Mərhum Feyz Kaşani özünün "Əl-həqaiq" kitabında yazır: Əsl namaz bu altı mətləbə riayət etməklə ələ gəlir:
1. Hüzur qəlb;
2. Anlamaq;
3. Təzim;
4. Heybət;
5. Ümid;
6. Həya.
1. Namazada qəlbin hüzuru
Namazda insanın hüzuri qəlb tapması və insanın diqqətinin yalnız, Allaha cəlb olunmasının amillərindən biri, namazda ciddi olmaqdır. Çünki, qəlb, ciddiliyə tabedir. İnsanın fikir və diqqəti ən çox harada olsa, qəlb də ən çox onun ardıncadır. Beləliklə, demək olar ki, qəlb ciddiliyə tabe və ram olandır. İnsanda belə bir əqidə özünə yer tapmalıdır ki, dünya həyatı ilə Axirət həyatında müqayisədə, Axirət həyatı daha üstündür. Çünki, axirət, əbədi və həmişəlikdir. Həmçinin, giriftarçılıq və narahatçılığı da yoxdur. Quran buyurur:
"Axirət dünyası əbədi həyatdır. Əgər bilsəniz!”(Ənkəbut surəsi-64 )Başqa yerdə yenə gəlib:"Axirət daha yaxşı və ən əbədidir!”(Əla surəsi-17 )
İndi anlamaq lazımdır ki, belə bir əbədi həyatı və ən yaxşı yaşayışı yalnız, namaz vasitəsi ilə ələ gətirmək olar. Namaz Allaha yaxın olmaq vasitəsidir. Əgər insan özündə etiqad hiss etsə ki, dünya doğrudan da həqir və heçdir, o anda namazda qəlbin Allah dərgahında hazır olması alınar.
Namazda hüzuri qəlb ələ gətirdikdən sonra "anlamaq" məsələsi qarşıya çıxır. Yəni, insanın zehni və fikri namazın ali dərəcəli mənalarını başa düşməyə çalışsın. Əgər namaz qılan, namazın mənalarına diqqət etsə, dünya işlərindən qafil olar. Bu halda bütün vasvası fikirlərdən azad olar. Namazda müxtəlif mövzulu fikirlərin insanın zehn və fikrinə hücum çəkməsi, demək olar ki, o şəxsə oxşayır ki, ağacın altında oturub azad və aramlıqla fikirləşmək istəyir. Lakin, bülbüllər və sərçələrin səs-küyü onu özünə cəlb edir. Əlinə çubuq alıb onları qovur lakin, yenə qayıdırlar. Namaz qılanın namaz üstə haləti belədir.
Təzim, qəlbin ondan mərifət aldığı sərçeşməsidir. Birinci, imanın əsasını təşkil edən, Allahın cəlal və əzəmətinin mərifəti. İkinci, insanın öz nəfsinin kiçik və həqir olmasını tanımaq. Onu İlahi göstərişlərə ram etmək. Bu iki mərifətdən insanda, təvazökarlıq və nəfsin sınması ələ gəlir. Bütün bu halətin ələ gəlməsi ilə insanın öz Xaliq və Məbudu müqabilində təzimi daha çox özünü göstərəcək.
İnsanın nəfsinin başqa bir haləti də heybət və qorxudur.Bu halət, Allahın sonsuz qüdrətinə olan mərifətdən doğulur. O da budur ki, Allahın istək və iradəsi, aləmin bütün zərrələrinə nüfuz edir. İnsan, Allahın qüdrətinə nə qədər çox elm və mərifət əldə etsə, insanda bir o qədər çox heybət və qorxu olar. Dahi İslam alimi Mərhum Nəraqi "ixlas”ı da bu yolda xatırlatmışdır. Buyurur: Namazda ixlaslı, qəsd qürbət və riyadan uzaq olmaqın bu işdə təsiri vardır.(Elm əxlaq İslami, cild. 3, səh. 403 )
Ümid, Allahın lütfünün tanınmasından sərçeşmə alır. Belə ki, insan, Allahın sonsuz nemətləri, kərəm və lütflərinə diqqət etməklə, namazın müqabilində Allahın behişt vədəsinə yəqinlik edir. Bütün bunların nəticəsində, Allaha ümid hasil olur.
İnsanda həya, Allahın haqqını yerinə yetirməkdə özünü aciz bilib, öz nəfsində onu dünyanın bər-bəzəyinə dəvət edən eybləri görməklə əmələ gəlir. Başqa tərəfdən, Allahın cəlal və qüdrətinə elmi olan insanın batinində, həya adlı hiss vücuda gəlir.(Əl-həqaiq, səh. 223 )
Bura kimi əsl namaz və onun həqiqəti barəsində, Feyz Kaşaninin dilindən nəql etdik. İndi də bu barədə Ayətullah Hacı Mirzə Cavad Mələki Təbrizinin sözünə nəzər salaq. O, namazın əzəməti barəsində dahi İslam alimi, Şəhid Əvvəlin kitablarına işarə edərək buyurur:
"Şəhid (Allah ona rəhmət eləsin), namazın min məsələsini bir kitabda cəm edib onu "Əlfiyyə"(minlik) adlandırmışdır. Üç min məsələdən ibarət olan namazın müstəhəb işlərini isə başqa bir kitabda cəm edib, adını "Nəfliyyə"qoymuşdur. Sonra Quranda namazın mühüm hikmətlərindən birinə işarə edir: "Həqiqətən namaz, insanı çirkin və pis əməllərdən çəkindirir.”(Ənkəbut surəsi, ayə:45 )
Buyurur: Namazın insanı çirkin işlərdən çəkindirib, pis işlərdən saxlamasının həqiqətində heç bir şəkk-şübhə ola bilməz və sözsüz qəbuldur. Çünki, Quran, aşkarcasına bu xüsusiyyəti sübut edir. Amma, o namaz ki, onda bu xüsusiyyət yoxdur yalnız, namazın şəkli sayılır və heç ola bilməz ki, nifaqdan xalis olsun. Çünki, əgər zərrə qədər də olsa, namaz ruhu onda olsa, insanı o miqdarda çirkinlik və pisliklərdən çəkindirərdi.(Əsrarus-salat”dan nəql, səh. 176 )
Bu böyük alimin qeyd etdiyi kimi Şəhid Əvvəlin kitablarında namazda olan məsələ heç bir mövzuda yoxdur. Bu alim "namaz"mövzusunda ən böyük fiqh və hədis kitablarını özünə məxsus etmişdir. Biz, İmam Səccad (əleyhissalam)-ın sözlərinin şərhində bu əzəmətli dəryadan yalnız, bəzi damlalarına işarə etmişiik.
Namazın fərdi, əxlaqi və ictimai xüsusiyyətləri də vardır. Xülasə və qısa şəkildə hər birinə işarə edək.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi