Əmirəl-möminin Əliyyibni Əbutalib (ə)
"Bədr” döyüşündə Qureyş kafirlərindən 70 nəfəri müsəlmanlar tərəfindən öldürüldü ki, onların 36 nəfəri, həm də ən böyük pəhləvanları, o cümlədən, Müaviyənin qardaşı, dayısı və əmisi Həzrət Əli (əleyhissalam)ın əli ilə qətlə yetirilmişdi.
"Ühüd” müharibəsində Qureyş kafirləri 9 nəfər ən güclü cəngavərləri bayraqdar seçib müsəlmanların üstünə göndərmişdi. Onların hamısı Həzrət əli (əleyhissalam)ın mübarək əli ilə qətlə yetirildi. Bu işdən qəzəblənən Sovəb (o, qətlə yetirilənlərin qulu idi) and içdi ki, Peyğəmbəri mütləq qətlə yetirsin. Lakin o da həzrət Əli (əleeyhissalam)ın əli ilə belindən yarı bölündü. Elə bu müharibədə Həzrət Əli 70 yara almışdı, yaraların hamısı da arxadan deyil, bədənin qabaq tərəfindən idi. (Həzrət Əli müharibələrin heç birində arxadan yaralanmamışdı.)
"Xəndəq” müharibəsində kafirlərin ən şxcaətli pəhləvanı Əmr ibni Əbdi Vudd Həzrət Əli (ə)ın qılınc zərbəsi ilə cəhənnəmə vasil oldu. Peyğəmbər (s) buyurdu: "Xəndəq günündə Əlinin bir zərbəsi cinn və insin ibadətindən daha fəzilətlidir.”
"Siffeyn” müharibəsində Həzrət buyurmuşdu: Allaha and olsun əgər bütün ərəblər mənimlə müharibəyə çıxsalar, əsla onlara arxa çevirmərəm.”
Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: "Mən elmin şəhəri, Əli isə onun darvazasıdır. Hər kəs elmi istəsə, gərək bu qapıdan gəlsin.”
Böyük islam müfəssiri və Həzrət Əmirəl-möminin (əleyhis-salam)-ın xas tələbələrindən olan İbni Abbas belə nəql edir: "Gecələrin birində Həzrət Əli (əleyhis-salam) axşamdan sübhə kimi mənə Quranın "Fatihə” surəsinin bismillahının təfsirini dedi, axırda buyurdu ki, bütün Quran "Fatihə” surəsində cəm olmuşdur, "Fatihə” surəsi isə onun "bismil-lahir-rəhmanir-rəhim” kəlməsində, o da bismil-lahın "bey” hərfinin nöqtəsində cəm olmuşdur, o da mənəm.”
Bey hərfinin nöqtəsi olmadıqda məna vermədiyi kimi, Həzrəti Əli (əleyhis-salam)-ın Allah tərəfindən haqq rəhbər (vəliyy) olmasına inanmayanların da imanı nöqtəsiz bey hərfi kimi naqisdir, Allah-Taala isə qiyamətdə naqis imanlıların əməllərini qəbul etməz.
Peyğəmbəri Əkrəm buyurmuşdur: "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır, hər kəs elm istəsə, gərək o qapıdan gəlsin.”
5-ci hicri əsrinin dahi ravilərindən olan "Firdovsil-əxbar” kitabının müəllifi Peyğəmbəri Əkrəmdən 300 min hədis eşidib əzbərləmişdir, məhz buna görə də "Seyyidül-hüffaz” (Hafizlərin ağası, seyyidi) ləqəbini almışdır. Zeydi firqəsindən olmasına baxmayaraq, etimadlı və düzdanışan adam olduğuna görə, onun nəql etdiyi hədis və rəvayətlər həm sünnü alimləri, həm də şiə alimləri tərəfindən səhih qəbul olunur. O, Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql etmişdir ki, həzrət Əliyə (əleyhis-salam) xitabən belə buyurmuşdur: "Ya Əli, əgər bir kəsin Həzrət Nuhun ömrü qədər ömrü olsa və bu müddət ərzində yaşayıb bütün gündüzlərini oruc tutsa, gecələrini sübhə kimi ibadətlə keçirsə, hər il bir dəfə piyada həccə getsə və "Ühüd” dağı qədərində qızılı olsa və o qızılları Allah yolunda paylasa və axırda "Səfa” və "Mərva” arasında məzlumcasına ölsə, amma sənin vilayətinə etiqadı olmasa, heç vaxt behiştin iyini iyləməyəcək.”
"Agah olun! Mən hər kəsin mövlası və rəhbəriyəmsə bu Əli də onun mövlası və rəhbərdir. İlahi, onu sevəni sən də sev, onunla düşmən olanla sən də düşmən ol, ona kömək edənə kömək et, onu xar etmək istəyənləri xar et. Hara getsə, haqqı hər yerdə onun mehvərində dövr etdir!”
