Quran ayələrindən və İmam Səccadın (əleyhissəlam) «Hüquq risaləsi» kitabından aydın oldu ki, Allahın haram buyurduğu şeylərə baxmaq olmaz və onlara göz yummaq lazımdır. İndi də elə mövqeiyyətlərə işarə edək ki, şəriətdə o halda naməhrəmə baxmaq istisna olunub. O yerlərdən biri də insanın həmin naməhrəmlə evlənmək istədiyi vaxtdır. «Vəsail-Şiə" kitabında həmin mövzuda İmam Baqir (əleyhissəlam)-dan nəql olunur:
«Bir nəfər İmam Baqir (əleyhissəlam)-dan evlənmək istədiyi qadına baxmağa icazəsi olub-olmadığını soruşur? Həzrət buyurur: Bəli! Baxa bilər. Həqiqətən, o qadını ən baha qiymətə almaq istəyir.»
Bu rəvayətdə yalnız baxmağa icazə verilib. Amma hansı yerə baxmağı bəyan olunmur. Lakin, başqa rəvayətdə hansı vaxtda baxmaq da bəyan olunur. İmam Sadiq(əleyhissəlam)-dan nəql olunur ki, buyurur:
«Kişi qadınla evlənmək fikrində olsa, onun üzünə və biləklərinə baxmağın eybi yoxdur.»(«Vəsailüş-Şiə». 14-cü cild. səh-172. )
Üçüncü rəvayətdə ravi yazır: İmam Sadiq (əleyhissəlam)-a ərz etdim: Bir nəfər kişi bir qadınla evlənmək istəyir. Diqqətlə ona nəzər edir, üzündən və arxasından baxır. Bu işə nə deyirsən? Həzrət buyurur: Əgər onunla evlənmək niyyətindədirsə, üzünə və arxa tərəfdən baxmağın eybi yoxdur.»(«Vəsailüş-Şiə». 14-cü cild. səh-60. )
Başqa rəvayətlərdə, əgər evlənmək niyyəti olub, ləzzət aparmamaq şərti ilə qadının saçlarına və zinətli yerlərinə baxılmasına da icazə verirlir.
Həkimin xəstə qadına baxması
Naməhrəm qadına baxmağın istisna olunmuş yerlərindən biri də həkimin xəstə qadını müalicə etməsi vaxtıdır. O şərtlə ki, kişi həkimdən başqası onu müalicə edə bilməsin. «Vəsailüş-şiə"kitabında bu barədə rəvayətdə oxuyuruq:
«Əbi Həmzə Somali, İmam Baqir (əleyhissəlam)-dan nəql edir ki, Həzrətdən soruşdum: Müsəlman qadınlardan birisi xəstələnsə və ya bədənində xəsarət olsa, yaxud sınıqlıq olsa, özü də elə bir yerdə olsa ki, ora baxmaq haramdır, həmçinin, həmin sahədə kişi həkim qadın həkimdən savadlı olsa, icazə var ki, kişi həkim qadının bəzi yerlərinə baxsın?
Həzrət cavabında buyurur: Zəruri vaxtda eybi yoxdur. Əgər qadın istəyirsə, kişi onu müalicə edə bilər.»(Vəsail-Şiə. 14-cü cild. səh-172. )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi