Sual: Fitr bayramının nə kimi fəzilət və əməlləri var?
Ətraflı cavab: Fitr bayramı müsəlmanlar üçün əhəmiyyətli hesab edilən günlərdəndir, çünki bir aylıq oruc, ibadət və duadan sonra onlar ilahi mükafat əldə etmək üçün hazırlaşırlar. Beləliklə, bu gün bir tərəfdən, şadlıq və sevinc günüdür və hər bir müsəlman vəzifəsini yerinə yetirdiyi üçün sevinir, digər tərəfdən, ilahi mükafatın alınması günüdür. İnsan bir aylıq əməllərin hansı həddə qəbul edildiyini bilmədiyi üçün iztirab və narahatlıq halında olur.
İmam Baqir (ə) Allahın rəsulundan (s) belə nəql etmişdir: "Şəvval ayının ilk günü yetişdiyi zaman, nida edən belə səslənər: "Ey möminlər! Öz mükafat və hədiyyələrinizi almaq üçün tələsin!" Sonra imam Baqir (ə) buyurdu: "Allahın hədiyyə və mükafatları padşahların mükafatı kimi deyil, yəni Allahın mükafatı həddən artıq böyük və mənəvi, ibadət və itaətin qəbul edilməsi və ilahi razılıqdır.""
İmam sözlərinin sonunda təkid edərək belə buyurur: "Şəvval ayının ilk günü hədiyyələr almaq günüdür." ("Üsuli-Kafi", c.4, səh. 168, hədis 3.)
Şəvval ayının ilk günü üçün aşağıdakı əməllər qeyd edilmişdir:
Birinci: Fitr bayramı gecəsinin əməlləri ilə bağlı qeyd edilən təkbirləri demək və sübh və Fitr bayramı namazından sonra onları oxumaq.
İkinci: Bayram namazından sonra fitrə zəkatını ayırmaq. Əgər ehtiyacı olan şəxsə əli çatırsa, onu ödəsin, əks təqdirdə, kənara qoysun. Zəkat hər bir ailə üzvü üçün bir sa (ölçü vahidi və təqribən üç kq) miqdarında buğda və ya həmin şəhərdə yeyilməsi camaat arasında adət şəklini alan yemək növlərindən (məsələn, düyü və s. kimi) ayrılır.
Fitrə zəkatı təkid edilmiş vaciblərdəndir və o, Ramazan ayının orucunun qəbul olunma şərtidir. Allah-taala Quranda onu bayram namazından öncə xatırladaraq belə buyurur:
"Həqiqətən, kim zəkat versə, Allahı xatırlasa və sonra namaz qılsa, o, nicat tapanlardandır.”("Əla" surəsi, ayə 14-15.)
Üçüncü: Qüsl almaq. Onun vaxtı Şeyx Tusinin söylədiklərinə əsasən, dan yeri ağarandan bayram namazı qılınan zamana qədərdir.
Qüsldən qabaq bu duanı oxusun:
اَللّهُمَّ اِیماناً بِـکَ، وَتَصْدیـقاً بِکِتابِکَ، وَاتِّباعَ سُنَّهِ نَبیِّکَ مُحَمَّد صَلَّى اللهُ عَلَیْهِ وَ آلِهِ.
"İlahi, sənə imanım olduğuna, kitabını təsdiqlədiyimə və peyğəmbərin Məhəmmədin (s) sünnəsinə tabe olduğuma xatir qüsl alıram.” Sonra "Bismillah" deyərək qüsl almağa başla!
Qüslü bitirdikdən sonra belə de:
اَللّـهُمَّ اجْعَلْهُ کَفّارَهً لِذُنُوبى، وَطَهِّرْ دینى، اَللّـهُمَّ اَذْهِبْ عَنِّى الدَّنَسَ
"İlahi, qüslümü günahlarıma kəffarə et, dinimi (əqidəmi) paklaşdır və məndən çirkinlikləri uzaqlaşdır!” ("İqbal", səh. 279.)
Dördüncü: Şeyx Tusinin söylədiklərinə əsasən, bu gündə ən yaxşı paltarını geyinsin və ətir vuraraq bayram namazı qılınan yerə doğru aram və vüqarla hərəkət etsin.
Beşinci: Bayram namazından öncə günün əvvəlində iftar eləsin (yəni orucunu açsın). Daha yaxşı olar ki, orucunu xurma ilə açsın.
Şeyx Müfid yazır: "Müstəhəbdir ki, imam Hüseynin (ə) türbətindən bir qədər yesin, çünki bütün xəstəliklərə şəfadır.
Altıncı: Günəş çıxdıqdan sonra bayram namazına getsin (Allahın Rəsulundan (s) belə nəql edilmişdir). Eyni zamanda, məsum imamlardan nəql edilən duaları oxusun. O cümlədən, imam Baqir (ə) buyurmuşdur: "Fitir və Qurban bayramı və cümə günlərində namaza getməyə hazırlaşdığın zaman, bu duanı oxu:
اَللّـهُمَّ مَنْ تَهَیَّاَ فى هذَا الْیَوْمِ اَوْ تَعَبَّاَ، اَوْ اَعَدَّ وَاسْتَعَدَّ لِوِفادَه اِلى مَخْلُوق، رَجآءَ رِفْدِهِ وَنَوافِلِهِ، وَفَواضِلِهِ وَعَـطـایـاهُ، فَـاِنَّ اِلَـیْـکَ یـا سَیِّدى تَهْیِیَتى وَتَعْبِیَتى، وَاِعْدادى وَاسْتِعْدادى، رَجآءَ رِفْدِکَ وَجَوایِزِکَ، وَنَوافِلِکَ وَفَواضِلِکَ، وَفَضآیِلِکَ وَعَطایاکَ، وَقَدْ غَدَوْتُ اِلى عید مِنْ اَعْیادِ اُمَّهِ نَبیِّکَ، مُحَمَّد صَلَواتُ اللهِ عَلَیْهِ وَعَلى آلِهِ، وَ لَمْ اَفِدْ اِلَیْکَ الْیَوْمَ بِعَمَل صالِح اَثِقُ بِهِ قَدَّمْتُهُ، وَلا تَوَجَّهْتُ بِمَخْلُوق اَمَّلْتُهُ، وَلکِنْ اَتَیْتُکَ خاضِعاً، مُقِرّاً بِذُنُوبى، وَ اِسآیَتى اِلى نَفْسى، فَیا عَظیمُ یا عَظیمُ یا عَظیمُ، اِغْفِرْ لِىَ الْعَظیمَ مِنْ ذُنُوبى، فَاِنَّهُ لایَغْفِرُ الذُّنُوبَ الْعِظامَ اِلاَّ اَنْتَ، یا لا اِلهَ اِلاَّ اَنْتَ، یا اَرْحَمَ الرّاحِمینَ.
İlahi, kim bu gündə məxluqatın hansısa birindən mükafat almaq, mehribanlıq görmək, hədiyyələr almaq ümidi ilə hazırlaşırsa, (bilsin ki,) hazırlıq və dönüş yalnız sənə tərəfdir və mən Sənin hədiyyə, mehribanlıq, bəxşiş, fəzilət və mükafatlarının ümidi ilə sübhdə peyğəmbərin Məhəmmədin (ona və Əhli-beytinə sənin salamın olsun) ümmətinin bayramlarından olan bir bayrama gəlmişəm. Əlbəttə, mənim gəlişim nə yaxşı əməllərimə ümid etməyim, əmin olmağım və onu peşkəş gətirməyim, nə də hansısa bir məxluqa üz tutaraq arzuma çatmağım səbəbi ilə deyil, əksinə təvazökar və öz günahlarıma və nəfsimin pisliklərinə etiraf etdiyim halda sənin dərgahına gəlmişəm. Belə isə, ey əzəmətli Allah, ey əzəmətli Allah, ey əzəmətli Allah, mənim böyük günahalrımı bağışla və həqiqətən, səndən başqa, onları heç kim bağışlamaz, ey ondan başqa, heç bir məbud olmayan, ey rəhm edənlərin ən rəhimlisi!" (11)
Yeddinci: Bayram namazı. Bayram namazını qılmaq bizim zamanımızda (imam Zamanın (ə.c) qeybdə olduğu dövrdə) müstəhəbdir. O, iki rükətdən ibarətdir. Birinci rükətdə "Fatihə" surəsindən sonra "Əla" surəsini (və ya hansı surəni istəsəniz) oxuyursunuz və sonra beş dəfə təkbir deyirsiniz. Hər təkbirdən sonra da qunut tutur və bu duanı oxuyursunuz:
اَللّـهُمَّ اَهْلَ الْکِبْرِیآءِ وَ الْعَظَمَهِ، وَاَهْلَ الْجُودِ وَ الْجَبَرُوتِ، وَ اَهْلَ الْعَفْوِ وَ الرَّحْمَهِ، وَاَهْلَ التَّقْوى وَالْمَغْفِرَهِ، اَسْیَلُکَ بِحَقِّ هذَا الْیَومِ، اَلَّذى جَعَلْتَهُ لِلْمُسْلِمینَ عیداً، وَلِمُحَمَّد صَلَّى اللهُ عَلَیْهِ وَ آلِهِ ذُخْراً ]وَشَرَفاً [وَمَزِیداً، اَنْ تُصَلِّىَ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَاَنْ تُدْخِلَنى فى کُلِّ خَیْر اَدْخَلْتَ فیهِ مُحَمَّداً وَ آلَ مُحَمَّد، وَاَنْ تُخْرِجَنى مِنْ کُلِّ سُوء اَخْرَجْتَ مِنْهُ مُحَمَّداً وَ آلَ مُحَمَّد، صَلَواتُکَ عَلَیْهِ وَعَلَیْهِمْ، اَللّـهُمَّ اِنّى اَسْیَلُکَ خَیْرَ ما سَیَلَکَ مِنْهُ عِبادُکَ الصّالِحُونَ، وَاَعُوذُ بِکَ مِمَّا اسْتَعاذَ مِنْهُ عِبادُکَ الصّالِحُونَ.
