İmam Səccadın (ə) günahlarının örtülməsini və hadisələrdən salamatlıq diləməsi
41-ci dua
وَ كَانَ مِنْ دُعَائِهِ عَلَيْهِ السَّلامُ فِي طَلَبِ السِّتْرِ وَ الْوِقَايَةِ:
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ أَفْرِشْنِي مِهَادَ كَرَامَتِكَ، وَ أَوْرِدْنِي مَشَارِعَ رَحْمَتِكَ، وَ أَحْلِلْنِي بُحْبُوحَةَ جَنَّتِكَ، وَ لا تَسُمْنِي بِالرَّدِّ عَنْكَ، وَ لا تَحْرِمْنِي بِالْخَيْبَةِ مِنْكَ.وَ لا تُقَاصَّنِي بِمَا اجْتَرَحْتُ وَ لا
تُنَاقِشْنِي بِمَا اكْتَسَبْتُ،
İlahi, Muhəmməd və onun soyuna salam yetir və mənim üçün kəramət yatağı aç, rəhmətinə daxil et, öz cənnətinin qəlbində mənə yer ver, məni özündən uzaqlaşdırmaqla xar etmə, günahlarıma görə əzab vermə, rəftarıma görə çətinliyə salma,
وَ لا تُبْرِزْ مَكْتُومِي، وَ لا تَكْشِفْ مَسْتُورِي، وَ لا تَحْمِلْ عَلَى مِيزَانِ الْإِنْصَافِ عَمَلِي، وَلا تُعْلِنْ عَلَى عُيُونِ الْمَلَإِ خَبَرِي أَخْفِ عَنْهُمْ مَا يَكونُ نَشْرُهُ عَلَيَّ عَارا، وَاطْوِ عَنْهُمْ مَا يُلْحِقُنِي عِنْدَكَ شَنَارا شَرِّفْ دَرَجَتِي بِرِضْوَانِكَ، وَ أَكْمِلْ كَرَامَتِي بِغُفْرَانِكَ، وَ انْظِمْنِي فِي أَصْحَابِ الْيَمِينِ، وَ وَجِّهْنِي فِي مَسَالِكِ الآْمِنِينَ، وَ اجْعَلْنِي فِي فَوْجِ الْفَائِزِينَ، وَ اعْمُرْ بِي مَجَالِسَ الصَّالِحِينَ، آمِينَ رَبَّ الْعَالَمِينَ.
sirrimi aşkar etmə, elmimi ədalət tərəzisi ilə ölçmə, gizli xəbərlərimi görənlərin gözləri önündə aşkar etmə, aşkar olduqda rüsvayçılığıma səbəb olacaq şeyləri onlardan gizli saxla, məni hüzurunda xar edən şeyləri onlardan məxvi saxla, razılığın sayəsində dərəcəmə şərəf bəxş et, əfvinlə ucalığımı kamilləşdir, məni sağ tərəf sahiblərinin zümrəsinə daxil et, iman yollarına apar, nicat tapanların sırasında qərar ver, salehlərin məclisini mənim səbəbimə abad et. Duamı qəbul et, ey aləmlərin Rəbbi!
Kitabın adı: Səhifeyi Səccadiyyə