Vəfat
Mədinəyə daxil olduqdan sonra əzəmətli Zeynəb günəşinin şüası bir ildən artıq davam gətirmədi. Həmin Hüseynsiz bir illik həyat Zeynəb üçün çətin oldu. Həmin Zeynəb ki, uşaqlığından cavanlığa və cavanlıqdan imam Hüseynin şəhadətinə qədər olan ömrünü onunla idi və ona məhəbbət bəsləyirdi. Əgər xanım Zeynəbin uca məqamlı səbr və təslimi olmasaydı, kifayət idi ki, imam Hüseyn (ə)-dan sonra Kərbəla və Aşura xatirələrinin hər birini xatırlayıb təzələməklə can tapşırıb, dünya yaşayışı ilə vidalaşaydı. Amma o, Allahın layiqli bəndəsidir. O, Allaha bəndəliyini müxtəlif sahələrdə göstərərək «Fəsbir səbrən cəmilən» "Gözəl səbr et” fərmanına cavab verdi və qardaşı Hüseyn (ə) kimi, "gözəl səbr” surətini bəşəriyyət tarixinin səhifələrinə həkk etdirdi.
Belə uca bir ruhla və bu növ əzəmətli həyatdan sonra haqqın tükənməz rəhmətinə və pak ailəsinə qovuşmaqla yaxşı yaşamaq, Allaha itaət, iffət, isar, fədakarlıq, əhdə vəfa və Allah yolunda səbr və dözüm dərsini hamıya göstərdi.
Dünyaya göz açdığı, dünyadan köçdüyü və pak əcdadı ilə fəxrlə qəbrdən qalxacağı zaman salam olsun ona!
Təfəkkür və tədbir
Zeynəbin mühüm xüsusiyyətlərindən biri onun elmi və savadıdır ki, bunun dərinliklərini onun çıxış və nitqlərində görmək olur. necə ki, imam Səccad (ə) Kufə bazarında Zeynəbin bu xüsusiyyəti ilə iftixar etdi və buyurdu:
«Ənti bihəmdillahi alimətun ğeyru muəllimətun və fəhimətun ğeyru mufəhhəmətun».
"Allaha şükr olsun ki, sən təlim olunmamış alim və öyrədilməmiş müdriksən”.
Zeynəb bütün mərhələlərdə öz vəzifəsi ilə tanış idi. Sükut edilməli yerdə sükut, fəryad edilməli yerdə fəryad və canfəşanlıq edilməli yerdə canfəşanlıq edirdi. Əhli-beyt karvanını idarə etməkdə isə tədbiri çox heyrətamiz idi. Qadının şəfqət və hissiyatlarla dolu olmasına baxmayaraq, heç vaxt bu hissiyat Zeynəbin düşüncə və tədbirinə qalib olmadı, onu öz ilahi vəzifəsindən qafil etmədi. O, ən qorxulu səhnələrdə düşüncə ilə davrandı və buna görə də "Əqileye bəni haşim” yəni, bu xanədanın bilikli qadını adı ilə tanındı.
Həzrət Zeynəbin (s.ə) həyatı
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi