İmam Səccadın (ə) təlxəklər haqqında nəzəri
Günlərin birində təlxəklərdən biri, İmam Zəynalabidin (əleyhissəlam)-ın çiynindən əbasını çəkir. İmam bir söz demir. Əhali əbanı alıb, İmamın mübarək çiyninə atırlar. Həzrət soruşur: Bu işi kim gördü? Dedilər: Əhalini güldürən təlxək. Həzrət buyurdu:
"Ona deyin ki: Allahın elə bir günü var ki, ömrünü bihudə keçirən, başqalarını məsxərəyə qoyanlar, o gündə zərər və ziyandan başqa bir şey görməyəcəklər! "(Mənaqib ibni Şəhr Aşub. C.4. səh. 158 )
Məsxərə etməyin psixoloji hədəfi
Psixoloji cəhətdən, o kəslər insanları məsxərəyə qoyub lağ edirlər ki, şəxsiyyətləri aşağı səviyyədədir. Onlar başqalarını kiçiltməklə, özlərinin şəxsiyyətsizliklərini aradan aparmaq istəyirlər. Həmin səbəbə görə şəxsiyyətli şəxslər, heç vaxt başqalarına lağ edib məsxərəyə qoymurlar.
Başqa amil də budur ki, başqalarını təhqir edib məsxərəyə qoyanlar, onların təhqir olunmasından ləzzət alırlar. Onlar, həyatda bir növ yırtıcı ruhiyyəlidirlər. Yırtıcılar kimi, insanların cisminə hücum edib, abır-həyasını aradan aparırlar.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi