Kumeyl ibni Ziyad İmam Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın ən yaxşı və ona vurğun arxadaşlarından biri idi. O deyir: Bir gün Əmirəl-mö`minin əlimi tutdu və məni Kufə qəbristanlığına tərəf apardı. Səhraya yetişəndən sonra çox qəmli və dərdli bir ah çəkib və buyurdu:
«Ey Kumeyl ibni Ziyad! Bu ürəklər elə qablardır ki, onların ən yaxşısı daha geniş və böyük olandır. Buna görə nə deyirəmsə, onu yadda saxla və ürəyinə tapşır...»
«Ey Kumeyl! Camaat üç növdür:
1-Rəbbani alimlər vəyaxşı əməl sahibləri
2-O bilik axtaranlar ki, nicat əldə etmək yolundadırlar.
3-Balaca milçəklər, gücsüzlər və iradəsizlər ki, qəzəb dalınca gedirlər və hər küləklə yellənirlər. Bu qrup elm və bilik nurundan faydalanmırlar və möhkəm sütuna pənah aparmırlar. Ey Kumeyl! Elm maldan yaxşıdır, çünki elm səni qoruyur, amma malı sən saxlayırsan. Mal paylamaqla azalır, amma elm nəşr və paylamaqla daha da artır...
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)