![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Həzrəti İbrahimin (ə) yaşı təqribən səksəni keçmişdi. Amma həyat yoldaşı Sara xanımla illərlə birlikdə yaşamalarına baxmayaraq onların uşaqları yox idi. Sara xanım öz kənizi olan Hacər xanımı İbrahimə bağışladı. Az müddətdən sonra həzrət İsmail həyat aləminə qədəm qoydu.
Hadisənin zahiri budur ki, Sara xanımın uşağı olmadığına görə Hacər xanıma qarşı həsəd edirdi. Nəhayət İbrahimdən(ə) bu qadını onun gözündən uzaqlaşdırmasını istədi. Həzrət İbrahimə(ə) vəhy olundu: Onları aparıb Allah-taalanın əmin-amanlıq hərəmində sakin et.
İbrahim (ə) ana-bala ilə birlikdə bir az azuqə götürüb Məkkə şəhərinə tərəf yola düşmək üçün İordaniya çayının kənarı ilə hərəkət etməyə başladı. Onları Kəbə evinin kənarında məskunlaşdırıb, özü qayıtmaq istədi. Hacər xanım südəmər uşaqla dağların arasında tək qalmalı olduğunu anlayan kimi İbrahimdən soruşdu: Bəs bizi kimə tapşırırsan? Həzrət İbrahim buyurdu: Bu evin Allahına. Sonra belə dua etdi:
"Ey Rəbbimiz, həqiqətən mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin hörmətli və toxunulmaz evinin yanında əkinsiz bir yerdə sakin etdim ki,-ey Rəbbimiz-namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükr etsinlər." (İbrahim surəsi, ayə 37)
Əziz oxucular, indi isə həmin hadisədən təxminən dörd min il keçib, lakin İbrahim əleyhissalamın duasının bərəkəti ilə hər il Qurban bayramı münasibəti ilə üç milyon nəfərdən artıq müsəlman Kəbə evinin kənarında Allah-taalaya ibadət edib, bəndəliklərini sübut etmək üçün səcdə edirlər.
Kitabın adı: Oruc
Müəllif: Seyyid Kazım Pərpənçi
Redaktor: Mir Cəfər Əyyubzadə
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |