Bir gün bir nəfər Rəsuli- Əkrəm (s)-ın yanına gəlib dedi:
- Ya Rəsuləllah! Mənim iki qəlbim var. Bir qəlbim sənə itaət etməyi, digər qəlbim isə sənə itaət etməməyi əmr edir.
Peygəmbər (s) buyurdu:
- İstəyirsənsə sənə elə bir şey öyrədim ki, əgər onu desən bu hal səndə çəkilib gedər.
Həmin şəxs dedi:
- Bəli, ey Allahın Rəsulu, istəyirəm, öyrət.
Peygəmbər (s) buyurdu ki, bele de:
- "Allahummə əntər-Rəbbu və əntə Allahu və əntə ər-Rəhmanu və əntə ər-Rəhimu və əstəinukə əla əduvvi fəhbishu ənni”
(Tərcüməsi: Allahım! Sən Rəbbsən, Sən Allahsan, Sən Bağışlayansan, sən Rəhimlisən. Səndən düşmənimə qalib gəlmək üçün yardım istəyirəm. Onu məndən uzaqlaşdır!).
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.