Əhli-ürfandır Əli (ə)
Əhli-ürfanə könül, bir ismi-pünhandır Əli.
Kimsə bilməz ki, necə bir əhli-ürfandır Əli,
Kainatın hər işin tapşırmış İzzət Heydərə,
İxtiyardari-cəmii-çərxi-dövrandır Əli.
Mən ona "Əjdər" deyim,"Səftər" deyim,"Kərrar" ya,
Hər nə desəm var yeri, çün ali-İmrandır Əli.
Bir "Yədullah" ismi bəsdir arifü danan üçün,
Bu adı bir kimsə almıb, dəsti-Yəzdandır Əli.
Hatəmi-Tai səxavətlən olub məşhur gər,
Leyk dünyadə səxaəhlinə sultandır Əli.
Köçdü Hatəm, qalmadı zərrə səxasından əsər,
Öz səxasiylə qalan hala vü əlandır Əli.
Yox peyğəmbərdən sora bir kəs Əliyə tay ola,
Batinin gör, zahirən hərçənd insandır Əli.
O, imami-möminindir, sərvəri-islamdır,
Gərçi islam bir cisimsə, ol cismə bir candır Əli.
Olmasaydı Zülfiqar, əldən gedərdi dinimiz,
"Lafəta illa Əli"yə bunca bürhandır Əli.
Bir qəzavat olmayıb keçsin Əlisiz şeridə,
Düşmənani-müslimə bir şiri-meydandır Əli.
Bir qılınc Xəndəkdə vurdu ol Əmir Əb-Davidə,
İndi də "əhsən" mələklərdən nümayandır Əli.
Büxr ilə mehrabdə düşmən onu qətl eylədi,
Dini-islamə özü, övladı qurbandır Əli.
Onları qətl eyləyənlər özləri bəs noldular?
Biz onları qətl eyləyənlər özləri bəs noldular?
Yox onlardan bir əsər, əmma nümayandır Əli.
Qədr ilə ziynət verib el, qəbrinə övladının.
Həm Nəcəfdə qəbri nuri-mahı təbandır Əli.
Pərdə çəkmək haqq olan bir kimsəyə mümkün deyil,
Həqqdir kari-Əli, həm həqqə şayandır Əli.
Həm Əli bir alimi-bimislidir, aləm bilir,
Natiqi-"Quran" olub, kəşşafi-"Quran"dır Əli.
Sayəyi- "Quran" kimi "Nəhcül-bəlağə" ad Alıb,
Bu kitab ilə odur kim, fövqül-insandır Əli,
Həm Əli şairliyi inkar olunmaz bəhsdir.
Aç, oxu "Divan"ını, bir gör, nə divandır Əli.
Tirə təbimlə necə mədhi-Əlidən bəhs açım?
Cümlə şairlər dilində bunca dastandır Əli,
Bəlkə bir beytim ola, ol şahə xoş gəlsin dedim.
Əfv edə təqsirimi, çün şahi-rizvandır Əli.
Aşiqi-nəsli Əliyəm, həm bunu Tanrım bilir,
Ta nə qədri mənzilim mülki-Süleymandır, Əli,
Bu məhəbbətdə əgər üqbayə gəlsəm, mütləqa.
İçdiyim-Kövsər, ənisim hurü qılmandır, Əli.
Cənnəti-hüsnün mənə dünya və üqbadə yetər,
Olmasa eşqin, iki dünya da niyrandır, Əli.
Yoxdu şayəstə əməl, Mail baxa, ümmid edə,
Sənsən ancaq bir ümidi, bir də Sübhandır, Əli.