Hüseyn ibni Əli! Ya Rəbb, bu ad qəlbimdə məskundur.
Gözəllər vadisindən bir gözəl vardır ki, məhzundur.
Mənim Rəbbim bir - Allahdır ki, Ondan qeyri yox Məbud,
Rizası Kərbəladan keçmək olsa bəndə məmnundur.
Hüseyni sevməmək olmaz, HÜSEYN eşqə verib məna,
Bütün yer-göy olub heyran ona şaiqdi, məftundur
Həqiqətdə Hüseyn kimdir, həqiqətdə Yəzid (L) kimdir?
Hüseyn məzlum, şəhid, rəhbər, Yəzid (L) zalimdi, məlundur!
Görənlər nəşin üstündə o zalimlik edən qövmü
Düşünmüş onlar haqqında: bəşər yox, qarğa-quzğundur.
Hüseynə ağlayan gözlər bəla görməz Qiyamətdə,
Əzəl gündən də əvvəldən olub təyin, bu qanundur.
Sənə üstün demək olmur, sən üstünlükdən üstünsən,
Sənin şəninlə: - acizdir, məgər üstünlük uyğundur?