Ta nəfəsim var deyərəm Ya Hüseyn!
Can sənə qurban edərəm Ya Hüseyn!
Aləmi-imkan mənə əgər naz edər,
Mən də sənə naz edərəm Ya Hüseyn!
Can sənə qurban edərəm Ya Hüseyn!
Çoxları divaneyi-eşqindirlər,
Mən dəli-divan içərəm Ya Hüseyn!
Mən demirəm layiqi-dərgahınam,
Aşiqi-şuri-dəshərəm Ya Hüseyn!
Can sənə qurban edərəm Ya Hüseyn!
Dərgahı-pakında sənin bir itəm,
Hər yana çəksən gələrəm Ya Hüseyn!
İtliyə əgər dərgahına etsən qəbul,
Ta nəfəsim var hürərəm Ya Hüseyn!
Versələr eşqində mənə zəhər əgər,
Şöhd əvəzində içərəm Ya Hüseyn!
Can sənə qurban edərəm Ya Hüseyn!
Adını görsəm yazılıb torpağa,
Milyona bir öpərəm Ya Hüseyn!
Şirk qərar olmasa əgər Allaha,
Adına səcdə edərəm Ya Hüseyn!
Can sənə qurban edərəm Ya Hüseyn!
Yox bilirsən ömrülərə etibar,
Bir gün mən də ölərəm Ya Hüseyn!
Qəbrə qoyub hamı gedəndən sonra,
Onda səni gözləyərəm Ya Hüseyn!
Can sənə qurban edərəm Ya Hüseyn!
Hər nə sual eyləsələr qəbrdə,
Ayrı sözüm yox deyərəm Ya Hüseyn!
Hüseyncan, qəbrimin əvvəl gecəsi gəlməsən,
Fatimə canı küsərəm Ya Hüseyn!