İlahi, ey əzəmət və böyüklük sahibi, bəxşiş və qüdrət sahibi, bağışlamaq və rəhmət sahibi, ey təqva və bağışlamağa layiqli! Səndən müsəlmanlara bayram, Məhəmməd səlləllahu ələyhi və alihə zəxirə, şərəf və uca məqam olaraq müəyyətn etdiyin bu günün haqqına xatir Məhəmməd və Ali-Məhəmmədə salam göndərməyini və məni Məhəmməd və Ali-Məhəmmədi daxil etdiyin xeyrə daxil etməyini istəyirəm. Məhəmməd və Ali-Məhəmmədi (ona və Ali-Məhəmmədə sənin salamın olsun) xaric etdiyin hər bir pislik və şərdən məni xaric etməyini istəyirəm. Mən səndən saleh bəndələrinin istədiyi xeyri diləyir və saleh bəndələrinin sığındığı şeylərdən sənə sığınıram.
(Qunutda bu duaları oxumaq qüdrəti olmadıqda, hər hansı bir qunut dusını oxuya bilərsiniz) Daha sonra altıncı qunutu deyir və ruku və səcdə edirsən. Ayağa qalxır və ikinci rükətə başlayırsan. İkinci rükətdə "Fatihə" surəsindən sonra "Şəms" surəsini və ya digər surələrdən birini oxuyursunuz. Sonra dörd təkbir deyirsiniz. Hər təkbirdən sonra da qunut tutur və bu duanı oxuyursunuz. Beşinci təkbiri dedikdən sonra ruku və səcdə edib namazı bitirirsiniz.
Namazdan sonra xanım Zəhranın (ə) təsbihatını deyirsiniz. Sonra nəql edilən duaları oxuyursunuz və onlardan biri "Səhifeyi-Səccadiyyə”də qeyd edilən qırx altıncı duadır.
Bayram namazının açıq havada (səmanın altında) qılınması müstəhəbdir Namazdan sonra din qardaşlarınızın əməllərinin qəbul olunması üçün də dua edin.
Səkkizinci: Məşhur dualar sırasında qeyd edilən "Nüdbə” duasını oxuyun. Mərhum mühəddis Qumi belə yazır: "Seyyid ibn Tavusun buyurduğuna əsasən, səcdəyə gedir və belə deyirsən:
اَعُوذُ بِکَ مِنْ نار حَرُّها لایُطْفى،وَجَدیدُها لایَبْلى،وَعَطْشانُها لایُرْوى *
"Hərarəti sönməyən, təzəsi köhnəlməyən və teşnəliyi sirab olmayan oddan Sənə pənah aparıram!”
Daha sonra sağ üzünü səcdə yerinə qoyur və deyirsən:
اِلهى لاتُقَلِّبْ وَجْهى فِى النّارِ بَعْدَ سُجُودى، وَتَعْفیرى لَکَ بِغَیْرِ مَنٍّ مِنّى عَلَیْکَ، بَلْ لَکَ الْمَنُّ عَلَىَّ
"İlahi, üzümü səcdə etdikdən və torpağa sürtdükdən sonra məni atəşə həvalə etmə. Mən Sənə minnət qoymadan bunu edirəm, əksinə Sənin mənim üzərimdə minnətin var.”
Sonra sol üzünü səcdə yerinə qoy və de:
اِرْحَمْ مَنْ اَسآءَ وَاقْتَرَفَ وَاسْتَکانَ وَاعْتَرَفَ
"Pislik edən, itaətsizlik edən və biçarə olub etiraf edən kəsə rəhm elə!”
Sonra səcdə halına qayıdır və deyirsən:
اِنْ کُنْتُ بِیْسَ الْعَبْدُ، فَاَنْتَ نِعْمَ الرَّبُّ، عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِکَ،فَلْیَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِکَ یا کَریمُ.
"Mən pis bəndəyəmsə, Sən yaxşı (layiqli) pərvərdigarsan. Bəndənin günahı böyükdürsə, Sənin güzəştin bəyəniləndir, ey kərim olan Allah!”
Sonda yüz dəfə deyirsən:
اَلْعَفْوَ الْعَفْوَ.
"Bağışlamağını diləyirəm!”
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı