Hicabsız qadın öz çirkin əməlləri ilə böyük zərər edir
O öz namusunu naməhrəm kişilərin baxmasına satır. Görəsən bununla kimin ürəyini ələ alır, avara və əyyaş kişilərin, yoxsa ona nifrət bəsləyən pak kişilərin? Allah-təala sağlamlıq və gözəllik nemətini bizə əmanət olaraq verib. Biz ondan ürəyimiz istədiyi kimi istifadə edə bilmərik. Allah-təala bizə belə bir bəxşişverdiyi üçün bizdə çalışmalıyıq ki, ona əmanətdarlıq və bəndəlik əlaməti olaraq razılığını qazanaq, bu nemətdən öz şeytanı niyyətləri üçün çalışan əyyaş kişilərin ürəyini yox.
Hicabsızlıq Allaha şərik qoşmaq kimidir
Hicabsız qadın Allaha ibadət etməkdənsə modaya ibadət edir. Əgər müxtəlif paltarlar geyinməklə öz ərini xoşhal edirsə. bu yaxşıdır (həddi aşmamaq şərtilə). Amma özünü göstərmək üçün ərini çətinliyə salsa,(belə ki. ona borc almağa sövq edə və həmçinin xəcalətli edə) çox böyük günah etmiş olur.
Hicabsız qadının çəkdiyi xərcin faydası yoxdur
Həyalı qadın məsrəf etsə, onun faydaları da var, məsələn: uşaq tərbiyə etmək üçün. evdarlıq. toxuculuq, tikiş və tədris etmək üçün çəkdiyi xərclər kimi. Amma hicabsız qadının çəkdiyi xərclər cəmiyyətin fəsadlığına səbəb olur.
Hicabsız qadın ailələrin dağılmasına səbəb olur
Onun şeytan hərəkətləri zəyif imanlı kişilərin nəzərini özlərinə cəlb edir. Belə olduqda, onlar öz həyat yoldaşlarına qarşı soyuq münasibət bəsləyirlər. Ged-gedə bu soyuqluq ər-arvadın ayrılmasına səbəb olur. Bunun da günahı hicabsız qadının boynundadır.
Hicabsızlığın övladlar üzərindəki mənfi təsiri
Vərasət qanununda isbat olunub ki, valideynlərin pis və yaxşı sifətləri öz övladlarına da təsir edir. Hətta hamiləlik dövründə ananın yediyi yeməklərdən də uşağa təsir keçir. Deməli, qadıın pozğunluğu da təsir edir. Onun uğursuz aqibəti dünya və axirətdə özünə nəsib olacaq. Öz övladının gələcəyinidə ləkələyir. Çünki qız öz anasının əxlaqını özünə nümünə götürür. Onun kimi. bəlkə ondan da pis olur. Ürəyiniz öz övladlarınıza yansın. Bu işdən əl götürün.
Hicabsız qadının ölmü tez yetişir
Əli (ə) buyurur: " Sürətlə öz şəhvətinin arxasınca gedən şəxs əslində tələsərək ölümə və ziyana tərəf gedir. Çünki, günahın cismə zərəri var."
Kitabın adı: Qadınlara məxsusi olan şəri məsələlər
Müəllif: İftixarus-Səadət Musəvi Qafiləbaşı