Ey Əsadullahi Zaman hardasan?
Ey Əsadullahi Zaman hardasan?
Gəl, sənə həsrətdi cahan hardasan.
Hər kəsin aləmdə ümidgahisən,
Özgəsinə yoxdu güman hardasan.
Səbrü-qərarım, tükənib taqətim,
Qalmadı heç tabu-təvan hardasan.
Həm sələfi, nurçusu, vəhhabisi,
Tökdü nahaqq qan, Ağacan, hardasan.
Gəl Ağa dünyamızı islah elə,
Gülşənimiz oldu xəzan, hardasan.
Ləli-ləbindən dilərəm halımı,
Nitqə gəl, ey qöncə dəhan, hardasan.
Əhdə vəfa eyləyən aşiqlərin,
Müntəzir olmuşdu hər an, hardasan.
Zarə gəlib cümleyi-məzlumilər,
Nalə çəkər mərdü-zənan hardasan.
Pərdeyi-qeybətdə qalandan bəri,
Cümlə-cahan çəkdi ziyan, hardasan.
Kəbeyi-kuyində Fədai kimi,
Çoxları etmişdi məkan hardasan.