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əli (əleyhis-salam)-ın İmamətini ilk dəfə, risalətin ilk çağlarında, öz yaxın adamlarını İslama də”vət etdiyi məclisdə aşkar buyurmuşdu:
"Bu, mənim qardaşım, məndən sonra canişinim və xəlifəmdir. Ona qulaq asıb əmrlərinə itaət edin.”
Amma... çox təəssüflü məsələ budur ki, böyük sünnü alimi olan Buxari öz "Səhih” kitabında Əhli-beyt hədislərinə istinad etmir, onları dəlil və şahid kimi gətirmir; çünki o, özü ilə müasir olan İmam Sadiq, İmam Kazim, İmam Cavad, İmam Hadi və İmam Həsən Əskəridən heç bir hədis nəql etməmişdir!
Bundan əlavə o, sair Əhli-beyt rəvayətçilərindən: Həsən ibni Həsən, Zeyd ibni Əli ibni Hüseyn, Yəhya ibni Zeyd, Məhəmməd ibni Əbdüllah ibni Həsən Nəfsi-Zəkiyyə və onun qardaşı İbrahim ibni Əbdüllah, Hüseyn ibni Əli, Şəhid Fəxx, Yəhya ibni Əbdüllah ibni Həsən və onun qardaşı İdris ibni Əbdüllah, Məhəmməd ibni Cəfər Sadiq, Məhəmməd ibni İbrahim Təbatəba və onun qardaşı Qasim Rəssi, Məhəmməd ibni Məhəmməd ibni Zeyd ibni Əli, Məhəmməd ibni Qasim ibni Əli ibni Ömər, Əşrəf ibni Zeynul Abidin (əleyhissalam) (o, Taliqanın hökmranı və Buxarinin müasiri idi, Buxarinin vəfatından altı il əvvəl (250-ci ildə) İraqda şəhid edilmişdi), Əhli-beyt xanədanının sair böyük şəxsiyyətlərindən: Əbdüllah ibni Həsən, Əli ibni Cəfər Ərizi, həmçinin Rəsuli Əkrəmin ümmət arasında olan sair varislərindən, hətta Peyğəmbərin reyhan gülü, o Həzrətin böyük nəvəsi və behişt cavanlarının sərvəri olan İmam Həsən (əleyhissalam)-dan da heç bir hədis nəql etməmişdir. Halbuki Əhli-beytin qəddar düşməni, xəvaricin təbliğatçısı olan İmran ibni Həttandan hədis rəvayət edərək ona istinad etmişdir.
Belə ki, o məlun, Əli (əleyhissalam)-ın qatili və böyük cinayətkar olan ibni Mülcəmi tərifləyərək deyir:
(Onun Əliyə vurduğu zərbə) necə qəribə bir zərbə idi!
ki, pərhizkar və təqvalı şəxs tərəfindən vurulmuşdu.
Allahın razılığından başqa heç bir məqsədi yox idi!
Mən hər gün onu (ibni Mülcəmi) yad edəndə görürəm ki,
Onun yaxşı əməli bütün insanların əməllərindən çoxdur.
Kəbənin Rəbbinə və peyğəmbərləri göndərən Allaha and olsun ki, mən bu yerə çatanda (yəni Buxarinin İmran kimi pozğun, xarici və Əmirəl-mömininin qatilini–İbni Mülcəmi tərifləyən bir adamdan hədis nəql edib, Əhli-beyt imamlarından isə heç bir rəvayət nəql etməməsini gördükdə) mat-məəttəl qaldım. Mən heç vaxt işin bu yerə çatacağını güman etməzdim!
Ha! Əliyyün bəşərün keyfə bəşər!
Rəbbuhu fihi təcəlla və zəhər!
Agah ol! Əli bəşərdir, özü də necə bəşər!
Rəbbi onda təcəlli etmiş, zahir olmuşdur.
İllətul kovni və lo lahu ləma
Kanə lil aləmi eynun və əsər
kainatın yaranma səbəbidir və əgər o olmasaydı,
Aləm üçün bir əsər-əlamət olmazdı.
Və ləhu ubdiə ma təqiluhu
Min uqulin və nufusin və suvər
Yalnız onun xatirinə sənin əqlin işlədiyi şeylər yaradılıb
Əql aləmi, nəfslər aləmi və surətlər aləmi
Fələkun fi fələkin fihi nucum
Sədəfun fi sədəfin fihi durər
Fələkdə bir fələkdir ki, onda ulduzlar var
Sədəfdə bir sədəfdir ki, onda dürrlər var
Ma rəma rəmyətən illa və kəfa
Ma ğəza ğəzvətən illa və zəfər
Elə bir ox atmadı ki, hədəfə dəyməsin və kifayət etməsin;
Elə bir döyüş olmadı ki, zəfər çalmasın.
Əğmədəs-seyfə məta qabələhu
Kullu mən cərrədə seyfən və şəhər
Qılıncını qınına qoydu onunla qarşılaşanda
Hər o kəs ki, qılıncını siyirib məşhur pəhləvan idi
Əsədullahi iza salə və sah,
Əbul-əytam, iza cadə və bərr
Allah şiridir–şir kimi həmlə edib düşməni parçalayanda
Yetimlər atasıdır–ehsan edib nəvaziş edəndə
Hubbuhu məbdəu xuldin və niəm
Buğzuhu məbdəu narin və səqər
Ona məhəbbət bəsləmək nemətlərin və əbədi cənnətin başlanğıcıdır
Ona kinə və ədavət bəsləmək cəhənnəm odunun və cəhənnəmin başlanğıcıdır.
Huvə fil kulli imamun li kull
Mən Əbu bəkrin və mən manə Ömər?
O, küllü aləmdə aləmlərin imamıdır,
Əbubəkr kimdir və Ömər kimdir?!
Leysə mən əznəbə yəvmən bi imamin
Keyfə mən əşrəkə dəhrən və kəfər?!
Hətta bir gün Allaha şərik qoşan kəs imam ola bilməz;
Onda bir ömür Allaha şərik qoşub kafir olanların halı necə olar?!
Kullu mən matə və ləm yərifhu
Movtuhu movtu himarin və bəqər
Hər kəs onun haqq imam olmasını dərk etmədən ölsə
İnək və ulaq ölümü kimi ölmüşdür.
Xəsmuhu əbğəzəhullahə və lov
Həmidəllahə və əsna və şəkər
Onun düşməni Allahı qəzəbləndirmişdir–hətta
Allaha həmd, səna və şükr etsə də belə.
Mən ləhu sahibətun kəz-Zəhra?
Əv səlilun, kəşəbirun və şəbər
kimin Zəhra kimi həyat yoldaşı ola bilər?!
Yaxud kimin Həsən və Hüseyn kimi iki oğlu ola bilər?!
Ənhu divanu ulumin və hikəm
Fihi tumari izazin və ibər
Ondan çoxlu elmlər divanı və hikmətlər gəlibdir
ki onda çoxlu xütbələr və mövizələr vardır.
Bu Turabin və kunuzil-aləm
İndəhu nəhvu sufalin və mədər
Əbu Turabdır (torpaq atası) və aləmin xəzinələri
Onun yanında
Və huvən-nuru və əmməş-şurəka
Kə zulamin və duxanin və şərər
O nurdur, amma ona (xilafətdə) şərik çıxanlar
Zülmətlər,tüstü və şər insanlardır.
Əyyuhəl xəsmu təzəkkər sənədən:
Mətnuhu səhhə bi nəssin və xəbər
Ey inadkar insan! Xatırla o sənədi ki,
Mətni aşkar xəbər və rəvayətlərlə təsdiqlənib
İz əta Əhmədu fi Xummi Qədirin
Bi Əliyyin və ələr-rəhli nəbər
O zaman ki, Əhməd Qədir-Xumda gətirdi-
Əlini və yəhərlərdən minbər düzəltdi,
Qalə mən kuntu ənə movlahu,
Fə Əliyyin ləhu movla və məfərr
Dedi: Mən hər kəsin mövlasıyamsa,
Əli də onun mövlası və pənahgahıdır.
Qəblə təyini vəzirin və vəsiyy
Həl təra fatə nəbiyyun və həcər?
Vəzir və canişin təyin etməzdən əvvəl,
Elə bir peyğəmbəri görmüsənmi ki, vəfat edib və hicrət etsin?!
Mən əta fihi nususin bi xususin,
Həl bi icmai əvamin yunkər?
Bir kəsin barəsində xüsusi aşkar dəlillər gələrsə,
Avam camaatın fikir birliyi ilə inkar oluna bilərmi?
Ayətullahi və həl yuchədu mən
Xəssəhullahu bi ayin və suvər?
O, Allahın ayəsi, nişanəsidir; və inkar oluna bilərmi
Allahın ayə və surələri ilə məxsus seçdiyi bir kəs?
Vuddəhu ovcəbə ma fil-Quran
Ovcəbəllahu ələyna və əmər
Ona məhəbbət bəsləməyi Quran ayələri vacib edib,
Ona məhəbbət bəsləməyi Allah bizə vacib və əmr edib.
Kitabın adı: Mərsiyə, şeir, xütbələr