilmək üçün Qum şəhərindən ayrılaraq İraqa getmişdir. Onun Nəcəfə gəldiyi günlərdə orada yerləşən elm mərkəzlərinin dərsləri çox yüksək səviyyədə keçirilirdi. Seyyid bütün gücünü elmi əsaslara və fəqihliyə vermiş və o diyarın böyük, məşhur, təcrübəli ustadlarından çox dəyərli elmi mə’lumatlar əldə etmişdir.

    Bu dəyərli şəxsiyyət on ildən artıq müddətdə fəqih və müctəhidlərin ustadı Ayətullahul-üzma Seyyid Xoinin (quddisə sirruh) dərslərində iştirak etmiş və o günlərdə Nəcəf elm mərkəzinin müdrik ustadı və məs’ulu Həzrət Ayətullahul-üzma Seyyid Həkimdən də böyük elmi istifadələr etmişdir.

    Seyyid, ən çox tələbkarlığı, dərin fikirlərə sahib olmasıyla məşhur olan Ayətullahul-üzma Şeyx Hüseyn Hillinin hüzurunda bütün Üsul dərslərini bir dövrə oxumuşdur. O, Məşhəd, Qum və Nəcəf kimi müqəddəs elm mərkəzlərində illər boyunca elm öyrənərək Üsul və Fiqhdə, maarif və təhsil işlərində məşğul olmuş, həmçinin bir çox elmi ixtisaslarda dəyərli təcrübə kəsb etmiş və dərin elm sahibi olmuşdur.

    1381-ci (h.q) ildə Şeyx Ənsarinin (r.ə) «Məkasib»indən ictihad dərslərinə başlamışdır. Belə ki, bu əsasla illərlə ictihad dərsləri verdi. Daha sonra ictihad dərslərini «Şərh» ünvanı ilə Seyyid Muhəmməd Kazım Təbatəbai Yəzdinin (r.ə) «Urvətul-Vusqa»sıyla davam etdirmişdir. Bununla yanaşı təharət, xums və namazla bağlı bir çox məsələlərdə geniş məzmunda dərslər vermişdir.

    Bu dəyərli şəxsiyyət, 1384 (h.q)-cü ilin Şə’ban ayında yüksək ictihad dərəcəsində üsul dərsləri verməyə başladı. Bu dərslərin üçüncü dövrəsini 1411-ci ilin Şə’ban ayında tamamladı. Onun əldə etdiyi və bir çox alim ustadlarından qazandığı Üsul və Fiqh dərslərindəki dəyərli mə’lumatları, dərsləri tədris etməyə başlamışdır.

     

    Nailiyyətləri

    Həzrət Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistani (damə zilluh), ustadların yetişdiyi elmi mərkəzlərdəki dərslərdə sür’-ətlə parladı. Dərs yoldaşları və ustadları arasında araşdırma, təhqiq, rə’y vermə mövzularının hakim olması, elmi iradəsi, bir çox elmi mövzularda xüsusən də fiqh, üsul və rical elmindəki bilikliyi və müvəffəqiyyətinə görə tanınmış və seçilmişdir.

    O dəyərli şəxsiyyətin üstünlüyü hər kəs tərəfindən açıq-aşkar şəkildə bilinməkdə idi. O, gənc yaşlarında ikən Ayətullahul-uzma Seyyid Xoi (quddisə sirruh) tərəfindən yazılı olaraq ictihad izni alan şəxsiyyətlərdəndir. Digər bir ustadı olan Həzrət Ayətullah Şeyx Hüseyn Hilli də ictihad şəhadətnaməsini 1380-cı (h.q) ildə yazılı olaraq Seyyid Sistaniyə vermiş və onun fəzilətləri, elmi dərinliyi və üstünlüyü ilə fəxr etmişdir.

    Yenə də həmin ildə fəqih, mühəddis, rical elmi sahəsində ustad, böyük tədqiqatçı əllamə Hacı Ağa Bozorg Tehrani yazılı olaraq verdiyi şəhadətində onun rical və hədis elmindəki elmi şəhadətini xüsusilə qeyd edərək onun yüksək elmi məqamını mədh etmişdir.

    Belə ki, bu dəyərli şəxsiyyətin məqamının göstəricisi olan izn və şəhadətnamələrin olması və bu mədhlərlə şəxsiyyətinin tanınması məhz onun otuz bir yaşı tamam olmadığı illər təsadüf etdiyini qeyd etməliyik.

     

    Düşüncə və əsərləri

    Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistani (damə zilluh) otuz dörd yaşında yüksək səviyyədə fiqh, üsul və rical təhsilini verərək çox böyük xidmətlər göstərmişdir.

    Onun fiqhi ictihadı və elmi tədqiqatlarının bəhrəsi olduqca çoxdur. Bunlardan bə’zilərinə işarə edəcəyik. Əvvəldə qeyd etdiyimiz kimi, Seyyid Şeyx ənsari (r.ə)-nin «Məkasib» kitabını yüksək səviyyədə tədris etmiş və bu təhsili sona yetirdikdən sonra təharət, qəza, xums, fiqhin bə’zi qayda və bəhslərindən (faiz, təqiyyə, ilzam qaydası və s.) dərs vermişdir. Bu dərslərinin bir qismi cəm edilərək kitab kimi nəşr olunmuşdur. Seyyid üç dövrə kamil şəkildə üsul dərsi vermiş və dərslərindəki bə’zi bəhslər toplanıb kitab şəklində çap olunmuşdur.

    Bu dəyərli ustad bir çox qiymətli əsərlər yazmışdır. Onlardan bir qismini burada qısaca olaraq sadalayırıq:

    1- Şərhi – urvətul – vusqa
    2- Əl – buhusul – usuliyyə
    3- Kitabul – qəza
    4- Kitabul – bəy’i vəl – xiyarat
    5- Fil – libasil – məşkuki – fih
    6- Fi qaidətil – yəd
    7- Fi səlatil – musafir
    8- Fi qaidətit – təcavuz vəl – furaq
    9- Əl – qiblə
    10- Ət – təqiyyə
    11- Qaidətul – ilzam
    12- Əl - ictihad vət – təqlid
    13- Fəvaidul – qərəviyyə
    14- Ər – riba
    15- Hucciyyətu Mərasili ibn əbi – Umeyr
    16- Nəqdi risalətu Təshihu – Əsanidil – Ərdəbili
    17- Şərhi məşiətut – təhzibeyn.
    18- Qaidətul – Qur’ə.
    19- Tarixi tədvinil – hədis fil – İslam
    20- Əl- Fəvaidul – fiqhiyyə.
    21- Risalətun fi hukmi ma iza ixtələfəl – muctəhidan əl-mutə-saviyan fil – fətva.

    Seyyidin şər’i hökmlərdən ibarət «Tovzihul-məsail» kitabı isə Azərbaycan dilinə və bir çox dillərə tərcümə olunub yayılmışdır.

    Nəcəfi-əşrəfin bə’zi ustadlarının nəql etdiyinə görə, Ayətullah Seyyid Nəsrullah Mustənbitin vəfatından sonra bə’zi fəzilət sahibləri Seyyid Xoi (r.ə)-nin mərcəliyində toplanmış və elmi mərkəzlərdəki fəaliyyətləri konstruktiv bir şəkildə idarə etmək üçün bir platforma axtarmışlar. Seyyid Xoi (r.ə) də elmi fəzilətləri səbəbilə Seyyid Sistanini seçdi. Seyyid Sistani, imam Xoinin (r.ə) mehrabında namaz qılmağa, onun mədrəsəsində dərs verməyə və onun kitablarına haşiyə yazmağa başladı. Seyyid Xoinin (r.ə) vəfatından sonra onun cənazəsini torpağa tapşıran altı şəxsdən biri olub, onun pak cənazəsinə namaz qılmışdır.

    Daha sonra mərcəyi-təqlid vəzifəsini və elmi mərkəzlərin liderliyini öhdəsinə götürərək icazələr verməyə, hüquq paylamağa və «Xəzra» məscidində imam Xoinin (r.ə) minbərində dərs verməyə başlamışdır. Onun mərcəliyi İraq, İran, Hindistan və digər Afrika, Avropa, Asiya ölkələrində sür’ətlə yayılmağa başlamışdır. Belə ki, Seyyid bir neçə ə’ləm fəqihdən birisidir. Buna həm Nəcəfi-əşrəf, həm də müqəddəs Qum şəhərinin bir çox elmi mərkəzlərindəki müəllim və ustadlar şahiddir.

     

     

     

     

      

     

     

     

    https://www.youtube.com/watch?v=fqIwovloXoI

     
     
    Bölmə: Digər
    Şərhlər: 9
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 5 Ağustos 2016 09:19 | Sayt nəzarətçisi | Şərh yazdı
    Salamun Alleykum size nece tewekkur edim bilmirem menim ucun qızıldan qiymetli xeberdir Allah sizden dunya axiret razı olsun .men Allahdan agama uzun omur can saglıgı arzu edirem Allah wefasını versin qismet elesin agamın ellerinden tekrar ope bilim ve butun isteyenlere nesib etsin Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 5 Ağustos 2016 06:16 | Sayt nəzarətçisi | Şərh yazdı
    Butun aganin teqlidcilerini tebrik edirem agaya Allahdan sagliqli omur dilegirem insAllah 

    --------------------
    Не нравится -1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 4 Ağustos 2016 21:49 | İstifadəçi | Şərh yazdı
    Allahın salamı və rəhməti üzərinizə olsun. Xanım Məsumə (s.ə) və Seyid Sistanı ağanın mövludları münasibəti ilə bütün şiələri təbrik edirəm. Müştehidlərimiz İmam Zaman (ə.f)-ın naibləridirlər. Onlar dilləri, elimləri, vücudları ilə dinimizin, məzhəbimizin sipəridirlər. Allah onları daim qorusun və onlara yardımçı olsun. Allah onları başımızın üstündən əsgig etməsin. Müştehidlerimizin salamatlıqları üçün salavat zikr edək. Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd... Leyla bacı Allah səndəndə razı olsun gözəl hazırlamısan.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Təhminə | Status: İstifadəçi Offline | 4 Ağustos 2016 18:00 | İstifadəçi | Şərh yazdı
    Ah nə gözəl.Ağamız mövludun mübarək can ağa.Allah səni bizə bağışlasın ağam.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 4 Ağustos 2016 11:51 | İstifadəçi | Şərh yazdı
    Necede gozel gundur movlud movluda qatiwib Allah bu gozel gunun hormetine butun gunahlarimizi baqiwlasin 

    --------------------
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 4 Ağustos 2016 05:31 | Sayt nəzarətçisi | Şərh yazdı
    Salamun aleykum.Allah ağanın ömrün uzun etsin..Butun muselmanlari aganin mubarek movludu munasibeti ile tebrik edirem.Ehsen size cox gozel  xeber hazirlamisiz Allah emeyi kecen her kesden razi olsun Inseallah.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Muxtar davamçisi | Status: İstifadəçi Offline | 3 Ağustos 2016 22:18 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun!Alimin movludu mubarek olsun!Allah bele deyerli sexsiyyetlerin oyrendiklerinin az bir hissesi bele olsa bizlere de oyrenmeyi nesib eylesin!Allah bizleri dogru yol olan Əhlibeytin yolundan ayirmasin!AMIN!!!

    --------------------
    Не нравится -1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 3 Ağustos 2016 21:43 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun
     Aga Allah omrunuze bereket versin movludunuz mubarek olsun Allah sizi bizlere cox gormesin amin insaAllah Allah sizin kimi butun muctehidlerimizin canin sag elesin Xameneyi Agada onun icinde​​​
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 3 Ağustos 2016 21:36 | Administrator | Şərh yazdı
    Allah aganin omrune bereket versin.Butun İslam alemini bu mubarek movlud munasibeti ile tebrik edirem.MaasAllah az qala ki xeberin ozu bu mubarek gunden de gozel ola.Cox gozel tertib olunub.Allah ecrinizi versin
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.