Rum əşraf və əyanlarının kef məclislərindən biri bu idi ki, biçarə qulları nümayiş göstərilən bir meydanda, şir, bəbir, pələng kimi vəhşi və ac heyvanlarla bir yerdə cəm edirdilər. Elə ki, qullar özlərini bu yırtıcı heyvanların caynağında giriftar görürlər, ahu-fəğan və qışqırıqları ucalır. Bu vaxt əyan və əşrəflərin şadlıq ruhiyyələri ərşə çatır. Həmçinin, bu əsil və əşrəflərin istirahət məclislərindən biri də bu idi ki, əli qılınclı çılpaq qullardan ibarət iki dəstəni, bir-birinin canına salırdılar. O həddə kimi ki, bir-birlərinin əzalarını və üz-gözlərini yaralayıb kəsirlər. Bu cinəyatgər əşrəflər, belə dəhşətli və qanlı səhnələri görməkdən ləzzət alıb sevinirdilər. Əgər bu qullar belə işə boyun qoymasaydılar, meydanın ətrafını dövrəyə almış əsgərlər tərəfindən tikə-tikə doğranardılar.
Həmçinin, rumlu cinayətkar əyan və əşrəflərin başqa kef məclislərindən biri bu idi ki, kölələri məcbur edirdilər ki, öz əllərini arı və əqrəblə dolu yuvaya salsınlar. Onlar da kölələrin qaralmış əziyyətli çöhrələrini görməklə şad olub gülsünlər.
"Tarixi Rum" kitabının müəllifi, yenə o ölkənin kölələri barəsində belə yazır:
"Kölələr, heyvanlar kimi yalnız, ağır və müşkül işləri görməli idilər. O cümlədən, xəndəkləri təmizləmək, yolları daş asfalt etmək, tikanları təmizləmək, bağları belləmək, ziyanlı bitkiləri və kolları kəsmək, buğdanı döymək ayaq yollarını təmizləmək və sair işləri yerinə yetirirdilər.
Əgər qullardan birinin bu işləri görməməkdə qüsuru olsaydı, şiddətli və müxtəlif cəzalara məruz qalır, çubuq və şallaq vururdular. Daha sonra onu dəvə və atın yerinə zəncirə bağlayıbiş gördürürdülər. Mədən quyularına atılır və yaş zirzəmilərdə həbs olunurdular. Heyvanların bayram günlərində işlərindən azad olmalarına baxmayaraq, kölələr bu günləri işdən azad olmurdular.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi