Xoşbəxtdir o kəs sevgili dildari Hüseyndir (ə)
Səhralıq idi Kərbübəla, gülşənə döndü,
Addım başı bir lalə salıb qanı Hüseynin.
Xoşbəxtdir o kəs sevgili dildari, Hüseyndir,
Həm dəhridə movlası, həm yari Hüseydir.
Səbr eyliyər hərçənd qəmə olsa giriftar,
Ol kəs ki onun qəlbdə qəmxari Hüseyndir.
Dünyanın ona hər yeri bir Kərbübəladır,
Sidq ilə əgər kim ki əzadari Hüseyndir.
Hər bir şəhidə sancılan ox laləyə bənzər,
Bu Kərbübəla çöl deyil gülzari Hüseyndir.
Alim nə qədər var isə ömrün elə təkrar,
Xoşbəxtdir o kəs sevgili dildari Hüseyndir.