Allahın salamı və rəhməti üzərinizə olsun. Bu gün qəm qəhrəmanı, müsibətlər anası, İmam Hüseyn (ə)-ın qəm şəriki və vəfadar yoldaşı olan Xanım Zeynəb (s.ə) vəfatıdır. Bu ağır və üzücü gündə İmam Zaman (ə.f) ağamıza və bütün şiə əhlinə baş sağlığı veririk. İmam Sadiq (ə) buyurub: "Allah rəhmət etsin bizim şiələrə ki, şad günümüzdə şad olarlar, qəmli günümüzdə qəmli olarlar."
Hüseyn qardaşının qanını Zeynəb qoxuyur,
Dayan ey mərsiyəxan!, bağrım olur qan, oxuma.
O hüseynin ki, başı niyzədəQuran oxuyur,
Dayan ey Hafizi-Quran!, daha Quran oxuma.
Gedərəm Kərbubəla səmtinə imkanım ola,
Dolanıb qup-quru səhrada susuz can verərəm.
Mənim Allahdan əgər yetmiş iki canim ola,
Onların hər birini Zeynəbə qurban edərəm.
Mənə yox fərqi fəqət təhlükəyə uğrayaram
Verərəm ömrümü bir əhdə vəfadarə fəda.
Özümü Kərbubəlada kəsərm, doğrayaram,
Edərəm qollarımı qolsuz Ələmdarə fəda.
Rəsuləullah da çəkib nalə, Əli ah eləyib,
Kərbubəlada Hüseyn Şahi-şəhidanə görə.
Ana Zəhra gözünün yaşını göydən çiləyib,
Ağlayıb dərd ilə yetmiş iki qurbanə görə.