Qadınlarda bəyənilən sifətlər
Qadında üç sifət: paxıllıq, qorxu və təkəbbür olmalıdır. İmam Əli (əleyhissalam) qadınlara yaraşan sifətlər barəsində belə buyurur:: "Qadındakı ən yaxşı sifətlər kişilərdə ən pis sayılan xasiyyətlərdir ki, təkəbbür, paxıllıq və qorxudan ibarətdir. Qadın təkəbbürlü olarsa, ərindən başqasına heç vaxt təslim olmaz. Həmçinin, əgər qadında paxıllıq sifəti olarsa özünün və ərinin malını qorumaqda ciddi-cəhd göstərib çalışqan olacaqdır. Eləcə də, qadın qorxaq olarsa, qarşılaşdığı hər bir hadisədən qorxub hiyləgərlərin toruna düşməyəcəkdir. Lakin sadalanan bu sifətlər kişilər üçün bəyənilməmişdir.”
Qadının təkəbbürlü olması naməhrəm qarşısında olmalıdır, kişinin düşmən müqabilində mərd və təkəbbürlü olması kimi. qadının naməhrəm qarşısıdakı təvazökarlığının heç bir mə`nası olmayıb, əksinə düzgün yolu təkəbbürə malik olmasındadır. Qadınların naməhrəm qarşısındakı təbəssüm və təvazö etməsi əksər hallarda naməhrəmlərin sui-istifadələri ilə nəticələnmişdir. Qadınlar bacardıqca naməhrəmlə qarşılaşmamalıdırlar. Amma, əgər naməhrəmlə üzləşib danışmaq lazım gələrsə təkəbbürlü olub heç vaxt mülayim söhbət etməməlidirlər ki, şəhvətləri qarşısında aciz qalan kişilər tamaha düşməsinlər.
Qeyd olunduğu kimi, qorxu qadınların bəyənilən sifətlərindən biridir. Qadın heç vaxt özünü qorxmaz və şücaətli göstərmə- məlidir ki, başqalarının nəzər-diqqətini özünə cəlb etsin. Məsələn, gecə vaxtı təkbaşına evdən çıxması ilə hiyləgər və namərdlərin toruna düşməsi mümkündür ki, bu da irz-namusunun, abır-həyasının əldən getməsinə və bədbəxtçiliyə gətirib çıxara bilər. Bəyənilən qorxu qadının öz iffət və namusunu qoruduğu haldadır.
Paxıllıq da qadın üçün bəyənilmiş sifətlərdən biridir. Çünki bu xüsusiyyət qadının ərinin malından muğayat olmasına, israfa yol verməməsinə səbəb olur.
Acı dillilik və onun övladdakı tə`siri
Əvvəldə işarə olunduğu kimi, ailə mühiti kiçik bir məmləkətə bənzəyir ki, daim istini qoruyub saxlamaq lazımdır. Qur`an nəzərindən evin böyüklüyü kişinin öhdəsinə olduğuna görə kişi elə rəftar etməlidir ki, ailədə sözünün gücünün olması ilə yanaşı ailə üzvlərinin də ürəyinə nüfuz tapsın.
Məs`ulyyəti şövqlə yerinə yetirmək
Ailə üzvləri, xüsusilə də qadın, öz başına olmamalıdır və qadın kişinin sözünü qəbul edib, ikrah və məcburiyyət üzündən deyil, ürəklə sözünə baxmalıdır. Çünki insanın nəsl və məs`uliyyətinin özülü ixtiyar əsasında qurulub möhkəmlənir. Qadın öz vəzifəsini tanımazsa və təkcə ərinin məcbur etməsi üzündən ev işlərinə yetişsə ailə münasibətlərinin isti və möhkəmliyinə ümidvar olmaq mümkün deyildir. Kişinin evdən çıxması ilə qadın öz vəzifələrini yerinə yetirməyəcəkdir.
Qadının evdə, kişinin isə eşikdə öz vəzifəsini yerinə yetirərək söz deyib söz eşitməsi ürəkdən olmalıdır. Qadın ərinin sözünü nəzərə almaqla ev işlərini qəlbinin meyli ilə görməlidir. Məhz belə olan bir surətdə istər ev mühitində, istərsə də ölkənin hər hansı yerində müvəffəqiyyət, zəfər, səfa və səmimiyyət hakim olacaqdır.
Kişinin evin rəisi, yaxud hökm edən olmasına baxmayaraq bilməlidir ki, rəyasət və böyüklüyündə yalnız o zaman müvəffəqiyyət qazana bilər ki, ailə üzvlərinin qəlbinə nüfuz edərək onların ürəyində özünə qarşı məhəbbət və inam yaratsın.
Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri