» » Şübhə doğuran suallar: Sual 1-10


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şübhə doğuran suallar: Sual 1-10
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 11-10-2014, 18:00 | Baxılıb: 982
     

    Sual 1-10

    Sual 1: Allahın varlığı ehtimal deyilmi? 
    Cavab: Əvvəla, məsələnin belə qoyuluşu müşahidələrimizə uyğun deyil. İkincisi, istənilən bir dində allahşünaslıq bəhsinə müraciət olunsa, uyğun yanaşma rədd edilər. Üçüncüsü, məgər bəşəriyyətə Allah kəlamını gətirmiş peyğəmbərlər bu məsələni sübuta yetirməmişlərmi?! Dördüncüsü, heç bir ilahiyyat məktəbində Allahın varlığını sübuta yetirmək üçün əvvəlcə ehtimal etməmişlər. Sadəcə, belə deyilmişdir: "Əgər Allah olmasa, kainatın obyektiv nizamlı quruluşu necə izah olunar?!
    Hər halda, Allahın varlığını ehtimal edənlər zəngin İslam kitabxanasının allahşünaslıq bölməsinə müraciət edə bilərlər.
    Sual 2: Allahı tanımaq üçün bir yol varmı?
    Cavab: Allahı tanımaq üçün üç yol var:
    1. Qəlb və ya fitrət yolu. Yəni hər bir insan öz yaranışına və ruhuna rəğmən Allahı tanıyır. Məsələn, ariflər fitri imanın gücünə inandıqlarından bu qüvvəni artırmaq üçün çalışmışlar. İnsanda belə bir qüvvənin varlığına əmin olmaq üçün iki yol var: öz vücudunu təcrübədən keçirməli; uzun illər insan psixologiyası ilə məşğul olmuş alimlərin mövqeyi ilə tanış olmalı.
    2. Hiss və elm yolu. Bu yol öz növbəsində üç qola ayrılır:
    −Kainatın quruluşundakı nizam;
    −Mövcudları həyat yolunda təlimatlandırma;
    −Dünyanın yaranışı.
    3. Əql və ya fəlsəfə yolu. Bu yol çətin olsa da, Allahı tanımaq üçün ən yaxşı yoldur.
    Sual 3: Deyirlər, Allahı tanımaq üçün insan əvvəlcə özünü tanımalıdır. İnsan özünü necə tanıya bilər?
    Cavab: Həzrət Əli (ə) buyurur: "Özünü tanıyan Allahını tanımışdır”
    Əvvəlcə qeyd edək ki, insan Allahı ya təfəkkür, ya da "hüzuri” yolla tanıya bilir. Hüzuri tanışlıq iki növdür. Birinci növ hüzuri tanışlıq əvvəlcədən insanın daxilində qoyulmuş fitri tanışlıqdır. "Rum” surəsinin 30-cu ayəsində buyurulur:”Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.”
    Hüzuri tanışlığın ikinci növü elə bir elmdir ki, Allah bu elmi yalnız layiq bəndələrinə əta edir. Quranda oxuyuruq: "Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, əminliklə inananlardan olsun.”
    Bəli, insan özünü tanımaq üçün fitrətin nə olduğunu anlamalıdır. Fitrət isə müxtəlif üsullarla dərk olunur. Cəmiyyəti və tarixi öyrənmək, daxili meyllərlə tanış olmaq, vicdanın səsini dinləmək, səmavi kitaba və buyuruqlara müraciət etmək fitrətlə tanışlıq üsullarındandır. İnsan elmi şəkildə öz vücudunu öyrənməli, bu vücudda fəaliyyət göstərən qüvvələrlə tanış olmalı, nəfsini paklaşdırmalı, ayələr və rəvayətlər vasitəsi ilə suallarına cavab tapmalıdır.
    Sual 4: Nə üçün öz fitrətimi tanımağa maraqsızam?
    Cavab: Əsasən, dörd səbəb göstərə bilərik:
    1. Unutqanlıq, qəflət (nisyan). Quran buyurur: "Allahı unutduqları üçün Allah tərəfindən özləri unutdurulmuşlara oxşamayın.”
    Bu və ya digər ayələrdən aydın olur ki, kafirlər də ilk əvvəl Allahı tanımışlar. Amma küfrə düşdükdən sonra Onu yaddan çıxarmışlar.
    2. Dünyaya vurğunluq. "Ənkəbut” surəsinin 65-ci ayəsində oxuyuruq: "Onlar gəmiyə mindikdə səmimiyyətlə Allaha üz tutar, quruya çıxdıqdan sonra ona şərik qoşarlar.” Demək, başqa şeylərdən ümidini üzən insan öz fitrətinin səsini dinləyib Allaha üz tutur. Amma ətrafındakı dünya nemətləri onu yuxuya verir.
    3. Rifah və asayiş. Allah-təala buyurur: ”Sizə Allahın əzabı gəlsə və ya qiyamət qopsa, Allahdan başqasınımı çağıracaqsınız? Əgər doğru danışsanız, yalnız Allaha yalvaracaqsınız.” Ayədən məlum olur ki, bəlaya düşmüş insanın fitrəti oyanır. Kübar həyat, ifrat rahatlıq insan fitrətini yuxuya verən əsas amillərdir.
    4. Şeytanla dostluq. "Nisa” surəsində oxuyuruq: "Şeytan dedi: "Onları hökmən azdıracaq, puç xülyalara düçar edəcək, heyvanlarının qulaqlarını kəsməyə və Allahın yaratdıqlarını dəyişməyə vadar edəcəyəm.” Allahın yerinə şeytanı özünə dost tutan şəxs aşkar ziyankardır”
    Sual 5: Bir olan Allahı (tövhid) və ölümdən sonrakı həyatı (məad) anlamaq mümkündürmü?
    Cavab: Bundan ötrü bir neçə yol var və bu yolların ən mühümü insanın özü haqqında düşünməsidir.
    Quran buyurur: "Biz öz qürət nişanələrimizi həm ətraf aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik.”
    Bəs insan özü haqqında nə düşünə bilər? Bu düşüncələri iki qismə bölmək olar. İnsan ilk əvvəl öz vücudunun xüsusiyyətlərini düşünməlidir.
    Biz kimik? − ilk sual bu olmalıdır. Azca araşdırmadan sonra görəcəyik ki, insan təkcə maddi cismdən ibarət deyil. İnsanı başqa yaranmışlardan fərqləndirən onun cismi yox, ruhudur.
    Düşüncələrin ikinci qismini insanın "öz” aləminə, ruhunun dönəcəyi Allaha doğru səfər təşkil edir.
    Bu düşüncələri səfərə çıxan dənizçinin düşüncələri ilə müqayisə etmək olar. O, əvvəlcə gəmi ilə, sonra isə gedəcəyi yol ilə tanış olur.
    Demək, tövhid və məadla tanışlıq yolu insanın "mən”-indən keçir. 
    Sual 6: Allah insanın ibadətinə möhtacdırmı? Belə olmasaydı, nə üçün Allah elçilər göndərməli idi?
    Cavab: Əgər imkanlı bir şəxs möhtac bir insana kömək etmək istəyirsə və bu köməyi çatdırmaq üçün vasitə seçirsə, onu möhtac hesab etmək olmaz.
    Biz insanlar Allahın hidayətinə, yəni bizi doğru yola yönəltməsinə möhtacıq. Bu hidayət peyğəmbərlər vasitəsi ilə həyata keçirilir. İnsanı dəyərli edən onun təkamülüdür. Təkamül isə ibadət vasitəsi ilə gerçəkləşir.
    Sual 7: Allah özü kimisini vücuda gətirə bilərmi?
    Cavab: Allahın qadir olması o demək deyil ki, O, ikinci bir Allahı yaratmalıdır. Bəzi işlərin qarşısını alan acizlik yox, məntiqsizlikdir. Allah faydasız iş görməz. Əgər desək ki, Allah "2”-ni "3”-dən böyük edə bilməz, doğru olmaz. Çünki bu iş Allahın hikmətinə ziddir.
    Sual 8: Nə üçün bəzi insanlar kor, kar və lal yaradılmışdır?
    Cavab: Əvvəla, Allah bütün yaratdıqlarını ən gözəl şəkildə yaratmışdır. Amma yaranışa gözəllik verən ondakı nizam, qayda-qanunlardır. Bu qanunlara qarşı yönəlmiş istənilən bir hərəkət insan üçün faciə ilə nəticələnir. İnsanları vaxtında mənzilə çatdırmaq üçün müxtəlif nəqliyyat vasitələri fəaliyyət göstərir. Əgər bir şəxs relslərin üzərinə çıxıb, qatarın altında qalırsa, bu faciə nəqliyyat şəbəkəsinin ünvanına yazılmamalıdır.
    Bəli, maddi dünyamızda hökm sürən qanunlar ona qarşı çıxanları cəzalandırır. Hər şeyi gözəl yaratmış Allah, faciələr törətmir və bütün fəlakətlər bəşəriyyətin azğınlığından doğur. Bununla belə, insanın düşdüyü çətinliyin arxasında sınaq məqsədi də ola bilər. İmam Riza (ə) buyurur: "Möminin xəstəliyi onun günahlarını yuyur. Bu xəstəliklər kafir üçün əzab və lənətdir.”
    Sual 9: Dinin əsaslarına inanaraq, dini göstərişlərə əməl etməli olduğumu bilirəm. Amma inam məsələsində şübhəyə düşdüyümdən əmələ münasibətdə süst olmuşam. Nə edim?
    Cavab: Bilməlisiniz ki, dinə münasibətdə yaranan şübhələrin banisi şeytandır. Şeytana qarşı bir neçə yolla mübarizə aparmaq olar.
    Rəvayətlərdə buyurulur: "Əgər şeytana baş qoşmasanız, ona maraq göstərməsəniz, bir daha sizə tərəf qayıtmaz.” Demək, insan əlindəki işə məşğul olub, şeytanın pıçıltılarına məhəl qoymasa, ondan yaxa qurtara bilər.
    "Furqan” surəsinin 77-ci ayəsində buyurulur: "De ki, əgər duanız olmasa Allahım sizə etina etməz.” İnsan şeytandan amanda qalmaq üçün Allaha üz tutmalı, Əhli-beytdən kömək istəməlidir.
    Şeytan qafil insanları ovladığından daim Allahı zikr etməli, Onu yaddan çıxarmamalıyıq. İmam Sadiq (ə) buyurur: "Qəflət şeytanın ovlağı, bütün bəlaların köküdür.”
    Unutmaq olmaz ki, qəfləti doğuran da şeytandır.
    Yuxarıda deyilənlərə əməli münasibət göstərsəniz, uyğun şübhələrdən uzaqlaşmaq olar.
    Sual 10: Müharibələrlə və fəsadla dolu dünyada ümidsizliyə qapılmamaq olarmı?
    Cavab: Əvvəla, insan nə üçün yaşadığını bilməlidir. Dünyada baş verənlər yalnız düzgün hədəfi olmayan insanları bədbinləşdirir. Ləzzət və şəhvət üçün yaşayan bir insan, əlbəttə ki, bədbin olasıdır. Əslində isə həyatımızın bir hissəsi olan ləzzət və şəhvət həyat idealı deyil. Ümumiyyətlə, qeyd olunan ümidsizlik həyatın ölümlə bitdiyini güman edən insanlara aiddir.
    Ölümdən sonrakı həyata inam insanı yaranış məqsədi ilə tanış edir və bütün ümidsizliklərin üstündən xətt çəkir.
    Bunu da qeyd etməliyik ki, elə dünyadakı müharibə və fəsadları törədənlər də axirət həyatına inanmayanlardır.
     
    Kitabın adı: Şübhə doğuran suallar
    Müəllif: Məhəmməd Turan

     
     
    Bölmə: Şübhələr / Suallar
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 11 Ekim 2014 22:36 | İstifadəçi | Şərh yazdı
    Allah ecrinizi versin bacim insallah.Allah daim razi olsun insallah.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 11 Ekim 2014 18:47 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah sonsuz razi olsun   

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.