Həzrəti Zeynəbin (s.ə) yüksək məqamı
İmam Cavad (əleyhis-salam)-ın qızı Həkimədən itaətləri vacib olan şəxslər barəsində soruşum o, İmamları (əleyhis-salam) bir-bir mənə saydı, nəhayət Höccətibnil-Həsənə çatdı, onun da adını çəkdi. Ondan soruşdum ki, on ikinci İmam haradadır. Cavab verdi ki, qeyb aləmindədir.
Soruşdum: –Bəs onda şiələr kimə pənah aparsın?
Dedi: –Onun nənəsinə, İmam Həsən Əsgərinin anasına.
Dedim: –Mənə əmr edirsən ki, bir arvadı öz yerinə canişin qoyan bir adamı özümə İmam seçim?
Dedi: –Bu, İmam Hüseyn (əleyhis-salam)a iqtida etməkdir, zahirdə bacısı Zeynəbə vəsiyyə etdi. İmam Səccad (əleyhis-salam)-ın elmlərindən çıxan hər bir şey Zeynəb (əleyha-salam)-ın dilindən idi, beləliklə İmamət işi gizli qaldı
Elə bu dəqiq məsələyə görə də izzət və din yolunun şəhidi öz bacısını özü ilə yanaşı apardı, çünki, o həzrət bilirdi ki, onun müqəddəs hədəfləri öz şəhadəti ilə, Bəni Üməyyənin səltənət hiyləsi ilə başqa cür olacaq; və əgər bacısının kəskin nitqləri olmasa, o şəhadətin həqiqəti məsx olunacaq (tərsinə cilvələndiriləcək), xüsusilə də Peyğəmbər ailəsi qılıncların, nizələrin mühasirəsində olan ağır vəziyyətdə Həzrət Zeynəb (əleyha-salam) qılıncdan da kəsərli olan bir nitq ilə İbn Ziyadın, Yezidin cinayətləri üstündən pərdələri götürdü.
Etdi əvvəl başda möhkəm məcərin Zəhra qızı
Ay kimi gün surətin əfraddan pünhan eylədi
kufədə Zəhra qızı məhşər nümayan eylədi
Başladı bir xütbə dərsi xəlqi heyran eylədi
***
Dur nisar etsin həyanın ba ədəb gənzinəsin
Başlıyıb bir xütbə qəlbinin ayinəsin
Ali süfyanın o dəm tətil olub kabinəsi
Həqqü-həqqaniyyətin dünyaya elan eylədi
***
Gördü Kufə izdihamın Zeynəbi bala məqam
Səslənibdi "üskütu” aya nədir bu izdiham?
Qət olub səslər, düşüb qorxu ürəklərdə təmam
Heydəri Kərrarı guya əzmi meydan eylədi
***
Bir şücaət göstərib ol dəmdə düxti Bu turab
Kufənin vəz”in dəyişdi Zeynəbi Ülya cənab
Dəydi Kufə bir-birə başlandı şurü-inqilab
Bu vəziyyət ali Süfyanı pəşiman eylədi
***
Kufədə zahir olubdu sövləti Şiri Xuda
Bir-birə söylüb gəlib yoxsa Əliyyəl Mürtəza?
Kimdi bu məhmildə salmış aləmə şuri nəva
Nitq ilə bünyani zülmü beylə viran eylədi
***
Nuru zülmətdə görən söylüb gündüzdü şəbdi bu?
Bu şücaətdə əsir olmaz əcəb mətləbdi bu!
Vazeh oldu xəlqə ta Zəhra qızı Zeynəbdi bu
Eşqini təsdiqi əhli kovni imkan eylədi
***
Zeynəbi ki dərsi eşqi Mürtəzadən məşq ala
Bir vücudi ki, onu başdan ayağə eşq ala
Kim şəhamət istəsə ondan gərək sərməşq ala
Kim deyər eşqində Zeynəb zərrə nöqsan eylədi?!
***
İstədi qoftar ilə şəxsiyyətin versin nişan
Gülşəni Zəhradə söylüb bir güləm ənbər fişan
Zeynəbəm cəddim Peyambər kimdə var bu şən coşa
Xarici ad qoydu, qövmi ümmə ünvan eylədi
***
Din yolunda dəstgirəm xoşdu xuni dil yeyəm
Əynimə rəxti əsarət dinim əmr eylib geyəm
Naqə üstə sizlərə hər yerdə dərsi din deyəm
Çün mənə bu hökmü-şər”i Həyyi Rəhman eylədi
***
Gövhərəm gəncineyi ismətdə mən Zəhra rəviş
Eyliyib Zəhra məni bu gündən ötrü pərvəriş
Eyliyəm isbati həqq ey kufiyani bədməniş
Hansı bir millət İmamın qanə qəltan eylədi?
***
Ol kəsik baş ki, görürsüz şahi ətşan başıdır
Müstəfa dilbəndi Zəhra cisminə can başıdır
Heykəli tövhididir mənayi Quran başıdır
Əsdi Quran üstə məzlum əhli Quran eylədi