Günahın müalicə yolu
Burada günahların müalicə yollarından biri haqqında söhbət açacağıq.
Belə ki, qeybət etməyə adət edən şəxs bu günahı iki yollamüalicə edə bilər.
1. Qeybət haqqında olan ayə və hədisləri oxusun və onun haqqında deyilən ilahi əzablar barədə fikirləşsin.
2. Qeybəti diqqətlə araşdırıb təhlil etsin. Sonra qeybətə səbəb olan həsəd, lovğalıq, paxıllıq və bu kimi amilləri tanısın, daha sonra bu amilləri məhv etməyə çalışsın. Bu vaxt qeybətə səbəb olan amillərin məhv olmasına görə qeybəti də tərk etmək asan olacaq.
İslamda günahkarlarla rəftar
İslam dinində bütün camaata vacibdir ki, tam qüdrətlə günahkarları pis yoldan və etdiyi günahlardan çəkindirsinlər. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) buyurur:
اِنَّ الاَْمْرَ بِالْمَعْرُوفِ وَالنَّهْيَ عَنِ الْمُنْكَرِ سَبِيلُ الاَْنْبِياء وَمِنْهاجُ الصُّلَحاء فَرِيضَةٌ عَظِيمَةٌ، بِها تُقامُ الْفَرائِضُ وَتَأمَنُ الْمَذهِبُ وَتُحِلُّ الْمَكاسِبُ وَتُرَدُّ الْمَظالِمُ وَتُعْمَرُ الاَْرْضُ وَيُنْتَصَفُ مِنَ الاَْعْداء وَيَسْتَقِيمُ الاَْمْرُ
"Əmr be mə’ruf (yaxşı işlərə də’vət etmək) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) Peyğəmbərin (s) və saleh adamların yolu və iki böyük ilahi vaciblərdəndir. Bu iki vacibin vasitəsi ilə başqa vaciblərə əməl olunur, yollarda əmin-amanlıq yaranır, camaatın qazandığı pullar halal olur və xalqın hüququ tə’min olunur. Həmçinin, bu iki vacibin köməyi ilə yerlər abad olur, düşmənlərdən intiqam alınır və bütün işlər öz yoluna düşür».
İslam dinində insanları pis işlərdən çəkindirib, düz yola hidayət etməyin yolları müxtəlifdir. Allah-təala Öz peyğəmbəri Həzrəti Məhəmmədə (s) xitab edib buyurur:
اُدْعُ اِلى سَبِيلِ رَبّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجادِلْهُمْ بِالَّتي هِيَاَحْسَنُ
«Onları hikmətlə, gözəl-gözəl öyüdlərlə Allah yoluna də’vət et və onlarla mübahisədə ən yaxşı yollardan istifadə et!»
«Mö’minun» surəsinin 96-cı ayəsində buyurur:
اَدْفَعْ بِالَّتي هِيَ اَحْسَنُ السَّيِّئَةِ
«Pisliyi özündən kənar edəndə daha yaxşı bir üsulla bunu et».
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti