» » » Məsələnin surət barədə təsəvvür əldə etmək yolu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Məsələnin surət barədə təsəvvür əldə etmək yolu
    0
    Müəllif: Aşiqi Rüqəyya | 19-06-2016, 14:00 | Baxılıb: 749

    Məsələnin surət barədə təsəvvür əldə etmək yolu
    İnsan zehnində məsələnin surətinni yaranması üçün əsas üç amil tə`sirlidir:
    1.Fitri qavrayış;
    2.Problemlər, çətinliklər;
    3.Müəllimlər və peyğəmbərlər.
    Bə`zi insanlarda "haradan gəlmişəm və hara gedirəm” sualı müəyyən zehni inkişaf həddinə çatdıqdan sonra fitri şəkildə yaranır. Elə insanlar da var ki, həmin sual onların zehnində yalnız çətinliklərlə qarşılaşdıqları zaman əmələ gəlir. Amma başqa bir qrup insan yalnız müəllimin tə`siri ilə uyğun sual ətrafında düşünürlər. Qur`ani-kərimdə hər üç hala uyğun nümunələr vardır.
    Həzrət İbrahim (ə) birinci qrup şəxslərdəndir və bu məsələyə fitri surətdə üz tutmuşdur. O, səmaya nəzər salarkən varlıq aləminin yaradanı barədə düşünərdi. Həzrət (ə) düşünərdi ki, gün, ay, ulduz dünyanı necə yarada bilər? Həmin hal bə`zən körpə uşaqlarda da müşahidə olunur. Bə`zən körpələrdən "dünyanı kim yaradıb?” kimi suallar eşidirik.
    Bə`zi insanlar yalnız çətinliklə üzləşdikləri zaman yaranış barəsində fikirləşirlər. "Ənkəbut” surəsinin 65-ci ayəsində buyurulur: "Onlar gəmiyə mindikləri zaman səmimi qəlblə Allahı çağırır, elə ki, quruya çıxdılar, yenidən Allaha şərik qoşurlar.”
    Qur`ani-kərimdə iki yerdə vurğulanır ki, peyğəmbərlər göndərilən zaman xalq çətinliyə salındı. Bu çətinlikdə məqsəd onların diqqətini Allaha yönəltmək idi. "Ən`am” surəsinin 42-ci ayəsində buyurulur: "Səndən qabaqkı ümmətlərə peyğəmbərlər göndərdiyimiz zaman o ümmətləri çətinliyə saldıq ki, bəlkə yalvarıb-yaxaralar.” "Ə`raf” surəsinin 94-cü ayəsində oxuyuruq: "Biz hansı ölkəyə peyğəmbər göndər-diksə, onun əhalisini sıxıntıya saldıq ki, bəlkə yalvarıb-yaxaralar.” Çətinlik insanın yatmış fitrətini oyadır. Sıxıntıya düşmüş insan yardım axtardığı zaman Allah haqqında düşünməyə başlayır. Ətrafındakılardan ümidi üzülmüş insanın diqqəti Allaha yönəlir.
    Nə fitri yolla, nə də çətinliklər vasitəsi ilə diqqəti ilahi həqiqətlərə yönəlməyən şəxs müəllim və peyğəmbərlərə ehtiyaclıdır. "Nəhcül-bəlağə”də peyğəmbərlərin göndərilməsinin səbəbi insanların yatmış fitrəti olması qeyd olunur: "Allah Öz peyğəmbərini onlara göndərdi ki, Allaha verdikləri fitri və`di tələb etsin və unudulmuş ne`mətləri xatırlatsın.” Hər bir insanın Allahla fitri bir əhdi vardır. İnsan bu əhdi unutduğundan xatırlatmağa ehtiyacı var. Qur`an buyurur ki, peyğəmbərlərin işi "təzəkkür”, yə`ni xatırlatmaqdır. "Təlaq” surəsində İslam peyğəmbəri haqqında buyurulur: "Həqiqətən Allah sizin üçün xatırladan kəs göndərmişdir.” Həmin ayədə "rəsul” kəlməsi "zikr” sözü ilə ifadə olunmuşdur. Bə`zi ayələrdə Qur`anın özü də zikr adlandırılır: "Həqiqətən, Allah sizə zikri nazil etmişir.”  Bə`zən digər səmavi kitablar da zikr hesab olunur. Hər halda, peyğəmbərlər və səmavi kitablar ona görə zikr adlandırılır ki, onların işi insanların fitri yaddaşlarını oyatmaqla onları qəflətdən qurta-rıb agah etməkdir.
    Deməli, insanın təkamül hərəkətinə başlaması üçün onun qəflətdən çıxması lazımdır. Qəflət-dən çıxmaq üçünsə zehndə növbəti suallar yaranmalıdır: Sənin yaradanın yoxdurmu? Qiyamət olmayacaqmı? Sorğu-sual yoxdurmu? Beləcə, Qur`an və peyğəmbər zehnlərdə müəyyən suallar doğururlar: "Elə güman edirsiniz ki, sizi əbəs yerə yaratmışıq və Bizim hüzurumuza qayıtmaya-caqsınız?”  Özünə bu cür suallar verməyənlər tamamilə Allah, peyğəmbər və axirətdən qəflətdə-dirlər. Bəli, özünü yalnız cismdən və bu cismə qulluq etməkdən ibarət bilənlər var. Onları dünya həyatından başqa heç nə düşündürmür. Bu insanları qəflət yuxusundan oyatmaq üçün onlara agahlıq verilməlidir. Peyğəmbərlər zehnlərdə suallar doğurur və bu suallara cavab verirlər.
    Sonrakı addımlar

    Qeyd etdik ki, ilk növbədə zehndə müəyyən suallar yaranmalıdır. Lakin suallar yarandıqdan sonra bu suallara müxtəlif münasibətlər müşahidə edilir. Bə`ziləri bu suallara ciddi yanaşıb cavab axta-rır, bə`ziləri isə "hələ ki, bundan da vacib işlərimiz var” deyərək bu məsələyə laqeyd yanaşırlar.
    İlahi mərhəmətə nail olmaq üçün bu tip suallara ciddi münasibət göstərmək mühüm şərtdir. Allah-təala onun ne`mətlərinə ciddi yanaşanlar üçün bu ne`mətləri artırır. Bu, ilahi qanundur. "İbrahim” surəsinin 7-ci ayəsində buyurulur: "Əgər şükr etsəniz, hökmən ne`mətlərimi artıraram.” Peyğəmbərlərin göndərilməsi, onların zəruri suallar doğurması, eləcə də, həmin suallara cavab verməsi ilahi ne`mətlərdəndir. Bu ne`mətlərə ciddi yanaşanları Allah doğru yola hidayət edir. Amma bu ilahi ne`mətə e’tinasızlıq göstərənlərin haqqı ilahi əzabdır. E’tinasızlıq göstərənlər arasında da fərqlər var. Bə`ziləri məsələnin ciddiliyini anlayaraq diqqətsizlik göstərirlərsə, başqa biriləri məsələnin nə dərəcədə ciddi olduğunu anlamırlar. "Saffat” surəsinin 13-cü ayəsində buyurulur: "Onlara nəsihət verildiyi zaman ibrət alırlar.”
    Hər hansı bir məsələyə məs’uliyyətlə yanaşıb onun barəsində dəqiq mə’lumat əldə etməyin də müxtəlif mərhələləri var: məsələnin surətinə diqqət, məsələyə ciddi yanaşaraq onu aydınlaş-dırma, yaranmış suallara cavabların qəbul edilməsi. Bə`ziləri bu yolda səhlənkarlıq ucbatından qənaətbəxş cavab tapmır, digərləri qənaətbəxş cavab tapdıqları halda tərslik göstərərək bunu izhar etmir, bir başqaları isə tapdıqları yanlış cavaba təslim olaraq azırlar. Üçüncü qism insanlara "mürəkkəb cahil” deyilir. Belə insanda iki cür cəhl var: biri məsələdən xəbərsizlik, digəri öz nadanlığından xəbərsiz-lik. "Bəsit cahil” isə bilmədiyindən xəbərdar olan şəxsə deyilir.
    Diqqət!

    Mə`lum oldu ki, hər bir kəsin Allah, qiyamət və nübüvvət məsələlərinə qarşı bəslədiyi münasibə-tində bir sıra xətərlər mövcuddur. İnsanın bu mövzulardan tam xəbərsizliyi və ya bu mövzulara ciddi yanaşmaması, bə`zən də həqiqəti bilərəkdən inkar etməsi onun aqibəti üçün çox qorxuludur. "Zumər” surəsinin 45-ci ayəsində oxuyuruq: "Allahın adı zikr olunarkən axirətə inan-mayanların qəlbi sıxılar.” Bəli, Allahın adından narahat olanlar da var. Maraqlıdır ki, bu narahatlıq insanların axirətə imansızlığından irəli gəlir. Görəsən, Allahla axirət inancı arasında hansı bağlılıq mövcuddur? Müasir dünyamızda özünü müsəlman, ziyalı, millətçi, hətta İslam mücahidi adlandırdığı halda sözünü Allahın adı ilə başlamaqdan çəkinənlər var. Cildlərlə kitab yazan müsəlman alimlərinə nədənsə öz kitablarını "Bismillahir-rəhmanir-rəhim”lə başlamaq ağır gəlir. Hətta bə`ziləri onlardan ötrü xoşagəlməz olan bu işə şər`i don geyindirmək üçün öz yazılarını "bismillah”sız başlamış "Tövbə” surəsi ilə müqayisə edirlər. Belə insanların azğınlığını Allah daha da artırır. Bu barədə Qur’anda belə buyurulur: "Onlar üz döndərdikdə Allah da onların qəlblərini döndərdi. Allah fasiq qövmü hidayət etməz. Açıq-aşkar dəlilləri gördükləri halda inad göstərənlərin qəlbi möhürlənər” "Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə pərdə çəkmişdir.”  Bu insanlar öz nəfslərinə itaət edənlərdirlər. Onlar Allaha pərəstiş etmək əvəzinə özlərinə pərəstiş edirlər. Qəlbi möhürlənmiş insanı isə kimsə hidayət edə bilməz; "Allahın azdırdığı kəsə bələdçi yoxdur.” 
    Allahın hidayət etmək istəmədiyi insanlar da olur. "Kəhf” surəsinin 28-ci ayəsində buyurulur: "Qəlbini bizi yad etməkdən qəflətdə saxladığımız, nəfsinin istək-lərinə uyan və işində ifrata uğrayan kəslərə itaət etmə.” Bu sayaq qəlbi möhürlənənlər öz şəkk-şübhələri ilə fəxr edir. Hətta başqalarını da şəkkə salırlar. Onların nəzərində həqiqətə şübhə etmək nöqsan yox, hünərdir. Bəli, insan Allahın adını eşitməyə təhəmmül etməyəcək qədər alçala bilər. Bundan da böyük bədbəxtçilik ola bilərmi?! Bə`zən nahaq qanlar axıtmış daş ürəkli cinayətkar mühakimə zamanı üzünü hakimə və salondakılara tutub "mən sizin hamınıza nifrət edirəm” deyir. Bu, həqiqətə nifrətin bir misalıdır. Unutmayaq ki, bu günkü mövqeyimizdən asılı olmayaraq nəfsimizi özbaşına buraxsaq. Həmin təhlükə ilə üzləşə bilərik. Bəs özümüzü necə qoruyaq? Axı biz nəinki məsələnin surətini anlamışıq, bəlkə doğru cavab əldə edib bu cavaba iman da gətirmişik. Hansı amil bizi yenidən heyvan səviyyəsinə endirə bilər? Məgər Allaha, axirətə iman gətirmək insanlıq mərhələsinə çatmaq deyilmi? Bilməliyik ki, gözümüzü əbədi olaraq yumanadək bu günkü əqidədə qalacağımıza heç bir zəmanət yoxdur. Yeganə çıxış yolu bizi azdıra biləcək amilləri tanıyıb, bu amillərin qarşısını almaqdır.

     
    Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
    Müəllif: Ustad Misbah Yəzdi
     
     
    Bölmə: Dərslər / Əxlaq
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.