Riya
İstənilən bir əməl və ibadətdə özünü xalqa göstərmək haramdır və Allahın qəzəbinə səbəb olar. Qur’ani-Kərimdə riyakar namaz qılanlara müraciətlə buyurulur: «Vay o namaz qılanlara ki, namazlarında qəflətdə olub riya edirlər».
Bir şəxs Həzrət Peyğəmbərdən (s) soruşdu: «İnsanın qurtuluşu nədədir?» Həzrət (s) buyurdu: «Xalqın diqqətini cəlb etmək üçün ibadət etməməsindədir.»
Bir rəvayətdə deyilir: Kimi cihadda öldürülür, kimi var-dövlətini sədəqə verir, kimi Qur’an oxuyur. Əgər cihad edənin məqsədi özünü şücaətli göstərmək, sədəqə verənin məqsədi səxavətli tanınmaq, Qur’an oxuyanın istəyi qari kimi məşhurlaşmaqdırsa onların heç birinin mükafatı yoxdur və riya əməllərini puça çıxarmışdır.
Bir hədisdə İslam Peyğəmbəri buyurur: «Allah taala mələklərə buyurar ki, bu şəxs iş gördüyü vaxt bizi nəzərdə tutmadığı üçün onu cəhənnəmə göndərin» (eyni mənbə).
İslam Peyğəmbəri (s) buyurur: «Sizin üçün qorxduğum ən təhlükəli şey kiçik şirkdir, yə’ni riya»; «Bir əməldə zərrə qədər riya olarsa, Allah o əməli qəbul etməz»
Şəddad ibn Ous deyir: «Gördüm ki, Həzrət Peyğəmbər (s) ağlayır. Səbəbini soruşdum. Buyurdu ki, ümmətimin şirk edəcəyindən qorxuram, onlar bütə günəşə’ aya, daşa pərəstiş etməyəcəklər, amma əməllərində riya və xudpəsəndlik olacaqdər.»
Kitabın adı: Kumeyl duasının şərhi (1-ci cild)
Müəllif: Hüseyn Ənsarian
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.