» » » İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirraya gəlişi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirraya gəlişi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 11-04-2016, 12:30 | Baxılıb: 801
     

     İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirraya gəlişi

    Mütəvəkkilin göstərişinə əsasən, İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirraya gəlişi üçün tə’yin edilmiş gün, o Həzrət üçün hələ yer hazırlanmaması bəhanəsi ilə tə’xirə salınır və o Həzrət bir gecə "Xanus-səvalik” (kimsəsizlər karvansarası) adlanan bir yerdə qalmalı olur. Bu hərəkətdən məqsəd siyasi baxımdan bir növ İmamı zəhmətə salaraq təhqir etmək olmuşdur. Səhəri gün o Həzrət üçün bir ev tə’yin olunur. Bundan sonra İmam həmin evdə qalmağa başlayır. İmam Əliyyən-Nəqi (əleyhissəlam) bu şəhərdə zahirdə azad olsa da, əslində elə bil ki, həbsdə saxlanılırdı. Çünki o Həzrətin qaldığı yer, onun yanına gəlib-gedənlər və bütün işləri daima nəzarət altında idi.
    Məsihi həkimi və Bəxtişuyun şagirdi Yəzdad, İmam Əliyyən-Nəqi əleyhissəlamın güclə Samirraya gətirilməsinə işarə edərək deyir: "Əgər qeyb aləmindən xəbəri olan bir nəfər varsa, o da məhz odur (İmam Hadidir). Onu bura gətizdirməkdə məqsəd camaatın ona tərəf meyl etməsinin qarşısını almaqdır. Çünki onun olması ilə öz hakimiyyətlərini təhlükə altında görürdülər.”
    Mütəvəkkilin İmam Əliyyən-Nəqi əleyhissəlamın camaat arasında olan mə’nəvi nüfuzundan qorxmasını o Həzrətin qalması üçün tə’yin edilmiş yaşayış yerindən başa düşmək olar.  Mütəvəkkilin o Həzrəti bu qədər nəzarət altında saxlamasına baxmayaraq, yenə də onu öz hökuməti üçün ciddi bir təhlükə hesab edir və qorxurdu ki, İmamın dost və tərəfdarları onunla gizli əlaqə saxlayıb hökumət əleyhinə qiyam planı hazırlayaraq bu işi həyata keçirmək üçün pul və silah toplayıb camaatı da bu işə cəlb edərlər. Xəlifənin ərtafında olanlar da, bə’zi vaxtlar onu İmamın və dostlarının qiyam ehtimalından xəbərdar edirdilər. Buna görə də, Mütəvəkkil vaxtaşırı İmamın evini yoxlatdırır, axtarış aparanların hər dəfə əliboş qayıtmalarına baxmayaraq, Mütəvəkkil yenə də nigaran idi və qorxu içərisində yaşayırdı. İndi gəlin həmin məqamlardan birini nəzərdən keçirək.

    Şərab məclisi bir-birinə dəyir

    Bir dəfə yenə İmam Əliyyən-Nəqi əleyhissəlamdan Mütəvəkkilə yalandan şikayət edərək deyirlər ki, o, evində qiyam qaldırmaq məqsədi ilə Qum şəhərinin şiələrinin göndərdikləri silah, məktub və başqa əşyalar saxlayır. Mütəvəkkil o Həzrətin evini yoxlamaq üçün bir neçə nəfəri axtarış üçün oraya göndərir. Onlar gecə vaxtı İmamın evinə hücum çəkib evi axtarsalar da, bir şey tapa bilmirlər. İmamın isə qapısı bağlı bir otaqda yun paltar geyib boş torpaq üzərində oturub Allaha ibadət etməsini, Qur’an oxumasını görürlər. İmamı elə həmin vəziyyətdə Mütəvəkkilin yanına gətirib deyirlər: "Onun evindən heç nə tapa bilməyib özünü isə üzü qibləyə oturub Qur’an oxuyan gördük.” Mütəvəkkil İmamı görcək o Həzrətin əzəmət və heybətindən özünü itirib ixtiyarsız olaraq o Həzrətə qarşı hörmətlə rəftar etməyə başlayır və onu öz yanında otuzdurur. Şərab dolu piyaləni İmama uzatdıqda, o Həzrət buyurur ki, mənim ətim və qanım buna qatışmamışdır, məni üzürlü say. Mütəvəkkil piyaləni geri çəkib dedi: "Onda bir şe’r de!” İmam buyurdu: "Mən çox az şe’r bilirəm.” Mütəvəkkil dedi: "Mütləq bir şe’r oxumalısan”. İmam Əliyyən-Nəqi (əleyhissəlam) çarəsiz qalıb aşağıdakı məzmunda bir şe’r oxudu: "Qüdrətli kişilər (zalım hakimləri) qoruduğu halda, onlar yüksək dağ qüllələrində gecələri sübhə qatıblar, lakin o qüllələr onları (ölümdən) qurtara bilmədi. Onlar bir müddət yüksək vəzifədə qaldıqdan sonra nəhayət, yerləri qəbirlər oldu. Nə pis mənzil tutdular! Torpağa basdırıldıqdan sonra bir nida gəldi ki, hanı o taxtlar, hanı o taclar, hanı o xələtlər? Hanı naz-ne’mət içində olmuş, hörmət əlaməti olaraq otaqlarına pərdələr çəkilmiş simalar? Qəbir onların əvəzinə cavab verər ki, indi qurd-quş həmin simaları didib-dağıtmaq üstə bir-birini qırır. Onlar dünyada uzun müddət yeyib-içdilər, ancaq bu qədər yeyib-içmələrinə baxmayaraq indi özləri qurd-quşa yem olmuşlar. Onlar özlərinə təm-təraqlı evlər tikib ölümdən uzaq olmaq istəyirdilər, ancaq bir müddət keçdikdən sonra həmin evləri ailələri ilə birlikdə tərk edib qəbir evinə gedəsi oldular. Çoxlu mal-dövlət toplamışdılar, ancaq onlardan ayrılıb hamısını düşmənləri üçün saxladılar. Onlar abad ev-eşikləri, sarayları xarabalıqlara çevirərək zülmət qəbirlərə getdilər.”
    İmam Əliyyən-Nəqi əleyhissəlamın bu sözünün tə’sirindən Mütəvəkkil elə ağlayır ki, saqqalı tamamilə islanır. Məclisdə oturanlar da ağlayırlar. Mütəvəkkil əmr edir ki, içki (şərab) məclisini yığışdırsınlar. İmama isə dörd min dirhəm pul verərək hörmətlə evinə qaytarır.
     
     
    Kitabın adı: İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı

     
     
    Bölmə: Əhli Beyt / İmam Əliyyən Nəqi (ə)
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.