» » Biz nə üçün Allahı tanımağa maraq göstərməliyik?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Biz nə üçün Allahı tanımağa maraq göstərməliyik?
0
Müəllif: Aşiqi Rüqəyya | 3-07-2016, 09:00 | Baxılıb: 907
 

Biz nə üçün Allahı tanımağa maraq göstərməliyik?
 
Sual: Biz nə üçün Allahı tanımağa maraq göstərməliyik?
Ətraflı cavab: Heç bir hərəkət məqsəd və stimul olmadan baş vermir. Təbiidir ki, varlıq aləminin mənşə və başlanğıcını tanımaq yolunda olan hərəkət də stimulsuz ola bilməz. Buna görə də filosoflar və kəlam alimləri "Allahı axtarmaq” hissi üçün üç əsas səbəb qeyd etmişlər:
1 – Əqli
2 – Fitri
3 - Atifi (emosional)
 
 Qurani-kərimdə hər üç səbəblə bağlı işarələr vardır
 
1 - Əqli stimul
İnsan kamal təşnəsi, həqiqət aşiqidir, bu əbədi eşq bütün insanlarda hiss olunur, lakin hər kəs öz kamalını bir şeydə axtarıb onun ardınca gedir, bir qrup insan da su əvəzinə ilğımın ardınca düşərək xəyali dəyərləri, puç kamalları gerçəklik hesab edir.
Bəzən bu instinkt "mənfəətin cəlb və zərərin dəf edilməsi prinsipi” kimi xatırladılır ki, insan bu qərizənin (instinkt) təsiri altında öz taleyi ilə (qazanc və ziyan baxımından) əlaqəli olan hər bir mövzu ilə ciddi rəftar etməyi öz öhdəsinə götürür.
Lakin bu eşqə "qərizə” adı qoyulması çox çətindir, çünki qərizə, adətən, insan və ya sair canlıların fellərində təsirli olan qeyri-şüuri qabiliyyətlərə deyilir. Bu səbəbdən də, daha çox heyvanlar barəsində istifadə olunur. Buna əsasən, yaxşı olar ki, bəzilərinin bu kimi hallarda istifadə etdiyi "ali meyllər” ünvanından istifadə edək.
 Hər bir halda, kamala olan bu eşq, maddi və mənəvi mənfəətlərə olan meyl, hər növ zərər və ziyanın dəf edilməsi məsələsi insanı vadar edir ki, ehtimal verilən hallarda da tədqiqat aparsın. Bu ehtimal nə qədər güclü, onun zərər və ziyanları nə qədər böyük olarsa, insan bu tədqiqat və axtarışı bir o qədər lazım və zəruri hesab edər.
Bir kəsin hər hansı bir mətləbin onun taleyində mühüm təsirə malik olduğunu bilə-bilə özündə o barədə tədqiqat aparmaq üçün məsuliyyət hiss etməməsi qeyri-mümkündür.
Allaha iman və din barəsində tədqiqat da bu məsələlərdəndir. Belə ki, dinin mahiyyət və məzmunu bilavasitə insanın əbədi taleyi, onun xeyri və zərəri ilə əlaqədar məsələlərlə bağlıdır.
Bəzi insanlar bu məsələnin aydın olması üçün bir misal çəkirlər: Fərz edin ki, bir insan iki yol ayrıcında qərar tutmuşdur. O bilir ki, burada qalmaq təhlükəlidir, bu yollardan biri çox təhlükəli, digəri isə, əksinə, insana nicat verən, səadətə aparan yoldur. Hər biri üçün müəyyən şahid və dəlillər də irəli sürülür. Şübhəsiz, yoldan keçən hər bir insan tədqiqat aparmağı zəruri hesab edərək ona laqeydliklə yanaşmağın əqlin hökmü ilə müxalif olduğunu görür.
"Ehtimal verilən zərərin dəf edilməsinin zəruriliyi” adlı məşhur əqli prinsip əqli stimulun bir şaxəsidir. Quran Peyğəmbəri-Əkrəmə (səlləllahu əleyhi və alih) xitabən buyurur:
قُلْ اَرَاَیْتُمْ اِن کَانَ مِنْ عِندِ اللَّهِ ثُمَّ کَفَرْتُم بِهِ مَنْ اَضَلُّ مِمَّنْ هُوَ فِی شِقَاقٍ بَعِیدٍ 
"Onlara de: Mənə deyin görüm, əgər bu Quran yeganə Allah tərəfindən olsa (yəni hesab, cəza, behişt, cəhənnəm məsələləri düzgün olsa), siz də ona kafir olsanız, kim uzun-uzadı müxalifət və şiddətli azğınlıqda qərar tutmuş olan insandan da artıq yolunu azmış olar?!” ("Fussilət”, 52)
Əlbəttə, bu söz o kəslərin barəsindədir ki, onlara heç bir əqli dəlil təsir etmir, heç bir məntiqi dəlilləri də yoxdur. İnadkar, təəssübkeş və məğrur insanlara deyilən son söz bundan ibarətdir ki, siz Quranın, tövhidin, ölümdən sonrakı aləmin varlığının haqq olduğunu yüz faiz qəbul etməsəniz də, şübhəsiz, onu inkar etmək üçün də dəliliniz yoxdur. Buna əsasən, əgər Quranın dəvəti və məad məsələsi gerçək olsa, bu zaman bu ilahi məktəb müqabilində bu kimi şiddətli müxalifət və azğınlıq və sərt mövqe tutduğunuza görə necə qaranlıq və dəhşətli taleyə düçar olacağınızı təsəvvür edin! İmamlar da (əleyhimussalam) inadkar insanlar barəsində eyni sözləri buyurmuşlar, belə ki, "Kafi” də nəql olunan bir hədisdə deyilir: "İmam Sadiq (əleyhissalam) öz müasiri olan dinsiz – materialist şəxs İbni Əbil-Ovca ilə çoxlu söhbətlər etmişdi. Axırıncı dəfə onu həcc mərasimində gördü. İmamın səhabələrindən bəziləri dedilər ki, deyəsən İbni Əbil-Ovca müsəlman olmuşdur?! İmam (əleyhissalam) buyurdu: "Onun qəlbi elə kordur ki, heç vaxt İslamı qəbul etməz!” 
Onun gözü İmama (əleyhissalam) sataşanda dedi: "Ey mənim ağam və böyüyüm!” 
İmam (əleyhissalam) soruşdu: 
مٰا جٰاءَ بِکَ اِلىٰ هٰذَا الْمَوْضِعِ؟
"Sənin buraya gəlməyinə nə səbəb olmuşdur?!"
O dedi: 
عٰادَهُ الْجَسَدِ، وَ سُنَّهُ الْبَلَدِ، وَ لِنَنْظُرَ مَا النّٰاسُ فِیهِ مِنَ الْجُنُونِ وَ الْحَلْقِ وَ رَمْىِ الْحِجٰارَهِ
"Buna görə gəlmişəm ki, həm buna bizim cisimlərimiz və ya bədənlərimiz adət etmişdir, həm yaşadığımız mühitin adətləri bunu tələb edir, həm də camaatın başlarını qırxıb daş atmaları kimi bəzi dəlisovluq əlamətlərini, müşahidə edim”.
İmam (əleyhissalam) buyurdu:
اَنْتَ بَعْدُ عَلىٰ عُتُوِّکَ وَ ضَلٰالِکَ، یٰا عَبْدَ الْکَرِیمِ!
"Sən hələ də öz inadkarlığında qalmışsan, ey Əbdül-Kərim!”
O, danışmaq istəyəndə həzrət buyurdu ki, həcdə mübahisəyə yer yoxdur! Sonra öz əbasını onun əlindən dartaraq buyurdu:
اِنْ یَکُنِ الْاَمْرُ کَمٰا تَقُولُ ـ وَلَیْسَ کَمٰا تَقُولُ ـ نَجَوْنٰا وَ نَجَوْتَ، وَ اِنْ یَکُنِ الْاَمْرُ کَمٰا نَقُولُ ـ وَهُوَ کَمٰا نَقُولُ ـ نَجَوْنٰا وَ هَلَکْتَ!
"Əgər bu məsələ sənin dediyin kimi olsa – halbuki elə deyildir – onda həm biz, həm də sən nicat tapmış olursan. Amma əgər biz deyən kimi olsa – haqq da elə budur – onda biz nicat tapacağıq, sən isə həlak olacaqsan.”
Bu zaman İbni Əbil-Ovca öz yoldaşlarına dedi: "Məni qaytarın, (ürəyimdə) bir ağrı hiss edirəm”.
Onu qaytardılar, çox keçmədən dünyadan getdi. 

2. Atifi (İnsani duyğulara əsaslanan) stimul
İşarə
Belə bir məşhur atalar sözü vardır ki, 
اَلاِْنْسانُ عَبِیْدُ اَلاِْحْسانِ
"İnsan – ehsan quludur.”("Qurərul-hikəm”)
Həmin məsələ azacıq fərqlə ("əbid” kəlməsi əvəzinə "əbd” kəlməsi işlədilmişdir) Əmirəl-möminin Əli ibn Əbu Talibin (əleyhissalam)  kəlamında da zikr olunmuşdur:
اَلاِْنْسانُ عَبْدُ الاِْحْسانِ 
"İnsan ehsanın quludur.”("Qurərul-hikəm”)
Başqa bir hədisdə həzrət buyurur:
بِالاْحْسانِ تُمْلَکُ الْقُلُوبُ
"Ehsan vasitəsi ilə qəlblər (ehsan edənin) ixtiyarına keçir.” ("Biharul-ənvar”, 77-ci cild, səh. 421 ("Axundi” çapı))
وَاَفْضِلْ عَلَى مَنْ شِیْتَ تَکُنْ اَمِیْرَهُ
"İstədiyin kəsə ehsan et ki, onun əmiri olasan.”
Bu mülahizələrin kökü isə Peyğəmbəri-Əkrəmdən (səlləllahu əleyhi və alih) nəql olunan aşağıdakı hədisdir
اِنَّ اللهَ جَعَلَ قُلُوْبَ عِبادِهِ عَلَى حُبِّ مَنْ اَحْسَنَ اِلَیْها، وَبُغْضِ مَنْ اساءَ اِلَیْهَا
"Həqiqətən, Allah-taala bəndələlrinin qəlblərini elə yaratmışdır ki, ona ehsan və yaxşılıq edənləri sevər, ona pislik edənlərə qarşı isə düşmənçilik edər.”("Tuhəful-üqul”, səh. 37, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in kəlamları bölməsi)
Bir sözlə, əgər bir kəs başqasına xidmət göstərər və ya ona bir nemət bəxş edərsə, onun insani duyğularını özünə cəlb etmiş olur. İnsan xidmət və ehsan sahibinə məhəbbət bəsləyir, onu yaxından tanıyaraq təşəkkür etmək istəyir. Bu nemət nə qədər dəyərli olarsa, nemət verən şəxsə məhəbbət artar və onun tanımaq üçün ülvi-insani duyğular da daha çox təhrik olar. 
Buna görə də, kəlam alimləri (teoloqlar) qədim dövrlərdən etibarən "nemət sahibinə təşəkkür etmək” məsələsini din barəsində tədqiqat aparmaq və Allahı tanımaq üçün təhrikedici amillərdən biri kimi qeyd etmişlər. Lakin bunu da vurğulamaq lazımdır ki, "nemət sahibinə təşəkkür etmək” əqli bir hökm olmazdan öncə, atifi (ülvi duyğularla əlaqədar) bir fərmandır. Bu qısa işarəni məşhur ərəb şairi Əbul-Fəth Bəstinin bir şeri ilə sona çatdırırıq:
اَحْسِنْ اِلَى النّاسِ تَسْتَعْبِدْ قُلُوْبَهُم *** فَطَالَما اسْتَعْبَدَ اَلاِْنْسانَ اِحْسانٌ
"İnsanlara ehsan et ki, onların qəlblərini özünə qul edəsən, 
Zira insanlar daim ehsanın qulu olmuşlar.”
İmam Sadiqdən (əleyhissalam) nəql olunan bir rəvayətdə deyilir ki, bir gün Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) Ayişənin yanında idi, Ayişə soruşdu: "Nə üçün özünü bu qədər (ibadətlə) əzab-əziyyətə salırsan, halbuki Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır?!”
Həzrət buyurdu:
اَلا اَکُوْنُ عَبْداً شَکُوْرا
"(Allahın) çox şükür edən bəndəsi olmayımmı?!”("Üsuli-kafi”, 2-ci cild, "əş-şükr” babı, hədis 6)
3-Fitri stimullar
İşarə
Fitrət dedikdə heç bir əqli dəlil-sübut gətirilməsinə ehtiyac duyulmayan batini hisslər və dərketmə nəzərdə tutulur. Biz hər hansı bir gözəl təbiət mənzərəsini müşahidə edərkən, yaxud da çox ətirli və gözəl bir gül gördüyümüz zaman daxilimizdə ona qarşı güclü bir cazibə qüvvəsi hiss edirik. Bu hissi "gözəlliklərə olan meyl və eşq” adlandırır və bu barədə heç bir dəlil-sübuta ehtiyac görmürük. Bəli, gözəlliyə olan meyl insanın ali-mənəvi və ruhi meyllərindən biridir.
Dinə meyl, xüsusilə də Allahın tanınması bu fitri hisslərdən biridir, hətta bütün insanların daxilində, ruhlarında kök atmış stimullardan birdir. Buna görə də, nə indi, nə də qədim tarixdə ruhlarında, düşüncələrində hər hansı bir dini  hissin hakim olmadığı bir qövm və ya millət olmamışdır. Bu da bu dərin hisslərin əsil, köklü duyğular olduğuna dəlalət edir.
Quran peyğəmbərlərin qiyamını, onların başına gələn əhvalatları nəql edən zaman dəfələrlə bu məsələni vurğulayaraq onların əsl məram və məqsədlərinin Allahın varlığını isbat etmək deyil, şirk və bütpərəstliyin köklərini aradan aparmaq olduğunu bildirmişdir, çünki onsuz da Allahın varlığına dair elm hər bir şəxsin fitrətinin dərinliklərində gizlənmişdir. Başqa sözlə desək, onların məqsədləri qəlblərdə Allaha pərəstiş qələmləri əkmək deyil, zatən mövcud olan bu qələmləri suvarmaq, onların inkişafına mane olan, bəzən hətta tamamilə qurumasına gətirib çıxaran alaq otlarını təmizləmək olmuşdur.  
"Allahdan başqa heç kimə pərəstiş etməyin!” «اَلاّ تَعْبُدوا اِلاّ اِیّاهُ» "Ondan başqa heç kimə pərəstiş etməyin!” kimi cümlələr Allahın varlığını isbat etmək üçün deyil, bütlərə sitayişin yanlış olduğunu bildirmək üçün söylənilmişdir. Quranda bi çox peyğəmbərin bir sözləri, o cümlədən İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) dəvəti,  Nuhun dəvəti,  Yusifin dəvəti , Hudun dəvəti  (əleyhimussalam) də öz əksini tapmışdır. Bundan əlavə, bizim ruhumuzun dərinliklərində digər bir fitri hiss də vardır. Bu da elm, bilik və agahlıq ilə əlaqədar son dərəcə güclü və cazibəli bir qüvvənin olmasıdır. 
Görəsən, mümkündürmü  ki, biz bu geniş dünyada mövcud olan saysız-hesabsız əsrarəngiz sistemləri müşahidə edək, amma bu sistemin mənşəyi barəsində axtarış aparmaqdan qafil olaq?!
Mümkündürmü ki, bir alim qarışqaların həyat və fəaliyyətlərini tədqiq etmək üçün 20 il zəhmət çəkib əmək sərf etsin, başqa bir alim on illərlə müəyyən quşların, ağacların, balıqların həyat və fəaliyyətini tədqiq etsin, amma onların qatlaşdıqları bu qədər əzab-əziyyətin kökündə ruhlarının dərinliyindəki öyrənmək eşqi deyil, başqa bir şey olsun?! Onların əzəldən əbədiyyətə qədər olan hər bir şeyi əhatə edən bu sonsuz dəryanın əsl mənşəyini tanımaq fikrinə düşməməsi ağlasığmazdır! 
Bəli, bu stimullar bizi Allah barəsində mərifət və agahlıq əldə etməyə sövq edir, əqlimizi bu yola səsləyir, insani duyğularımızı, fitrətimizi bu səmtə yönəldir.


Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
 
 
Bölmə: Şübhələr
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.