194. Məstlik
946. Hər məstedici haramdır
3048. Allahın Peyğəmbəri (s):«Hər bir məstedici haramdır.»
3049. İmam Baqir (ə):«Çoxu məstlik gətirən hər şeyin azı da haramdır.»
947. Məstedicilərin növləri
3050. Allahın Peyğəmbəri (s):«Ey Məsudun oğlu! Günahın məstliyindən çəkin. Çünki günahın məstliyi şərabın məstliyi kimi, əslində ondan da şiddətlidir. Allah-taala buyurur:«Kar, lal və kordurlar. Buna görə, onlar qayıtmayacaqlar.»
3051. İmam Əli (ə):«Məstlik dörd növdür: şərabın məstliyi, var-dövlətin məstliyi, yuxunun məstliyi və hakimiyyətin məstliyi.»
3052. İmam Əli (ə):«Aqil insan var-dövlətin, qüdrətin tərifin, və gəncliyin məstliyindən çəkinməyə layiqdir. Çünki bu məstliklərin hər birinin əqli zəiflədən və vüqarı aparan çirkin küləkləri var.»
3053. İmam Əli (ə):«Qəflət və qürurun məstliyi başdan, şərabın məstliyindən geç çəkilib gedər.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild