Qadınlar kişilərin əmanətdarıdır
Ləyaqətli qadınlar ərlərindən ayrılıqda belə, onların hüquqlarını, habelə Allahın qorunmasını əmr etdiyi haqları qorumalıdırlar. Yə`ni istər evdə, istərsə də sair yerlərdə öz iffətlərini qorumalıdırlar. Əgər bir qadın iffətini qorumazsa, öz ərinə xəyanət etmişdir. Çünki, qadının iffəti kişinin haqqıdır. Özlərini başqalarına nümayiş etdirib göstərən qadınlar xəyanətkardırlar. Çünki qadın iffətsizliyi təkcə əxlaqsız əməllər etməklə deyildir. Hicaba riayət etməkdə süstlük edən qadınlar naməhrəmlərin nəzərini özlərinə cəlb edərək pozğunçuluq törədirlər.
Qadının iffəti kişiyə bağlıdır, amma qadının ixtiyarındadır. Həqiqətdə qadınlar öz ərlərinin əmanətçisi sayılır və bu əmanəti saxlamaqda var qüvvəsi ilə çalışmalıdırlar.
Qadının öz iffətini qorumasından əlavə, təvazökar, ərinin qarşısında həyalı və başıaşağı olması da gərəkdir. Hər bir itaətkarın öz əmr edəni qarşısında təvazökar və başıaşağı olması kimi. Əgər bir qadın dili uzun, günahkar və ailə mühitinin soyuqluğuna səbəb ola biləcək işlər görsə bir növ özbaşınalığa əl atmışdır. Kişinin özbaşınalığı bəyənilməz olduğu kimi, qadın özbaşınalığı kişininkindən daha da pisdir.
Elə bu səbəbə görə iki mühüm məsələyə artıq diqqət yetirmək lazımdır.
Birinci məsələ: Əxlasızlıq
Əgər kişi evdə əxlaqsızlıq edərsə və öz yersiz və hədsiz tələblərini ailə üzvlərinə zorla qəbul etdirərsə, zorakı və zalımdır. Çox çəkməz ki, bu dünyada İslam qanunları vasitəsilə ədəblənər ki, qəbir əzabı da onun yolunu gözləyir.
Qəbrin uzun əzabı
Əlbəttə, gözəl bilirsiniz ki, qəbir və Qiyamətin sorğu-sualı bu dünyanın sorğu-sualından çox çətindir. Oradakı əzab o qədər güclü və şiddətlidir ki, bir dəqiqəsi belə dünyanın minlərlə ilinə bərabərdir. Elə buna görə də Cəhənnəm əhli üçün bir dəqiqə qəbirdə olmaq bu dünyada min il əzab çəkməyə bərabərdir.
Həzrət İsadan (əleyhissalam) bir hədis
Rəvayətdə vardır ki, Həzrət İsa (əleyhissalam) Allahın izni ilə ölmüş bir cavanı dəfnindən neçə an ötdükdən sonra dirildir. Ölmüş cavan dirildikdə qocalmış, tam əldən düşmüş, solğun, qaralmış və qəmli görünür.
Bu zaman ondan soruşurlar: Neçə vaxtdır ölmüsən? Deyir: On min ildən artıqdır. (halbuki ölümündən bir neçə dəqiqədən artıq keçməmişdi)
Yenə də soruşurlar: Qəbir aləmindən nə deyə bilərsən? Deyir: Elə ki, qəbrin üstünü örtdülər, Allah mə`murları sual-cavab üçün yanıma gəldilər. Suallarına cavab verə bilmədikdə mənə elə bir taziyanə vurdular ki, qəbrimi od bürüdü. İndi neçə min illər idi ki, bu taziyanənin odunda yanmaqdaydım.
Başqa bir hədis
Başqa bir hədisdə deyilir ki, Həzrət İsa (əleyhissalam) bir qoca kişini ölümündən uzun illər ötdükdən və qəbrindən bir əsər-əlamət qalmadıqdan sonra, Allahın izni ilə onu dirildir. Qoca dirildiyi vaxt çox şad və xoşhal görünür. Ona sual verirlər ki, neçə vaxtdır ölmüsən? Deyir: Bir neçə dəqiqə olar. Qəbir aləmindən soruşduqda "Qəbrimin üstünü örtən kimi qarşımda başdan-başa yaşıl və geniş bir bağ göründü ki, yubanmadan ora tələsdim və məni orada huriləri qarşıladı” söylədi.
Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri