Çıxanda canım, Hüseyn, bir dəqiqə lütf edəsən,
Bir ömür səsləmişəm can verəndə baş çəkəsən.
Ölən zamanda Ağa, gözlərim qalar qapıda,
O qədər gözləyərəm başım üstünə gələsən.
Kimin Hüseyn kimi aləmdə izzəti vardır?
Cəlal və mənziləti, şan və şövkəti vardır?
Hüseyn damənini boşlama, Hüseyn ağadır,
Hüseynə ağlamağın ayrı ləzzəti vardır.
Himmət şalın siz bağlayız belizə,
Qibtə edər hamı sizin elizə,
Hüseynə siz olun vəfalı nökər,
Qurban ollam Hüseyn deyən dilizə.
Əməl-e-xeyridə faiq deyiləm,
Bilirəm aşiqe-sadiq deyiləm,
İki aləmlərə sən şahsan, Hüseyn,
Mən gədayam, sənə layiq deyiləm.