Günün müəyyən vaxtlarında oxunan dualar: Beşinci saat
Ərəbcə
اللَّهُمَّ رَبَّ الضِّيَاءِ وَالْعَظَمَةِ، وَالنُّورِ وَالْكِبْرِيَاءِ وَالسُّلْطَانِ، تَجَبَّرْتَ بِعَظَمَةِ بَهَائِكَ، وَ مَنَنْتَ عَلَى عِبَادِكَ بِرَاْفَتِكَ وَ رَحْمَتِكَ، وَ دَلَلْتَهُمْ عَلَى مَوْجُودِ رِضَاكَ، وَ جَعَلْتَ لَهُمْ دَليلاً يَدُلُّهُمْ عَلَى مَحَبَّتِكَ، وَ يُعَلِّمُهُمْ مَحَابَّكَ، وَ يَدُلُّهُمْ عَلَى مَشِيَّتِكَ، اللَّهُمَّ فَبِحَقِّ مُحَمَّدِ بْنِ عَلِيٍ عَلَيْهِمَا السَّلامُ عَلَيْكَ، وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا
Oxunuşu
Əllahummə rəbbiz ziyai vəl əzəməh, vən nuri vəl kibriyai vəs sultan, təcəbbərət biəzə-məti bəhaik, və mənəntə əla ibadikə birə`fətikə və rəhmə-tik, və dələltəhum əla məvcudi rizak, və cəəltə ləhum dəlilən yədulluhum əla məhəbbətik, və yuəllimuhum məhabbək, və yədulluhum əla məşiyyətik, Əllahummə fəbihəqqi Muhəm-mədibni Əliyyin ələyhiməs səlamu ələyk, və uqəddimuhu bəynə yədəyyə həvaici, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi kəza və kəza
Tərcüməsi
İmam Baqirə (ə) məxsusdur və Günəş batandan dörd rükət namaz miqdarındadır:
İlahi, ey aydınlıq və əzəmətin, nur, böyüklük və hakimiyyətin Rəbbi! Əzəmətinin parlaqlığı ilə üstün oldun, rəhmət və mehribanlığınla bəndələrə minnət qoydun, onları razılığına doğru hidayət etdin və onlar üçün bələdçi təyin etdin ki, Sənin məhəbbətinə doğru yönəlsinlər, dostluğunun vasitələrini tanısınlar və istəyinə tərəf istiqamətlənsinlər. İlahi! Məhəmməd ibn Əlinin (salam olsun ona) Sənin üzərindəki haqqına xatir Səndən istəyir və onu hacətlərimdən irəli keçirirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən və mənimlə belə rəftar edəsən (filan hacətlərimi rəva edəsən)...!
Kəza və kəza sözlərinin yerinə öz hacətlərini istə!
Kitabın adı: Məfatihul Cinan