Oyan, ey didə, yetər, yatma, bu gün yar gəlir,
Etməyə cümlə yatan gözləri bidar, gəlir.
Qaib olmuş gözümüzdən neçə müddətdi bizim,
Və'də vermişdi gələ, eyləyib ilqar gəlir.
Bizdən ayrılmayıb o, qaib olan vaxtında,
Olmayan gəlməz, olubdur həmişə var, gəlir.
Çün İmam olmasa, olmazdı qərarı çərxin,
Babası Heydər edibdir bunu iqrar, gəlir.
Mehdidir ismi, hüda eyləyəcəkdir bəşəri,
Bu cəhan tə'mirinə gör, necə me'mar gəlir.
Qoy, cəhan mülkünə hakim kəsilənlər bilsin,
Ki, cəhan mülkünə bir əsl cəhandar gəlir.
Zalimin daşı daş üstə qala bilməz onda,
Verməyə zalimin əcdadına azar gəlir.
Necə zalim füqəra əhlinə rəhm eyləməyib,
O cürə zalim ilə etməyə rəftar gəlir.
Ey ədalətdən uran dəm, görəcəksən axır,
Yox imiş səndə ədalətdən heç asar, gəlir.
Göstərər əsl ədalət nə deməkdir o, sizə,
Öz əməllərviz edər onda sizi xar, gəlir.
İntizar olmuşuq hər vaxt gəlişiyçün biz onun,
Qəlbimizdə gəlişə zərrə yox inkar, gəlir.
Xoşdur əhvalı o gün yaxşı əməl sahibinin,
Mailə etdiyi hər bir əməli ar gəlir.