191. Xoşbəxtlik
935. Xoşbəxt
3009. Allahın Peyğəmbəri (s) (Əmirəl-mömininə (ə) xitabən): «Əsil xoşbəxt, səni sevən və sənə itaət edən şəxsdir.»
3010. İmam Əli (ə):«Xoşbəxt insan Allaha ixlasla itaət edəndir.»
3011. İmam Sadiq (ə):«Alim olmayan xoşbəxt sayılmağa layiq deyil.»
936. Xoşbəxtlik gətirən amillər
3012. İmam Əli (ə):«Elminizə əməl edin ki, xoşbəxt olasınız.»
3013. İmam Əli (ə):«Alimlərlə oturub dur ki, xoşbəxt olasan.»
3014. İmam Əli (ə):«Xoşbəxtlik haqqa bağlılıqdadır.»
3015. İmam Əli (ə):«Öz nəfsinin hesabatını aparan xoşbəxt olar.»
3016. İmam Əli (ə):«Kim öz nəfsini islah etmək naminə onu əziyyətə salarsa, xoşbəxt olar. Amma kim öz nəfsini ləzzətlərə tapşırarsa, bədbəxt olar və Allahın dərgahından qovular.»
937. Xoşbəxtlik sayılan şey
3017. Allahın Peyğəmbəri (s):«Dörd şey kişinin xoşbəxtliyidir: ləyaqətli yoldaşlar, əməlisaleh övlad, uyğun olan zövcə və iş yerinin öz şəhərində olması.»
3018. İmam Əli (ə):«Qəlbdə kin və paxıllığın olmaması bəndənin xoşbəxtliyidir.»
3019. İmam Əli (ə):«Xeyir işlər görməyə nail olmaq xoşbəxtlikdir.»
938. Həqiqi xoşbəxtlik
3020. İmam Əli (ə):«Həqiqi xoşbəxtlik insanın işinin xoşbəxtliklə sonuclanmasıdır. Həqiqi bədbəxtlik isə insanın işinin bədbəxtliklə nəticələnməsidir.»
3021. İmam Əli (ə):«Əməllər pak olan Allaha ərz edilən zaman həqiqi xoşbəxt əsl bədbəxtdən ayrılar.»
939. Ən xoşbəxt insan
3022. Allahın Peyğəmbəri (s):«Ən xoşbəxt insan böyük insanlarla yoldaşlıq edəndir.»
3023. İmam Əli (ə):«Ən xoşbəxt insan ötəri ləzzəti, əbədi ləzzətə görə tərk edəndir.»
3024. İmam Əli (ə):«Dünyada ən xoşbəxt insan, özünə ziyan bildiyi şeydən çəkinən və ən bədbəxt insansa öz nəfsinin istəklərinə tabe olandır.»
3025. İmam Əli (ə):«Ən xoşbəxt insan bizim fəzilət və məqamımızı tanıyan, bizim vasitəmizlə Allaha yaxınlaşan, bizə məhəbbətdə səmimi və ixlaslı olan, dediklərimizə əməl edən və qadağan etdiyimizi tərk edəndir. Belə insan bizdəndir və əbədiyyət sarayında (Cənnətdə) bizimlədir.»
3026. İmam Əli (ə):«Ən xoşbəxt insan, hamıdan təqvalı olandır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild