Günün müəyyən vaxtlarında oxunan dualar: On birinci saat
Ərəbcə
يَا اَوَّلاً بِلا اَوَّلِيَّةٍ، وَ آخِراً بِلا آخِرِيَّةٍ، يَا قَيُّوماً بِلا مُنْتَهَى لِقِدَمِهِ، يَا عَزيزاً بِلاَ انْقِطَاعٍ لِعِزَّتِهِ، يَا مُتَسَلِّطاً بِلا ضَعْفٍ مِنْ سُلْطَانِهِ، يَا كَريماً بِدَوَامِ نِعْمَتِهِ، يَا جَبَّاراً وَ مُعِزّاً لاَِوْلِيَائِهِ، يَا خَبيراً بِعِلْمِهِ، يَا عَليماً بِقُدْرَتِهِ، يَا قَديراً بِذَاتِهِ، اَسْئَلُكَ بِحَقِّ الْحَسَنِ بْنِ عَلِيٍ عَلَيْهِمَا السَّلامُ، وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ، وَآلِ مُحَمَّدٍ وَ اَنْ تَفْعَلَ بي كَذَا وَكَذَا
Oxunuşu
Ya əvvələn bila əvvəliyyəh, və axirən bila axiriyyəh, ya qəyyumən bila muntəha liqədə-mih, ya əzizən bilənqitain liiz-zətih, ya mutəsəllitən bila zə`fin min sultanih, ya kərimən bidəvami ni`mətih, ya cəbbarən və muizzən liəvliyahih, ya xəbirən biilmih, ya əlimən biqudrətih, ya qədirən bizatih, əs`əlukə bihəqqil Həsənibni Əliyyin ələyhiməs səlam, və uqəddimu bəynə yədəyyə hə-vaici, ən tusəlliyə əla Muhəm-mədin və ali Muhəmməd, və ən təf`ələ bi kəza və kəza.
Tərcüməsi
İmam Həsən Əskəriyə (ə) məxsusdur və Günəşin sarıltısından bir az qabaqdan sarıltısına qədərdir:
Ey başlanğıcı (əvvəli) olmayan əvvəl, ey sonu olmayan axır, ey sona çatmayan davamlı və əzəli! Ey izzəti bitməyən izzət sahibi, ey hakimiyyətində zəifliyi olmayan! Ey nemətləri həmişəlik olan kəramət sahibi, ey dostlarına izzət verən hakim! Ey elmi ilə xəbərdar, ey qüdrəti ilə agah, ey zatına qadir olan! Həsən ibn Əlinin (salam olsun onların hər ikisinə) xatirinə Səndən istəyir və onu hacətlərimdən irəli keçirirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən və mənimlə belə rəftar edəsən (filan hacətlərimi rəva edəsən)...!
Kəza və kəza sözlərinin yerinə öz hacətlərini istə!
Kitabın adı: Məfatihul Cinan