Zəhraya (s.ə) tərəf
+5
Müəllif:
Yusifi Zehra | 30-03-2016, 16:45 | Baxılıb: 1 013
Zəhraya (s.ə) tərəf
Açıldı dərgəhi-eşqdən qapı dünyayə tərəf,
Gedə möminə xanım sidqilə Zəhrayə tərəf.
*********************************
Xilqətin qayəsi etmiş onu aləmdə Xuda,
Səcdə qıldı mələkut Ümmi-Əbihayə tərəf.
*********************************
Qıldı Cibrilə Xuda ərz, yaranış aləmini,
Nəzdi Zəhradə əbiha və bəliha və bənihayə tərəf.
***********************************
Gözlər acizdi onu gövni-məkanində görə,
Çün hicab verdi nişan isməti-Kübrayə tərəf.
*************************************
Cizdi rahi-müstəqim xəttin Zəhra adına,
Tapdasan haqqın gər, hazır ol bəlayə tərəf.
************************************
Töhin etməız ona misli həya kimdə ola,
Ucalar iffəti-ismətlə masivayə tərəf.
*******************************
Axirəzzaman yetişib, heyf çoxalıb bayquşlar,
Çəkə bülbülləri gülşəndən xərabayə tərəf.
********************************
Ol kəsin zati xarab badəsi şərabla dolu,
Küfr edər hicabi Zəhrayə, həm əbayə tərəf.
************************************
Ey xanım! Haqqın əda eylə hicab hökmündə,
Kərbəla şahi çəkər Zeynəbi-Kübrayə tərəf.
***********************************
Möminə çox hürər it, gər keçəcək karvanlar,
Çiraqi-eşq, Səfinətəl-nicat Kərbübəlayə tərəf.
***********************************
Gələcək Sahibi-dövran, qura haqq məhkəməsin,
Ey münafiqlər olun amadə ah-vayə tərəf.
**************************************
Nuri, sabitqədəm ol, qorxma kuyi-dövrandan,
Çarşabın yelkən elə Məhdiyi-Zəhrayə tərəf.
*************************************
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.