İmam Səccad (ə) çətinliyə düşüb, yaxud kimi isə çətinlikdə rüsvay olduğunu gördüyü zaman etdiyi duası
34-cü dua
İlahi! Həmd olsun Sənə ki, görür və pərdə örtürsən, bilirsən və əfv edirsən, çünki bizlərdən hər hansımız pisliklər törətməyə qalxdısa rüsvay etmədin, pis işlərə əl atdı, lakin xar etmədin, gizlində alçaq əməllər törətdi və Sən faş etmədin.
Nə çox pisliklərə bulaşdıq, nə çox əmrlərin ki, onunla bizə qadağan etdin və biz ondan təcavüz etdik ki, nə çox pisliklər qazandıq, nə çox günahlar ki, yerinə ytirməyə qalxdıq, halbuki Sən görənlərdən ona daha agah idin, lakin Sənin əfvin bizim üçün onların gözləri önündə pərdə, qulaqları üzərində bir sədd idi. Beləliklə eyblərin bu örtülməsini, fəsadların gizi saxlanmasını bizim üçün ibrət, pislikdən saxlayan, günahlara bulaşmamaq üçün,
وَ اقْتِرَافِ الْخَطِيئَةِ، وَسَعْيا إِلَى التَّوْبَةِ الْمَاحِيَةِ، وَالطَّرِيقِ الْمَحْمُودَةِ وَ قَرِّبِ الْوَقْتَ فِيهِ، وَلا تَسُمْنَا الْغَفْلَةَ عَنْكَ، إِنَّا إِلَيْكَ رَاغِبُونَ، وَمِنَ الذُّنُوبِ تَائِبُونَ. وَصَلِّ عَلَى خِيَرَتِكَ اللَّهُمَّ مِنْ خَلْقِكَ: مُحَمَّدٍ وَ عِتْرَتِهِ الصِّفْوَةِ مِنْ بَرِيَّتِكَ الطَّاهِرِينَ، وَ اجْعَلْنَا لَهُمْ سَامِعِينَ وَ مُطِيعِينَ كَمَا أَمَرْتَ
günahı aradan aparan tövbə yolunu keçməyə və bəyəndiyin yolu ötməyə bir vasitə qərar ver, bu zamanı ötməyi yaxınlaşdır, bizi Özündən qəflətə dalmağa düçar etmə, çünki biz Sənə sarı meylli, günahdan dönənmərik.
İlahi, yaratdıqlarının arasından seçdiyin başqa bəndələrindən üstün və pakizə olan Muhəm-məd və onun soyuna salam yetir və əmr etdiyin kimi bizi onların göstərişlərinə müti qərar ver.
وَ كَانَ مِنْ دُعَائِهِ عَلَيْهِ السَّلامُ فِي الرِّضَا إِذَا نَظَرَ إِلَى أَصْحَابِ الدُّنْيَا:
الْحَمْدُ لِلَّهِ رِضًى بِحُكْمِ اللَّهِ، شَهِدْتُ أَنَّ اللَّهَ قَسَمَ مَعَايِشَ عِبَادِهِ بِالْعَدْلِ، وَ أَخَذَ عَلَى جَمِيعِ خَلْقِهِ بِالْفَضْلِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ لا تَفْتِنِّي بِمَا أَعْطَيْتَهُمْ، وَ لا تَفْتِنْهُمْ بِمَا مَنَعْتَنِي فَأَحْسُدَ خَلْقَكَ، وَ أَغْمَطَ حُكْمَكَ
Kitabın adı: Səhifeyi Səccadiyyə