Qədr gecəsi müsəlmanlar üçün ilahi bir nemətdir!
Sual: Qədr gecəsi bizdən öncəki ümmətlərdə də olmuşdurmu?
Ətraflı cavab: Cavabımız "Xeyr!” olacaqdır.
قال رسول الله (ص ):اِنَّ اللّهَ وَهَبَلاِمَّتِى لَیْلَهَ الْقَدْرِ لَمْ یُعْطِها مَنْ کانَ قَبْلَهُمْ
Peyğəmbərdən (s) nəql edilənbir hədisdə aşkar olaraq buyurulur: "Allah Qədr gecəsini mənim ümmətimə bağışladı və əvvəlki ümmətlərdən heç biri bu nemətə layiq olmamışdır.” ( "Durrul-mənsur” təfsiri, c.6, səh. 371. )
Qədr gecəsi yalnız Peyğəmərin (s) yaşadığı dövrə və Quranın nazil olduğu gecəyə şamil olub, ya yox?
Bu surənin zahiri Qədr gecəsinin yalnız Peyğəmbər (s) yaşadığı dövrə və Quranın nazil olduğu gecəyə şamil olmadığını bildirir. Həqiqətdə, "Qədr gecəsi” Peyğəmbərin (s) yaşadığı dövrdə hər il olmuş və dünyanın sonuna qədər də bu hadisə təkrar olacaqdır.
Uyğun surədə gələcək zamanla bağlı ardıcıllığa dəlalət edən (تَنَزَّل) "enərlər” felinin və həmçinin, ismlə başlayıb davamlılığa dəlalət edən سَلَامٌ هِیَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ - O gecə dan yeri sökülənə kimi salamatlıqdır!) – cümləsinin işlənməsi bunu bir daha təsdiqləyir.
Bundan əlavə, bir çox rəvayətlərdə bu işin gələcəkdə də baş verəcəyi bildirilmişdir.
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı