O hansı qapıdır ki, döyəndə "Ya Əli" səsi gəlir?
Peyğəmbər (s) buyurur: "Cənnətin qapılarının halqaları qızıl laylar üzərində bərkidilmiş qırmızı yaqutdandır. Qapını döymək üçün halqanı həmin laylara vurduqda cingildəyər və belə bir səs gələr: "Ya Əli" ( Əmali vəl-məcalis. Şeyx Səduq, s.471.)
Cənnət əhli Cənnətə daxil olanda qapını döyər. Çünki gəldiyi yerin qapsını döymək adətdəndir. Qapı açıq olsa belə, qonağın qapı döyməsi ədəb qaydasıdır. Cənnətin qapıları açıq olar, lakin ora daxil olan möminlər qapını döyərlər. Qapını döydükdə "Ya Əli" səsi gələr.
Mərhum Əllamə Təbatəbai bu hədisin şərhində və "Ya Əli" sədasının hikməti barədə belə deyir: "Qonaq bir evə gələndə ev sahibini səsləyir. Ev sahibinin adını bilirsə, onu adı ilə çağrır. Cənnət sahibi və mehmandarı Həzrəti Əlidir (ə). Ona görə Cənnətin qapsını döyəndə bu səs eşidilir. Çünki Cənnətə gedənlər Əhli-Beytin hidayəti sayəsində və onların qonağı olaraq ora daxil olurlar."
Əgər pak nurlar olmasaydı, heç kəs Cənnətin yolunu gedə bilməzdi. Biz çox asanlıqla hiss edə bilərik ki, indi Cənnətdəyik ya yox. Cənnətin qapsı üzümüzə açıqdır ya yox?
İlahi sənə sonsuz, istədiyin qədər şükür olsun ki, bizləri Əli (ə)-ın şiələrindən etmisən. İlahi bihəqqi Əli (ə) bizləri bu yolda sabitqədəm et. Bizləri həqiqi Əli (ə)-ın davamçılarından qərar ver. Amin
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum...
Kitabın adı: İbadətlərin hikməti
Müəllif: Ayətullah Cavad Amuli