» » Fatimə (s.ə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Fatimə (s.ə)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 30-03-2016, 13:30 | Baxılıb: 765

    Fatimə (s.ə)

    Fatimə Həzrət Peyğəmbərin (s) dördüncü və ən kiçik qızı idi.  Bu ailədə oğlan övladı qalmamışdı və həmin dövrdə atanın nüfuzu oğlan övladı ilə müəyyənləşirdi.

    Artıq ərəb qəbilələrində qadınların hökmranlıq dövrü başa çatmış, rəhbərlik kişilərin ixtiyarına keçmişdir. Bütpərəstlikdə tanrılar kişi, mələklər, eləcə də bütlər isə qadın hesab olunurdu. Qəbiləyə ağsaqqal başçılıq edirdi. Ailənin böyüyü baba hesab olunurdu. İstər qəbilə, istərsə də ailənin dini kimi atadan miras qalmış məzhəb qəbul edilirdi. Ona görə də hərə öz tanrısının müdafiəsinə qalxaraq, Qur`ani-kərimin təqdim etdiyi vahid Allaha qarşı çıxırdı.

    Qəbilələr arasındakı tez-tez təsadüf olunan çarpışmalar oğlan övladının nüfuzunu artırırdı. Qəbilə uğrunda vuruşmaq hüququndan məhrum olan qadın elə bu səbəbdən də çox zəif ictimai nüfuza malik idi. Bir sözlə, qadın kişinin mülkü, ərin oyuncağı, evin nökəri idi. Ailənin şərəf və namusunu qorumaq üçün körpə qızcığazı diri-diri torpağa basdırmaq cahil ərəbin ən "uğurlu” tapıntısı idi. Firdovsi bu vəhşiliyə işarə ilə deyir:

    Qadın və əjdaha gömülsə yaxşı,

    Bu dünya onlarsız görünsə yaxşı...

    Başqa bir ərəb şairindən belə bir bənd qalıb: 

    Yaşatmaq istəsə ata qızını,

    Üç yeznəyə tutsun ağlar üzünü.

    Ya qaranlıq, ya bəxtəbəxt ər,

    Yaxşısı, torpaqda görsün izini.

    Bəli, məhz bu səbəblərdən Qur`ani-Kərim bütün bu gerçəklikləri "vəhşilik” adlandırır:

    "Onlar birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib, üzü qapqara qaralar; verilən müjdənin "pisliyi” üzündən öz tayfasından qaçıb gizlənər. Görəsən, o körpəni zillət içində saxlayacaq, ya torpağa basdıracaq? Bir görün, onlar necə pis mühakimə yürüdürlər!”.

    Müasir İslam publisisti doktor Aişə Əbdürrəhman yazır: ”Bu faciənin əsasını iqtisadi amillər təşkil edir. Ərəblərdə kasıblıq qorxusu vardı”. Bu gün də əksər sosioloqlar iddia edirlər ki, qadına uyğun münasibəti doğuran qəbilənin nüfuzunun itirilməsi qorxusu olub. Qəbilələr arası savaşlarda əsir düşən qadınlar kəniz olur, biganələrə ərə verilirdilər. Qeys ibn Asimin tə`birincə, "qadın başsız, əl-ayaqsız biri ilə izdivac edə bilərdi”. Bütün bu amillərin əsasını iqtisadiyyat təşkil edir. Çünki əsasən əl əməyindən faydalanan ictimai quruluşlarda kişi qadından daha qiymətlidir. Kişi nə vaxtsa qəbilə başçısı da ola bilər, amma qadın üçün belə bir ehtimal yoxdur.

    Bəli, qadının ictimai nüfuzunu sıfıra endirən ən önəmli amil iqtisadi amildir. Ata ölür. Yalnız oğul varis ola bilər. Atanın bütün arvadları, hətta oğulun öz anası ona irsən çatır. Qız isə irsdən məhrum idi. Çünki o başqa bir qəbiləyə ərə getməklə malik olduğu mülkiyyəti də apara bilərdi. Diqqət edin, bu gün həmin adətlərin qalıqları yaşayır. Bə`zi nəsillər başqa nəsilə qız verməz, oğullarını başqa nəsildən evləndirməz. Əmiqızı əmioğluya verilir, vəssalam!

    Vəhşiliyə baxın: qızları öz tanrılarına qurban verən qəbilələr olub. "İsra” surəsinin 31-ci ayəsində oxuyuruq: "Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır”.

    Düşünürəm ki, Qur`an bu dəhşətli faciənin səbəbini önə çəkir. Daha sonra bəyan olunur ki, bu - əxlaqsız və şərəfsiz bir işdir. Hansı ki, bu şərəfsiz iş ona daha çox əməl edən kasıb təbəqə arasında qeyrət və mərdlik kimi yozulurdu. Ərəb cəmiyyətində yalnız və yalnız oğlan övladları dəyərli hesab olunurdu. Çünki oğlan sərvət qazanır, ailəyə arxa durur, döyüşlərdə iştirak edir, nəsil xəttini davam etdirirdi. Qız isə daim müdafiə olunmalı, büdcədən istifadə etməli idi. Qızı, toyuğun uzağa gedə bilməməsi üçün onun ayağına bağlanan daşa bənzədirdilər. Bir sözlə, qız övladı ailə üçün ağır bir yük hesab olunurdu. Bu ağır yük nə zamansa biganə bir kişiyə arvad olur və öz nəslindən qırılırdı. Demək, bir yol qalırdı: onu bələkdəcə ölümün ağuşuna vermək, yenicə dünyaya göz açmış insanı gora tapşırmaq!

    O zaman oğulu olmayan kişini "əbtər”, yə`ni "sonsuz” adlandırırdılar. Kafirlər həzrət Peyğəmbərə də "əbtər” deməkdən çəkinmirdilər.

    Belə vəhşi mühitlərdə qeyb pərdəsi arxasından uzanan əl inqilabi bir titrəyişlə cəhaləti aradan qaldırır. İki layiqli şəxs - ata və qız seçilir. Bu ağır yükü Məhəmməd (s) çəkməli olur, yeni dəyəri isə həzrət Fatimə (ə) özündə nümayiş etdirir.

     


    Necə?


    Ərəblərin ən böyük qəbiləsi olan Qüreyş malik olduğu bütün iftixarı iki ailəyə - Bəni-Üməyyə və Bəni-Haşimə tapşırmışdır. Bəni-Üməyyə sərvəti, Bəni-Haşim isə ədəb və ləyaqəti ilə seçilir. Ona görə də müqəddəs Kə`bəyə bu ailə və Qüreyş şeyxi Əbdülmüttəlib xidmət göstərirdi.

    Əbdülmüttəlib vəfat edir. Onun oğlu, Bəni-Haşim başçısı Əbu Talibdə həmin qüdrət yoxdur. O, o qədər kasıbdır ki, övladlarını qonşular himayəyə götürmüşdülər. İki ailə arasında mübarizə gedir və Bəni-Üməyyə Qüreyşin bütün imtiyazlarına sahib çıxmaq istəyir. Bəni-Haşimdə heysiyyətini qorumuş yeganə ailə Məhəmmədin ailəsidir. Əbdülmüttəlibin  nəvəsi olan Məhəmməd varlı, dul Məkkə xanımı Xədicə ilə ailə qurmaqla öz ictimai mövqelərini daha da möhkəmləndirmişdi. Artıq Məhəmməd öz əmanətdarlıq və e`tibarı ilə bütün Qüreyşin diqqətini özünə cəlb etmişdi. Kimsədə şübhə yoxdur ki, Məhəmməd Əbdülmənafın güzgüsü və Bəni-Haşimin şərəf mühafizi və Əbdülmüttəlibin heysiyyətinin keşikçisi olacaqdır. Pəhləvan cüssəli Həmzə, e`tibarsız Əbu Ləhəb, pullu və şəxsiyyətsiz Abbas, eləcə də şəxsiyyətli və pulsuz Əbu Talib namizədliyə yaramırdı. Yeganə namizəd nüfuzlu, sərvətli olan - Məhəmməd Bəni-Haşim xətti ilə - Kə`bəyə rəislik edə bilərdi.

    İndi hamı intizar içində gözləyir ki, Məhəmməd ailəsində doğulacaq oğlan məs`uliyyətli işdə davamçı olacaq. Birinci övlad Zeynəb və bütün ümidlər puça çıxır. İkinci övlad Rüqəyyə, üçüncü Ümm-Gülsüm! Yenə də intizar! Üç qızın ardınca Qasım və Əbdullahın doğulması böyük sevincə səbəb olsa da, bu körpələr çox yaşamır. Artıq ana qocalır. Artıq onun yaşı altmışı ötmüşdür. Görən, ömrü sona yaxınlaşan Xədicənin yenə də övladı olacaqmı?

    Bəli, intizar son nöqtəsinə çatır. Son ümid, son övlad... amma yenə də qız! Adını Fatimə qoydular.

    Sanki şadlıq hissi Bəni-Haşimdən Bəni-Üməyyəyə keçir. Düşmən kama çatdığını zənn edir. "Məhəmməd əbtər olub” - deyə qışqırır.

    Qadir Allah! Taleh yeni və gözəl bir gediş edir. Məhəmməd tufanlardan keçib, peyğəmbər olur. Məkkə, eləcə də Qüreyş fəth olunur. Onun risaləti bütün yarımadanı bürüyür. Qılıncı dünya imperatorlarını tə`zimə gətirir. Onun bir əlində qüvvə, o biri əlində peyğəmbərlik!

    Bunlar Bəni-Üməyyə, Bəni-Haşim təsəvvürünə sığası deyil. O, artıq peyğəmbərdir. Onun Mədinədəki müvəffəqiyyətini təsəvvür etmək çətin deyil. O, Əbdülmənaf, Haşim, Əbdülmüttəlibdən cücərmiş ağac yox, Həra dağında nurdan yaranmış varlıqdır. O, tarixi sonadək bürüyəcək bir ağuşdur!

    Və bu insanın dörd qızı var. Bu qızlardan üçü hələ onun özündən qabaq dünyasını dəyişir. İndi onun yalnız bir övladı var, Fatimə!

    Ailənin bütün fəxrinin, vəhyinin varisidir. O, imandan, mübarizədən, düşüncədən yaranmış dəyərli bir ruhdur. O, bəşər tarixinin Əbdülmüttəlib soyunun yox, həzrət İbrahimin, Nuhun, Musanın, İsanın yeganə varisidir.

    "Həqiqətən, biz sənə Kövsər bəxş etdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Düşməninin özü əbtər, sonsuzdur!” ("Kövsər” surəsi).

    Düşmən özü sonsuzdur! Onun on oğlu var, amma sonsuzdur. Sənə isə Kövsəri - Fatiməni verdik. İnqilab zamanın ənginliyindən ucalır!

    Bir qız ata dəyərlərinə, ailə iftixarına varis olur. Adəmdən başlayıb İbrahimə çatan, İsa və Musanı özünə qoşan, Məhəmmədə yetişən ilahi ədalət zəncirinin son halqası Fatimədir!

    Oğul gözləyən ailənin son qızı! Məhəmməd talehin, qəzavü-qədərin hikmətini anlayır. Fatimə də öz kimliyini bilir. Bəli, bu məktəbin inqilabı belə olur. Bu məzhəbdə qadını belə azad edirlər.

    Allah-təala İbrahimə buyurur: "Mənim binamı bu qadının hərəminə yaxın et”. İndi isə milyonlarla ziyarətçi Allahın Kə`bəsi ilə birgə Hacər məqbərəsini də təvaf edirlər.

    İbrahimin Allahı bu böyük ümmət içindən özünə əsgər olaraq bir qadını seçir, kəniz olan bir ananı!

    Bəli, bu dində qadın belə azad olur!

    İndi isə həmin Allah Fatiməni seçmişdir. Peyğəmbər ailəsinin iftixarlarına sahib qız oğulun canişinlik taxtına oturur. Bir cəmiyyətdə ki, qız, yalnız diri-diri basdırılmaqla paklanır. Bir cəmiyyətdə ki, qızlar üçün ən ləyaqətli ər gordur. Fatimə günəş tək parlayır. Peyğəmbər (s) bu gedişatı anlayır, Fatimə isə kim olduğunu bilirdi.

    Tarix Məhəmmədin (s) öz kiçik qızı Fatimə ilə rəftarından heyrətə gəlib.

    Fatimənin otağı  Həzrət Məhəmmədin (s) otağı ilə qonşudur. Fatimə öz əri ilə Peyğəmbər məscidində bir dam altda yaşayan yeganə kəsdir. Bu iki evi iki metrlik bir aralıq ayırır və pəncərələr üzbəüzdür. Pəncərələr evdən evə yol kimidir. Hər sübh ata bacanı açıb qızını salamlayır. Səfərə gedəndə Fatimənin qapısını döyür, onunla xudahafizləşir. Fatimə onu yola salan son şəxs olur. Peyğəmbər (s) səfərdən qayıtdığı vaxt ilk soraq tutduğu da Fatimədir. Fatimənin qapısını döyür, əhvalını soruşur. Rəvayətə görə Peyğəmbər (s) Fatimənin əllərini öpərmiş. Əlbəttə, bu səhnələr böyük bir məhəbbətdən soraq verir. Qadına vəhşi münasibətin hakimlik etdiyi bir dövrdə ata öz qızının əllərini öpür! Bu, qeyri-insani mühitə vurulan inqilabi bir zərbədir! Hətta yaxın dostları təəccübləndirən bu iş bir daha bəşəriyyətə mesaj göndərir ki, çirkin adət-ən`ənələrdən qurtulmaq lazımdır.  Bu ilahi dərslər kişiləri fir`onçuluqdan əl çəkməyə, qadınları öz şəxsiyyətlərini dəyərləndirməyə çağırır.

    Peyğəmbərin (s) Fatiməyə münasibəti sadəcə sevgi deyil. Həzrət Peyğəmbərin çiyinlərində risalət yükü var. O, buyurur:

    - dünyanın ən üstün qadını dörddür: Məryəm, Asiya, Xədicə və Fatimə;

    - Allah onun sevincindən razı qalır, əziyyətindən qəzəblənir;

    - Fatimənin sevinci mənim sevincimdir, onun qəmi mənim qəmimdir. Qızım Fatiməni sevən məni sevir. Fatiməni sevindirən məni sevindirir, Fatiməni qəzəbləndirən məni qəzəbləndirir;

    - Fatimə mənim bədənimin parasıdır, onu incidən məni incidir...

    Bu qədər təkrarın səbəbi nə? Nə üçün Peyğəmbər (s) bir bu qədər israr edir? Nə üçün öz məhəbbətini bütün xalqa izhar edir?

    Bu kövrək suallara tarix cavab verir. Atasının ölümündən sonrakı bir neçə aylıq Fatimə ömrü uyğun sevginin sirlərini açır.

     

     

    Kitabın adı: Fatimə Fatimədir

    Müəllif: Doktor Əli Şəriəti

     

         


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.